Məhkəmə qərarları › İş №2(051)-1644/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1644/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1644/2020 19.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı, vəkili Ömərov Cianşa İlyas oğlu və Cavabdeh iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı təmir xərcləri, mənəvi zərər və yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı qızı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək yaşayış sahəsinə çəkmiş olduğu 3449 manat təmir xərcinin, 2000 manat mənəvi zərərin, cəmi 5449 manat pulun cavabdehdən alınb ona verilməsi və yaşayış sahəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qızı iddianı müdafiə edərək izahatında bildirdi ki, xx xxxxxx 1995-ci ildə Cavabdeh ilə ailə qurmuşlar. xx xxxx 1996-cı ildə aralarında rəsmi nikah qeydə alınmışdır. Birgə niakahlarından 1996-cı il təvəllüdlü Gülnar, 1998-ci il təvəllüdlü Malik və 2004-cü il təvəllüdlü Xaliq adlı 3 nəfər uşaqları olmuşdur. Onlar yaşamağı evləri olmadığına görə 2004-cü ildən Mingəçevir şəhəri Az.DRES qəsəbəsi, C.Əliyev küçəsində yerləşən mehmanxanada yaşamışlar. Əvvəl yaşadıqları yaşayış sahəsi 5 otaqlı idi. Sonra cavabdeh otaqlardan ikisini başqa bir adama qeyri-qanuni olaraq satmış, onlar 3 otaqda yaşamışlar. Cavabdehlə əvvəl münasibətlıri normal olmuş, sonra cavabdehin ailəyə baxmaması səbəbində münasibətləri pisləşmişdir. Məhkəmənin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulması qət edilmişdir. Həmin vaxtdan guya ona xəyanət etməsini bəhanə gətirərək cavabdeh onu yaşadıqları yaşayış sahəsindən çıxarmışdır. O, ikinci qrup əlildir. Yaşayış sahəsi onun əlil olması nəzərə alınaraq onların istifadəsinə verilmişdir. Onun başqa yaşayış sahəsi yoxdur. Cavabdeh onu yaşadığı sahədən çıxardıqdan sonra həmin mehmanxanada yaşayan başqa bir adamın yanında müvəqqəti məskunlaşmağa məcbur olmuşdur. Onu da bildirir ki, qızı ailə qurmuşdu, əvvəl yaşadıqları yaşayış sahəsindən köçüb getmişdir. Böyük oğlu Malik və cavabdeh çox vaxt Bakı şəhərində yaşayırlar, oğlunun işi ilə əlaqədar. O, kiçik oğlu Xaliq ilə yaşayırdı. Lakin cavabdeh öz hərəkətləri ilə uşaqlarının da ona münasibətini dəyişdirmişdir. Cavabdehin hərəkətləri nəticəsində o, özgə qapılarda qalmışdır. Ona görə də məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuşdur. Onun əvvəl yaşadığı Mingəçevir şəhəri DRES qəsəbəsinin C.Əliyev küçəsində yerləşən mehmanxanadakı yaşayış sahəsinə köçürülməsini xahiş edir. Onu da bildirir ki, həmin mehmanxanada onun kimi yaşayış sahələri olmayan adamlar məskunlaşmışlar. Cavabdehin onun yaşayış sahəsindən çıxarması, onun özgə qapılarda qalması nəticəsində ona mənəvi zərər dəymişdir. Ona görə də iddianın həmin hissədə də təmin olunaraq, dəymiş zərərin əvəzi olaraq cavabdehdən 2000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bundan əlavə yaşadıqları otaqları o, təmir etdirmiş, otaqların təmiri üçün o, 3449 manat pul xərcləmişdir. Cavabdeh isə otaqların təmirində heç bir vəsait xərcləməmiş, əksinə həmin otaqlardan ikisini başqa adama satmışdır. Halbuki onun vəsatəti hesabına məskunlaşdıqları yaşayış sahəsi təmir olunmuşdur. Ona görə də iddianın təmir xərcləri tələbinə dair hissədə də təmin olunması, cavabdehdən 3449 manat məbləğdə təmir xərclərinin alınıb ona veilməsi, barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının vəkili Ömərov Cianşa İlyas oğlu da məhkəmə iclasında iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, 1995ci ildə iddiaçı ilə ailə qurmuşdur. O, Cəbrayıl rayonundan olan məcburi köçkündür. Məcburi köçkün olduğuna görə onlara DRES qəsəbəsi C.Əliyev küçəsində yerləşən mehmanxanaya köçüb yaşamağa icazə vermişdilər. Qızı ailə qurmuş, Bakı şəhərində yaşayır. Böyük oğlu Malik idmançıdır. Oğlunun məşqləri ilə bağlı onlar da çox vaxt Bakı şəhərində yaşayırlar. İddiaçı isə kiçik oğlu Xaliq ilə Mingəçevir şəhərində, mehmanxanada onların istifadəsinə verilmiş yaşayış sahəsində yaşayırdılar. Son vaxtlarda eşitdi ki, iddiaçı ona xəyanət edib. Bu səbəbdən aralarındakı münasibətlər pozulmuş, sonra məhkəmə qaydasında nikahları pozulmuş, iddiaçını yaşadıları yaşayış sahəsindən çıxarmışdır. Hesab edir ki, artıq onlar bir ailə üzvləri olmadığına görə bir yerdə də yaşamaqları mümkün deyil. Yaşayış sahəsindən çıxarılma nəticəsində cavabdehə heç bir mənəvi zərər dəyməmişdir. Bundan əlavə iddiaçı yaşamış olduqları yaşayış sahəsini təmir etdirməmişdir, ancaq təmizlik üçün otaqlara rəng vurdurmuşdur. İddia əsassız olduğuna gğrə təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-632/2020 №-li xx xxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, X7 ilə Həsənov İqrar Fazil oğlu arasında xx xxxx 1996-cı ildə Mingəçevir şəhər Nikah evində bağlanmış 67 №-li nikah aktının pozulması qət edilmişdir. İşdə olan “Asan-Mingəçevir”-dən verilmiş ******* №-li xx.xx.2020-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, tərəflər-İddiaçı və Həsənov X6 rayonu Maralyan kəndində qeydiyyatdadırlar. İşə əlavə edilmiş MKTK-nin direktoru və mehmanxananın müdiri tərəfindən verilmiş 85 №-li xx xxxxxxx 2020-ci il tarixli arayışda göstərilir ki, İddiaçı xx xxxxxxx 2004-cü ildən xx xxxx 2020-ci il tarixə kimi Mingəçevir şəhəri Energetiklər mehmanxanasının 4 №-li mənzilində yaşamışdır. İşə əlavə olunmuş MKTK-nin direktoru və mehmanxana müdiri tərəfindən verilmiş 86 №-li xx xxxxxxx 2020-ci ill tarixli arayışdan görünür ki, Cavabdeh 1998-ci il təvəllüdlü Malik və 2004-cü il təvəllüdlü Xaliq adlı uşaqları ilə birlikdə Mingəçevir şəhəri Energetiklər mehmanxanasının 4 №-li mənzilində yaşayır. İşə əlavə olunmuş Mənzil-Kommunal Təsərrüfatı Kombinatının direktorunun 274 №li xx xxxxxx 2020-ci il tarixli cavab məktubunda göstərilir ki, Mingçevir şəhəri C.Əliyev küçəsi 11 №-li ünvanda yerləşən Energetiklər mehmanxanası Mingəçevr şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Kombinatının balansındadır. İddiaçı və X8 məcburi köçkün ailəsi olduu üçün Energetiklər mehmanxanasında yerləşdirilmişlər. İddiaçı və Cavabdeh xx.xx.2004-cü il tarixdən xx.xx.2020-ci il tarixədək Energetiklər mehmanxanasında yaşadıqları yaşayış sahəsi daxilndə təmir-tikinti işlərinin aparılması və çəkilmiş xərclərin kimin tərəfindən ödənilməsi barədə heç bir məlumatları yoxdur. İşdə olan 149288 №-li vəsiqənin surətindən görünür ki, X5 ikinci qrup əlildir. İşə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X9 daşınmaz əmlakının dövlət reyestrindən verilmiş 3937 №-li xx xxxxxx 2020-ci il tarixli arayışda göstərilir ki, İddiaçı adına Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MN idarəsinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron bazada məlumat yoxdur. İşə alıcı Yaqut tərəfindən xx.xx.2020-ci il tarixdə 619,70 manat dəyərində tikinti materiallarının alınması barədə qaimə əlavə olunmuşdur. İşə “MRT”-dən, alıcı göstərilməyən, tikinti materialları alınması barədə 05 yanvar, 06 yanvar və xx xxxxxx 2020-ci il tarixli qəbzlər əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı tələbində cavabdedhlə ailə qurduqdan sonra yaşamaq üçün evləri olmadığına görə C.Əliyev küçəsində yerləşən Energetiklər Mehmanxanasına köçüb orada yaşamağa başladıqlarını, 2004-cü ildən 2020-ci ilin iyul ayına kimi həmin mehmanxanada 4 №-li yaşayış sahəsində yaşadıqlarını, 2020-ci ilin iyul ayında cavabdeh əsassız olaraq onu xəyanət etməkdə təqsirləndirərək həmin yaşayış sahəsindən məcburi çıxardığını, başqa yaşayış sahəsi olmadığına görə özgə qapılarda məskunlaşdığını bildirərək onun əvvəl yaşadıqları yaşayış sahəsinə köçürülməsi barədə qətnamə çıxrılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 10-cu maddəsində göstərilmişdir ki, qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, iddiaçı ailə üzvləri ilə birlikdə 2004-cü ildə C.Əliyev küçəsində yerləşən Energetiklər mehmanxanasında yerləşdirilmişlər. Onlar əvvəl 5 otaqlı, sonra isə 3 otaqlı 4 №-li yaşayış sahəsində yaşamışlar. İddiaçı öz vəsatəti hesabına yaşadıqları yaşayış sahəsində müəyyən təmir işləri də aparmışdır. Lakin cavabdeh heç bir səlahiyyəti olmadan 2020-ci ilin iyul ayında iddiaçını yaşadığı yaşayış sahəsindən çıxmışdır. İddiaçının başqa yaşayış sahəsi olması da təsdiq olunmadı. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia yaşayış sahəsinə köçürülmə tələbinə dair hissədə təmin olunmalı, iddiaçı Mingəçevir şəhəri C.Əliyev küçəsində yerləşən Energetiklər mehmanxanasına əvvəl yaşadığı 3 otaqlı 4 №-li yaşayış sahəsinə köçürülməlidir. İddiaçı, həmçinin, tələbində qeyd edilən yaşayış sahəsinin təmirinə 3449 manat vəsait xərclədiyini , həmin pulun cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. Yaşayış sahəsinə iddiaçı tərəfindən 3449 manat məbləğində təmir xərcləri çəkməsi təsdiq olunmadı. Bundan əlavə iş materialları ilə müəyyən edildi ki, mübahisəli yaşayış sahəsi cavabdehə məxsus deyil, onun mülkiyyətinə verilməmişdir. Tərəflər müvəqqəti olaraq həmin yaşayış sahəsində məskunlaşmışlar. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının yaşayış sahəsinə çəkdiyi təmir xərcləri ilə əlaqədar cavabdehdən pul tələbi əsassız olduğuna görə təmin olunmamalıdır. Bundan əlavə iddiaçı tələbində cavabdehin onu yaşayış sahəsindən məcburi qaydada çıxarması nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 2000 (iki min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21. və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsində» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7№li qərarının 2-ci bəndinə əsasən «Azərbaycan Respublikası qanunvericiliyi, «İnsan Hüquqlarının və X3 haqqında Konvensiya» müddəaları və Avropaİnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər anlayışı» insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi-qeyri əmlak xarakterli hüquq və azadlığının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi rsixi reaksiyaya səbəb olması, iztirab keçirməyi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.» Həmin Qərarın 8-ci bəndində izah olunmuşdur ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli 7№li qərarının 3-cü dəndində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmuu halda hüquqi qiymət verməlidir-məlumatın vətəndaşların və təşkilatın şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli 7 №li Qərarın 6-cı bəndinə əsasən iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçı hansı fiziki və mənəvi sarsıntılar keçirməsi, habelə keçirdiyi fiziki və mənəvi sarsıntıların nədə ifadə olunması, bunların cavabdehin onu yaşayış sahəsindən çıxarması nəticəsində baş verməsi, cavabdehin həmin həmin hərəkəti ilə ona dəymiş mənəvi zərər arasında səbəbli əlaqənin olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia mənəvi zərərin əvəzi olaraq 2000 manat pul tələbinə dair hissədə də təmin olunmamalıdır. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tərtib olunur. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. İddiaçı Nuriyeva X4 şəhəri C.Əliyev küçəsində yerləşən Energetiklər mehmanxanasının 3 otaqlı 4 №-li yaşayış sahəsinə köçürülsün. İddia 3449 (üç min dörd yüz qırx doqquz) manat təmir xərcləri və 2000 (iki min) manat mənəvi zərər tələbinə dair hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar