Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1671/2025 18.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı : LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh: X2 iştirakı ilə İddiaçı ASC-nin cavabdeh X3 qarşı kredit məbləğinin geri qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC borclu X3 qarşı kredit məbləğinin geri qaytarılmasına dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, X1 2067 (iki min altmış yeddi) manat əsas, 586 (beş yüz səksən altı) manat faiz borcu, cəmi 2653 (iki min altı yüz əlli üç) manat və 20 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli, MƏ 2(051)-5010/2017 saylı məhkəmə əmri ilə X1 2067 (iki min altmış yeddi) manat əsas, 586 (beş yüz səksən altı) manat faiz borcu, cəmi 2653 (iki min altı yüz əlli üç) manat məbləğində kerdit borcu və 20 manat dövlət rüsumunun alınıb kreditor İddiaçı ASC-yə ödənilməsi əmr edilmişdir. Borclu xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək Mingəçevir Şəhər Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli, MƏ 2(051)-5010/2017 saylı məhkəmə əmrinin ləğv edilməsini və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmənin 2(051)-1671/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli, MƏ 2(051)- 5010/2017 saylı məhkəmə əmri ləğv edilmiş və materiallar iddia icraatına keçirilmişdir. Məhkəmənin 30 sentyabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdeh X3 qarşı kredit məbləğinin geri qaytarılması tələbinə dair mülki iş üzrə X7 və X11 üçüncü şəxs qismində işə cəlb edilmişlər. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Mingəçevir” filialı ilə X12 arasında bağlanılmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən, X9 36 (otuz altı) ay müddətinə 2170,00 (iki min bir yüz yetmiş) manat məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin 1.1 bəndində nəzərdə tutulan öhdəliyin icrasının təmin edilməsi məqsədilə “AtaBank" ASC-nin Mingəçevir filialı ilə cavabdeh X5 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 78 №-li zaminlik müqaviləsinə əsasən zamin iddiaçı qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. X12 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Digər borclu bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, X2 xx.xx.2017-ci il tarixinə banka olan borcu 2067,00 manat əsas kredit borcu, kreditdən istifadəyə görə 586,00 manat faiz borcu, cəmi 2653,00 manat təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə şifahi formada, o cümlədən yazılı «Bildiriş»lərin göndərilməsi yolu ilə xəbərdarlıq edilmiş və qeyd olunan «Kredit müqaviləsi» üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda borcun banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X5 məhkəmə iclası zamanı göstərdi ki, mərhum X12 xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 2170 manat kredit götürmüş və o da həmin kredit ödənişinə zamin durmuşdur. X12 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş üzrə mərhumun arvadı X7, həmçinin övladı X11 üçüncü şəxs qismində işə cəlb edilmişlər. Bundan əlavə hesab edir ki, faiz borcu çox hesablanmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Üçüncü şəxs qismində cəlb edilmiş X4 və X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC-nin “Mingəçevir” filialı ilə X12 arasında bağlanılmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən, X9 36 (otuz altı) ay müddətinə 2170,00 (iki min bir yüz yetmiş) manat məbləğində kredit verilmişdir. İşdə olan zaminlik müqaviləsindən görünür ki, X8 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh X5 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2017-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə 1812 manat əsas borc və 19 manat faiz borcu, 255 manat gecikdirilmiş əsas borc və 163 manat məbləğində gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 2249 manat borcu yarandığı xatırladılaraq, ondan borc məbləğini qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixinə banka olan borc 2067,00 manat əsas kredit borcu, 586,00 manat faiz borcu olmaqla, cəmi 2653,00 manat təşkil edir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir regional “ASAN xidmət“ mərkəzində notariat ofisi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, “Elektron Notariat" Avtomatlaşdırılmış İnformasiya sistemi vasitəsilə əldə edilmiş məlumata əsasən ünvan 2 ünvanında qeydiyyatda olmuş, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X6 qalmış miras əmlaka dair vərəsəlik işi açılmamış və hər hansı əmlaka qanun və ya vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Gələcəkdə, miras qoyan X6 qalmış miras əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması ilə bağlı miras qoyanın sonuncu yaşayış yeri üzrə notariat ofisinə sorğu verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 7 oktyabr 2025-ci il tarixli cavab məktubundan görünür ki, X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlak aşkar edilməmişdir. Beləliklə, məhkəmə sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı ASC-nin “Mingəçevir” filialı ilə X12 arasında bağlanılmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən, X9 36 (otuz altı) ay müddətinə 2170,00 (iki min bir yüz yetmiş) manat məbləğində kredit verilmişdir. X8 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh X5 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı cavabdehə borcun ödənilməsinə dair xx.xx.2017-ci il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. X12 xx.xx.2017-ci il tarixdə vəfat etmiş, lakin ondan əmlak miras qalmamışdır. Ona görə də iddiaçı X8 ödənilməmiş kredit borcunun ödənilməsini cavabdeh, zamin X1 tələb etmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icra tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan, yəni hüquq varisliyinə yol verən əmlak xarakterli öhdəliklər olduğuna görə kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Bununla belə vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. X12 xx.xx.2017-ci il tarixdə vəfat etsə də, ondan əmlak miras qalmamışdır. Göründüyü kimi X6 miras əmlak qalmadığına, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşdığına görə əsas öhdəliyin vərəsələr tərəfindən icra edilməsi mümkün olmamışdır. Belə olan halda iddiaçının zaminə, yəni iş üzrə cavabdeh X3 qarşı tələb irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2018-ci il tarixli qərarını 2-ci bəndinə əsasən borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Həmin Qərarın 3-cü bəndinə əsasən vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli xəbərdarlıq məktubunda cəmi 2067 manat əsas borc və cəmi 182 manat faiz borcu olmaqla, ümumilikdə 2249 manat borc yarandığı göstərildiyindən, cavabdehdən 2067 manat əsas, 182 manat faiz olmaqla, cəmi 2249 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyini rəhbər tutaraq, belə qənaətə gəlir ki, iddiaçı bankın xx.xx.2017-ci il tarixdə cavabdeh tərəfə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərməsi, o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı bank tərəfindən birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada müqavilə ləğv edilmişdir. Müqavilə ləğv edildikdən sonra iddiaçı bank yalnız müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitetin (əsas məbləğin və hesablanmış faizlərin), həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, faiz məbləği iddiaçının tələb etdiyi məbləğdə deyil, 182 manat məbləğində əsaslıdır. Məhkəmə, həmçinin qeyd edir ki, İddiaçı bank gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmədiyinə görə işə verilmiş iddia tələbi həddində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən 2067 manat əsas, 182 manat faiz olmaqla, cəmi 2249 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Eləcə də, məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 2067 (iki min altmış yeddi) manat əsas, 182 (bir yüz səksən iki) manat faiz olmaqla, cəmi 2249 (iki min iki yüz qırx doqquz) manat məbləğində pul alınıb iddiaçı LPO İddiaçı ASC–yə verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh X1 ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat pul alınıb iddiaçı LPO İddiaçı ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1671/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1671/2025
18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver