Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1696/2020 28.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi ilə, İddiaçı “İddiaçı İB-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair ərizəsinə baxaraq Müəyyən etdi: İddiaçı “İddiaçı İB Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində cavabdeh kimi qeyd edilmiş Cavabdeh ərizədə göstərilmiş ünvana məhkəmə bildirişi göndərilmiş, müəyyən edilmişdir ki, həmin ünvanda yaşayan Cavabdeh Bəhram oğlu xx.xx.2011-ci il təvəllüdlüdür, Cavabdeh Muxtar oğlu isə xx.xx.2018-ci ildə vəfat etmişir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, lakin iddiaçının nümayəndəsi məhkəməyə gəlməmiş və ya işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını xahiş etməmiş iddiaçı məhkəmənin çağırışına gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “İddiaçı İB-nin iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin, izah edilməlidir ki, MPM-nin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə ərizənin baxılmamış saxlanması haqqında öz qərardadını ləğv edir. Azərbaycan Respublikası MPM-nin 263-26 4, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı “İddiaçı İB-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İzah edilsin ki, MPM-nin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə ərizənin baxılmamış saxlanması haqqında öz qərardadını ləğv edir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1696/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1696/2020
28.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver