Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1644/2025 27.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi - Vəkil2, Cavabdeh etibarnamə üzrə nümayəndəsi - Vəkil1 Əlisafa oğlunun iştirakları ilə İddiaçı oğunun Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı oğunun Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəmə iclası zamanı izahatında bildirdi ki, cavabdehə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə müraciət etmişdir. O, iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclası zamanı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclası zamanı verdiyi izahatında bildirdi ki, Cavabdeh iddiaçıya qarşı pul tələbinə dair Ağdam Rayon Məhkəməsində iddia qaldırmış və iddia tələbi tam təmin edilmişdir. Belə olan halda hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh qarşı qaldırılmış iddia tələbi Mülki Prosessual Məcəllənin müvafiq maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Ağdam rayon Məhkəməsinin 2(013)- 1891/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh iddiası təmin edilmiş, İddiaçı 25500 manat pulun tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Bu hal onu deməyə əsas verir ki, hazırda İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə mahiyyəti üzrə baxılması üçün əsaslar mövcud deyildir. İş materiallarına əlavə edilmiş Ağdam Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə digər məhkəmənin icraatında mülki iş vardır və qanuni qüvvəyə minməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi qanunvericiliyin müvafiq tələblərinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa iddia ərizəsi baxılmamış saxlanır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı oğunun Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan qərardad tərəfə verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Tural Hüseynli
Məhkəmə qərarları › İş №2(051)-1644/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1644/2025
27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver