Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1694/2021 20.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 8000 (səkkiz min) ABŞ dolları pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildiridi ki, Cavabdeh uzun müddətdir ki, tanıyır, yaxın münasibətləri olub. 2020-ci ilin sentyabr ayında Cavabdeh yaşadığı fərdi həyat evinə qonaq gedən zaman cavabdeh ondan evinin təmiri üçün bir aylıq 1000 ABŞ dolları borca pul almışdır. Bir müddətdən sonra isə, yəni 2021-ci ilin yanvar ayında Cavabdeh özünə məxsus olan uzun müddətdir ki, işlətdiyi İnşaat malları satılan mağazasında işlərinin zəif olduğunu bildirərək ona şərik olmağı təklif etmiş, o isə cavabdehdən necə işləyəcəklərini soruşan zaman Elşad ona inşaat mağazasında təxminən 15.000 manata yaxın malının olduğunu bildirərərək ona da o qədər pul qoymağı istəmişdir. Şərtləri isə o olmuşdur ki, mağazada mallar sayılacaq və həmin mağazada sayılacaq tikinti materiallarının qiymətinə münasib o da həmin məbləği cavabdehə verərək onunla 50/50 şəriklik edəcək. Bundan sonra o, cavabdehdən mağazaya görə borcunun olub-olmamasını soruşmuş, cavabdeh isə cavabında heç kimə borcunun olmadığnı ona bildirmişdir. Həmin vaxt işsiz olduğu üçün cavabdehin təklifi ilə razılaşmış və cavabdeh ondan 7000 ABŞ dolları pul almışdır. Ümumilikdə Cavabdeh 8000 ABŞ dollar pul vermişdir. Pulu Elşada verdikdən bir neçə gündən sonra işlə tanış olmaq üçün həmin İnşaat mağazasına gedib-gəlmiş, təxminən pulu verdikdən 3-4 gün sonra Cavabdeh işğaldan azad olunmuş Kəlbəcər rayonuna briqada ilə santexnik işlərinin görülməsi üçün getmişdir. O, həmin mağazada olduğu müddətdə təxminən 19 şirkətə yaxın şirkət işçiləri həmn İnşaat mağazasına gələrək Cavabdeh onlara ümumilikdə 20000 manata yaxın pul borcunun olmasını bildirmişlər. Bundan sonra Cavabdeh onu aldatdığını başa düşmüşdür. Bu səbəbdən də cavabdeh Kəlbəcər rayonundan qayıtdıqdan sonra onunla şərikliyə imtina etdiyini bildirərək pulunu geri istəmişdir. Cavabdeh isə pulu borclarına verdiyini və yaxın vaxtlarda pulun geri qaytaracağını ona bildirmişdir. Dəfələrlə cavabdehə ona olan borcunu qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. İddianın təmin olunmasını, Cavabdeh 8000 (səkkiz min) ABŞ dollar pulun və ödənilmiş 30 manat dövlət rüsumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, həqiqətən də, İddiaçı 8000 ABŞ dollar pul almışdır. Həmin pulu hissə-hissə ödəyəcəkdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş Mingəçevir şəhər PŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı E.Abışovun “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 26 iyun 2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh əməlində cinayət tərkibi əlamətləri olmadığından cinayət işi başlanması rədd edilmişdir. Mülki Prosesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, iddiaçı cavabdehə 1000 ABŞ dolları borc, şərikli iş qurmaq üçün 7000 ABŞ dolları vermişdir. Lakin cavabdeh 1000 ABŞ dolları borcu qaytarmamış, eləcə də cavabdehin hərəkətləri səbəbindən şərikli iş qura bilməmişlər. Mülki Prosesual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 8000 (səkkiz min) ABŞ dolları, məhkəmə qətnaməsi icra olunan günə manat məzənnəsi ilə pul alınıb iddiaçıya verilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 №-li, 24 noyabr 2005-ci il tarixli qərarına əsasən əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216- 220, 360-cı maddəsinin rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 8000 (səkkiz min) ABŞ dolları qətnamə icra olunan günə manat məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul alınıb İddiaçı Əlimürsəl oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1694/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1694/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver