Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1642/2021 21.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcun ödənilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Yavər Novruzov məhkəməyə ərizəyə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.10.2020-ci il tarixli, 1270micMNG/20-EM kredit müqaviləsi əsasən 100000 manat məbləğində 120 ay müddətinə, 28.10.2030-cu il tarixinədək müddət ərzində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verilmişdir.28.10.2020ci il tarixli əlavə kredit müqaviləsinə əsasən 34 ay müddətinə illik 23 faiz ödəmək şərtilə 4228 manat məbləğində kredit verilmişdir. Kreditin ödənilməsinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 28.10.2020-ci il tarixli 1270micMNG/20 №li zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyi lazımınca yerinə yetirməmişdir. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, kredit müqaviləsinin şərtləri Cavabdeh1 tərəfindən pozulmuş, nəticədə kredit borcu yaranmışdır. İddianın təmin olunmasını, cavabdehlər Gündüz İsmayıl oğlu, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə 4228 manat əsas borc, 679.15 manat faiz borc və 39.79 manat cərimə olmaqla, cəmi 4946.94 manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, həqiqətən də, "xxxx" KB ASC-dən 28.10.2020-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən 34 ay müddətinə illik 23 faiz ödəmək şərtilə 4228 manat məbləğində kredit almışdır. Lakin maddi imkanı olmadığı üçün krediti vaxtında ödəyə bilməmişdir. Kredit borcunun ödəyəcəkdir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, Cavabdeh1 iddiaçıdan götürdüyü kreditin ödənilməsi təminatı olaraq, onunla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Maddi imkanları olmadığına görə kredit borcunu tam ödəyə bilməmişlər. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə cavabdehləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.10.2020-ci il tarixli, 1270micMNG/20-EM №li kredit müqaviləsindən görünür ki iddiaçı cavabdehə 120 ay müddətinə 100000 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.10.2020-ci il tarixli, 1270micMNG/20-EM №li əlavə kredit müqaviləsindən görünür ki iddiaçı cavabdehə 34 ay müddətinə illik 23 faiz ödəmək şərtilə 4228 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan "xxxx" KB ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 28.10.2020-ci il tarixli 1270micMNG/20 №li zaminlik müqaviləsindən görünür ki, cavabdeh zamin kimi kredit müqaviləsinin kredit alan tərəfdən tam yerinə yetirilməməsi halda məsuliyyəti öz üzərinə götürmüşdür. İşə əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh1 ilə "xxxx" KB ASC arasında bağlanmış 28.10.2020-ci il tarixli, 1270micMNG/20-EM №li müqaviləyə əsaəsn cavabdehin banka 4228 manat əsas borc, 679.15 faiz borc və 39.79 manat cərimə olmaqla, cəmi 4946.94 manat kredit borcu vardır. İşə əlavə edilmiş xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni pretenziya yolu ilə həll etmək istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehlərdən müştərək qaydada 4228 manat əsas borc, 679.15 manat faiz borc və 39.79 manat cərimə olmaqla, cəmi 4946.94 manat kredit borcu tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216– 220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4228 (dörd min iki yüz iyirmi səkkiz) manat əsas borc, 679.15 (altı yüz yetmiş doqquz manat on beş qəpik) manat faiz borc və 39.79 (otuz doqquz manat yetmiş doqquz qəpik) manat cərimə olmaqla, cəmi 4946.94 (dörd min doqquz yüz qırx altı manat doxsan dörd qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul alınıb iddiaçı "xxxx" KB ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1642/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1642/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver