Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1657/2023 19.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 1600 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, cavabdehlə qonşudur. Cavabdeh 2022-ci ildə anası xəstə olduğuna görə ondan borc pul istəmişdir. O da cavabdehə 1700 manat borc vermişdir. Cavabdeh ona həmin puldan 2 ay öncə 100 manat qaytarmışdır. Lakin borcunun qalan hissəsini bugünədək cavabdehdən ala bilməmişdir. Cavabdehin borclu olduğu 1600 manat pulun verilməsini təkidlə ondan tələb etsə də, bir nəticəsi olmamışdır. Halbuki, cavabdeh o barədə yazılı qəb də vermişdir. Hesab edir ki,cavabdehin borclu olduğu 1600 manat pulun alınıb ona verilməsi yalnız məhkəmə qaydasında mümkündür. Ona görə də məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iştirak etdiyi məhkəmə iclası zamanı iddia tələbini qismən qəbul etmiş və göstərmişdir ki, o, iddiaçıdan anasının müalicəsi üçün 300 manat borc almışdır, sonra əlavə olaraq 200 manat da borc pul almışdır. Həmin borcu iddiaçıya 1 aydan sonra qaytaracağına söz vermiş, lakin kredit borcları da olduğu üçün o, 500 manat borcundan iddiaçıya cəmi 200 manat pul qaytarmışdır. Onun iddiaçıya 300 manat borcu qalıb. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan X3 tərəfindən şəxsən xx.xx.2023-cü il tarixdə yazılmış qəbzdən görünür ki, X3 iddiaçıdan 1300 manat məbləğində borc pul almış və aldığı borc pulu 4127 2211 2423 2002 seriyalı kartdan 16 ay müddətinə hər ay 80 manat çıxmaqla ödəməti, 16 ay müddətinə karta hər hansı müdaxilə etsə, məsuliyyət daşımağı barədə üzərinə öhdəlik götürmüş, həmçinin öz kartını xx.xx.2025-ci il tarixdə iddiaçıdan təhvil götürəcəyini qeyd etmişdir. Beləliklə, məhkəmə iş materiallarına əlavə edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdeh anası xəstə olduğuna görə iddiaçıdan borc pul istəmiş, o da cavabdehə borc olaraq pul vermişdir. Hər iki tərəf bu faktın mövcudluğunu etiraf etdiyindən, məhkəmə bu faktları işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir. Lakin iddiaçı tərəfindən verilən pulun məbləği barədə tərəflərin izahatları ziddiyətli olmuşdur. Belə ki, iddiaçı cavabdehə borc olaraq 1700 manat pul verdiyini, həmin puldan cavabdehin ona 100 manat qaytardığını bildirərək ümumilikdə 1600 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsini tələb edir. Cavabdeh isə iddiaçıdan 300 manat borc aldığını, sonra əlavə olaraq 200 manat da borc pul aldığını, kredit borcları olduğu üçün 500 manat borcundan iddiaçıya cəmi 200 manat pul qaytardığını, onun iddiaçıya 300 manat borcu qaldığını bildirərək iddianı qismən qəbul etmişdir. Ondan sonra cavabdeh işə məhkəmədə baxılan vaxt yazılı qəbz təqdim edərək iddiaçıya cəmi 1300 manat borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc müqaviləsindən irəli gələn mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsini tənzimləyən maddi hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.–ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740–cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Göründüyü kimi sadalanan mülki hüquq normalarında qanunverici, fiziki və hüquqi şəxslərin qanunvericiliyə zidd olmayan müqavilələri azad surətdə bağlamaq hüquqlarının olmasını, sadə yazılı müqavilənin imzalandığı andan bağlanmış sayılmasını müəyyən etmişdir. Məhkəmə iddiaçıya ödənilməli olan pul vəsaitinin məbləği ilə bağlı hesab edir ki, iddiaçının tələb etdiyi 1600 manat pulun 1300 manat hissəsi əsaslıdır. Belə ki, iş materiallarında olan X3 tərəfindən şəxsən xx.xx.2023-cü il tarixdə yazılmış qəbzdən göründüyü kimi cavabdeh iddiaçıdan 1300 manat məbləğində borc pul almış və aldığı borc pulu 4127 2211 2423 2002 seriyalı kartdan 16 ay müddətinə hər ay 80 manat çıxmaqla 16 ay müddətinə kart vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür. Bununla belə iddianın 1600 manat pulun 300 manat hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı onun tərəfindən cavabdehə qalan 300 manat pulu verməsi ilə bağlı məhkəməyə hər hansı sübutu təqdim edə bilməmişdir. Ona görə də məhkəmə iddiaçının həmin hallarla bağlı bildirdiklərini iş üzrə sübut növü kimi qəbul etmir və nəzərə almır. Bundan başqa, cavabdehin izahatı ilə bağlı qeyd edir ki, cavabdeh izahatında göstərdiyi hallarla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin özü tərəfindən şəxsən yazılmış qəbzdən görünür ki, o, iddiaçıdan 1300 manat məbləğində borc pul almışdır. Ona görə də məhkəmə cavabdehin həmin hallarla bağlı iştirak etdiyi məhkəmə iclasında bildirdiklərini iş üzrə sübut növü kimi qəbul etmir və nəzərə almır. Belə ki, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Belə olan halda məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı mübahisə üzrə iddiaçının tələb etdiyi 1600 manat məbləğində pulun ödənilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə həmin məbləğdə pulu cavabdehə verməsini sübut edə bilməmiş, cavabdeh isə yalnız 1300 manat borcu olduğuna dair yazılı qəbz vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələb etdiyi pulun bir qisminin cavabdeh tərəfindən borc alındığı, habelə cavabdehin həmin pulu qaytarmaması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən əsaslı olduğundan, qismən təmin edilməli və cavabdehdən 1300 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 1300 (bir min üç yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1657/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1657/2023
19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver