Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-17/2024 06.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Həsənova Türkanə Çingiz qızının katibliyi İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia qaldıraraq, Cavabdeh1 4971 manat əsas kredit borcu, 1934 manat, ümumilikdə 6905 manat, məhkəmə qətnaməsi çıxarılan günədək hesablanacaq əlavə faiz borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun, yaşayış evinin mülkiyyət və ipoteka yüklülüyü çıxarışların surətlərinin notarial qaydada təsdiqlənməsi üçün ödənilmiş 10 manat rüsum məbləğinin tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh2 Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli, MA seriyalı, ******* №-li, **********95-05101-093046 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında məxsus olan xx.xx.2014-cü il tarixdə banka ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən 70.44 kv.m ümumi, 47.35 kv.m yaşayış, 23.09 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı mənzilə yönəldərək, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2585/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə mülki iş üzrə Cavabdeh2 xx.xx.2016-cı ildə öldüyündən onun hüquqi varisi müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2024-cü tarixli məktubundan görünür ki, Cavabdeh2 adına vərəsəlik işinin açılması barədə hər hansı məlumat əldə edilməmiş, bundan əlavə Cavabdeh1 kredit öhdəlikləri Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il taixli Fərmanına əsasən restrukturizasiya edilmiş və bu məqsədlə "xxxx" ASC ilə kredit alan Cavabdeh1 arasında 28 noyabr 2019-cu il tarixli, MF-FKL/64 nömrəli kredit müqaviləsi imzalanmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-17/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı ərizə təqdim edərək bildirdi ki, o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiadan imtina edir və göstərilənlərə əsasən qərar çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçı tərəfin ərizəsini, habelə digər iş materiallarını tam və hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtina etməsi başqa şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur və qanunvericiliyin tələblərinə zidd deyildir. Ona görə də iddiaçının iddiadan imtinası qəbul edilməlidir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, iddiaçının tələbdən imtina etməsi barədə ərizəsini və digər iş materiallarını Azərbaycan Respublikası MPM-in 52.5-ci maddəsinin tələbləri baxımından araşdıraraq hesab edir ki, iddiaçının öz tələbindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğundur, başqa şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən iddiaçının iddia tələbindən imtina etməsini qəbul edərək iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 262, 263, 264 və 266–268–ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası üzrə işin icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, hazırkı işin icraatına xitam verildiyindən, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində yenidən məhkəməyə müraciət edilməsinə yol verilmir. 17 sentyabr 2018-ci il tarixdə Mingəçevir YXO-ya 98799872 nömrəli ödəmə tapşırığı əsasında dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul İddiaçı ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-17/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-17/2024
06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver