Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1689/2021 15.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 26.10.2019-cu il tarixli müqaviləyə əsasən 20 manat əsas, 2 manat cərimə borcu, 13.12.2019-cu il tarixli müqaviləyə əsasən 593 manat əsas, 59 manat cərimə borcu olmaqla, cəmi 674 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 02.09.2021-ci il tarixli, 2(051)-1689/2021 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 26.10.2019-cu il tarixli müqaviləyə əsasən, cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə hər ay 10 manat ödəniş etmək şərtilə 144 manat dəyərində İMEİ kodu **********71004 olan HOFFMANN X Go markalı telefon almışdır. Cavabdehlə bağlanmış 13.12.2019-cu il tarixli müqaviləyə əsasən, cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə hər ay 54 manat ödəniş etmək şərtilə 648 manat dəyərində İMEİ kodu **********86247 olan Samsung Galaxy A30s markalı telefon almışdır. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə 26.10.2019-cu il tarixli müqaviləyə əsasən 20 manat əsas, 2 manat cərimə borcu, 13.12.2019-cu il tarixli müqaviləyə əsasən 593 manat əsas, 59 manat cərimə borcu ödənilməmiş qalmışdır. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, borcunu ödəməkdən yayınmışdır. Odur ki, iddiaçı cavabdehdən 26.10.2019-cu il tarixli müqaviləyə əsasən 20 manat əsas, 2 manat cərimə borcu, 13.12.2019-cu il tarixli müqaviləyə əsasən 593 manat əsas, 59 manat cərimə borcu olmaqla, cəmi 674 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə teleqramla müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh kağız formada göndərilmiş məhkəmə bildirişləri “evdə yoxdur” səbəbləri ilə geri qaytarılsa da, istifadəsində olan ********** nömrəli mobil telefonuna SMS xəbərdarlığın AZEMİS vatisə ilə göndərilmiş bildirişi qəbul etmiş, lakin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 26.10.2019-cu il tarixli, 01008552 saylı müqavilədən görünür ki, cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə hər ay 10 manat ödəniş etmək şərtilə 144 manat dəyərində İMEİ kodu **********71004 olan HOFFMANN X Go markalı telefon almışdır. İşdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13.12.2019-cu il tarixli, 01122480 saylı müqavilədən görünür ki, cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə hər ay 54 manat ödəniş etmək şərtilə 648 manat dəyərində İMEİ kodu **********86247 olan Samsung Galaxy A30s markalı telefon almışdır. İşdə olan 26.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 26.10.2019-cu il tarixli müqaviləyə əsasən 20 manat əsas, 2 manat cərimə borcu, 13.12.2019-cu il tarixli müqaviləyə əsasən 593 manat əsas, 59 manat cərimə borcu, cəmi 674 manat borcu vardır. Beləliklə, məhkəmə iclası zamanı iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 26.10.2019-cu il tarixli, 01008552 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh "xxxx" MMCdən 12 ay müddətinə hər ay 10 manat ödəniş etmək şərtilə 144 manat dəyərində İMEİ kodu **********71004 olan HOFFMANN X Go markalı telefon almışdır. Həmçinin tərəflər arasında bağlanmış 13.12.2019-cu il tarixli, 01122480 saylı müqaviləyə əsasən cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə hər ay 54 manat ödəniş etmək şərtilə 648 manat dəyərində İMEİ kodu **********86247 olan Samsung Galaxy A30s markalı telefon almışdır. Cavabdeh müqavilələrin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə onun iddiaçıya ümumilikdə 674 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə hər ay 10 manat ödəniş etmək şərtilə 144 manat dəyərində İMEİ kodu **********71004 olan HOFFMANN X Go markalı telefon almış,həmçinin tərəflər arasında bağlanmış digər nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə hər ay 54 manat ödəniş etmək şərtilə 648 manat dəyərində İMEİ kodu **********86247 olan Samsung Galaxy A30s markalı telefon almışdır. Lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı hüquqi şəxsin cavabdehə qarşı öhdəliyin icra edilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçıya 26.10.2019-cu il tarixli müqaviləyə əsasən 20 manat əsas, 2 manat cərimə borcu, 13.12.2019-cu il tarixli müqaviləyə əsasən 593 manat əsas, 59 manat cərimə borcu yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, 26.10.2019-cu il tarixli müqaviləyə əsasən 20 manat əsas, 2 manat cərimə borcu, 13.12.2019-cu il tarixli müqaviləyə əsasən 593 manat əsas, 59 manat cərimə borcu olmaqla, cəmi 674 manat məbləğində pul alınıb İddiaçınə verilməlidir. MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 26.10.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 20 (iyirmi) manat əsas, 2 (iki) manat cərimə borcu, 13.12.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 593 (beş yüz doxsan üç) manat əsas, 59 (əlli doqquz) manat cərimə borcu olmaqla, cəmi 674 (altı yüz yetmiş dörd) manat pul alınıb İddiaçınə verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pul alınıb İddiaçınə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1689/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1689/2021
15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver