Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-168/2022 11.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzat Həmid qızının katibliyi İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutumanın ipotka predmetinə yönəldilməsi və mənzildən çıxarılma tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 Vaqif oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh1 Vaqif oğlu arasında bağlanmış 08.11.2018-ci il tarixli 600840- 10126/4 saylı kredit müqaviləsinə əsasən cavabdehə 30 ay müddətinə illik 24 faiz hesablanmaq şərti ilə 11500 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri İ.Qayıbov küçəsi 2 № li evin 22 №li mənzili ipoteka ilə yüklü edilmişdir. Cavabdeh krediti, kredit üzrə hesablanacaq faizləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, krediti və kredit üzrə hesablanmış faizləri vaxtında ödəməmişdir. Kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməyən cavabdehin hazırda 5095.15 manat manat əsas borc, 1152.39 manat faiz borc olmaqla, cəmi 6247.54 manat məbləğində kredit borcu yaranmışdır. İddianın təmin olunmasını, həmin borcun və dövlət rüsumu kimi ödənilmiş 82.87 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 10 manat, xidmət haqqı olaraq ödənilmiş 30.40 manat pulun cavabdehdən alınaraq İddiaçı ASC-yə ödənilməsi, həmin məbləğin ipoteka qoyulmuş Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri İ.Qayıbov küçəsi 2 № li evin 22 № li mənzilinə yönəldilməsi, mənzilin boşaldılması, mənzilin açıq hərracda satılması, açıq hərracda əldə olunmuş vəsait hesabına borcun ödənilməsi və cavabdehlərin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçı ASC ona və qeyrilərinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, həqiqətən də, bankdan 11500 manat kredit götürmüşdür. Lakin maddi imkanı olmadığına görə borcunu tam ödəməyə bilməmişdir. Kredit götürülərkən ona, Cavabdeh2 və Cavabdeh3 mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri İ.Qayıbov küçəsi 2 № li evin 22 № li mənzili ipoteka ilə yüklü edilmiş və mənzil 30000 manat dəyərində qiymətləndirilmişdir. Mənzilin qiymətləndirilməsi və kredit borcun hesablanması ilə bağlı ekspertiza keçirilməsinə də zərurət yoxdur. Həmçinin, ipoteka qoyulmuş mənzilin satımasına da razı deyil, ona görə ki, başqa yaşayış sahələri yoxdur. Kredit borcunu ödəyəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 08.11.2018-ci il tarixli 600840- 104126/4 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh1 30 ay müddətinə, illik 24 faiz hesablanmaq şərti ilə 11500 manat məbləğində kredit verməyi, Cavabdeh1 krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 08.11.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri İ.Qayıbov küçəsi 2 № li evin 22 № li mənzili ipotekaya qoyulmuşdur. İpoteka qoyulmuş İ.Qayıbov küçəsi 2 № li evin 22 № li mənzili 30000 manat dəyərində qiymətləndirilmişdir. İşə əlavə edilmiş 08.11.2018-ci il tarixli kassa-məxaric orderin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 11500 manat kredit verilmişdir verilmişdir. İşə əlavə edilmiş iddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıqlardan görünür ki, iddiaçı məsələni pretenziya yolu ilə həll etmək istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka haqqında” Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 36.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişi ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. İşə İddiaçı ASC tərəfindən ipoteka qoyana göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.6-cı maddələrinə və «İpoteka haqqında» Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinin satışından əldə olunan vəsaitdən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbi, o cümlədən əsas borc öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərər, daha sonra isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qalan məbləğ ipoteka qoyana qaytarılır. Buna görə məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzil hərracda satışa çıxarılmaqla satılmalı və satışdan əldə olunmuş vəsait hesabına iddiaçının tələbləri və məhkəmə xərcləri ödənilməli, qalan məbləğ isə ipoteka qoyana qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və vurulmuş zərərin əvəzinin ödənilməsi məhkəmə xərcləri və digər xərclərin ödənilməsi də daxil olmaqla tam ödənilir. «İpoteka haqqında» Qanunun 4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 82.47 manat iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasını qanun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və ev satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidilər. Həmin qanunun 59.4-cü maddəsində göstərilir ki, bu qanun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutulmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandı Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh1 5095.15 manat əsas borc və 1152.39 manat faiz borc olmaqla, cəmi 6247.54 manat kredit borcu, dövlət rüsumu kimi ödənilmiş 82.87 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 30.40 manat məbləğində xidmət haqqı alınaraq İddiaçı ASC ödənilməli, tutma ipoteka qoyulmuş Mingəçevir şəhəri İ.Qayıbov küçəsi 2 №li evin 22 №li mənzilə yönəldilməli, mənzil açıq hərracda satılmalı, evin satışından əldə olunmuş pul vəsaitindən cavabdehin banka olan borcu ödənilməli, tutuma yönəldikdən və ev satıldqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılmalıdırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh1 müştərək qaydada 5095.15 (beş min doxsan beş manat on beş qəpik) manat əsas borc və 1152.39 (bir min bir yüz əlli iki manat oruz doqquz qəpik) manat faiz borc olmaqla, cəmi 6247.54 (altı min ikiyüz qırx yeddi manat əlli dörd qəpik) manat kredit borcu, dövlət rüsumu kimi ödənilmiş 82.87 (səksən iki manat səksən yeddi qəpik) manat və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat və 30.40 (otuz manat qırx qəpik) manat məbləğində xidmət haqqı tutularaq İddiaçı ASC-nə verilsin. Pulun tutulması ipoteka ilə yüklənmiş evə yönəldilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus, ipoteka predmeti olan, ilkin satış qiyməti 30.000 (otuz min) manat qiymətləndirilmiş Mingəçevir şəhəri İ.Qayıbov küçəsi 2 №li evin 22 №li mənzil açıq hərracda satışa çıxarılsın. Satışdan əldə edilən vəsaitdən 5095.15 (beş min doxsan beş manat on beş qəpik) manat əsas borc və 1152.39 (bir min bir yüz əlli iki manat oruz doqquz qəpik) manat faiz borc olmaqla, cəmi 6247.54 (altı min ikiyüz qırx yeddi manat əlli dörd qəpik) manat kredit borcu, dövlət rüsumu kimi ödənilmiş 82.87 (səksən iki manat səksən yeddi qəpik) manat və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat və 30.40 (otuz manat qırx qəpik) manat məbləğində xidmət haqqı tutularaq iddiaçıya verilsin. Borcun ödənilməsindən sonra evin açıq hərracdan satılmasından qalan pul cavabdehlərə qaytarılsın. İpoteka qoyulmuş yaşayış evinə tutma yönəldikdə və ev satılqdıqdan sonra 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mənzildən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-168/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-168/2022
11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver