Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1701/2021 05.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı nümayəndəsi X2 və Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı borcun silinməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-nə qarşı hesablanmış 991.94 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhər Günəşli massivi 46/J ünvanda yerləşən ev iddiaçının mülkiyyətindədir. Lakin iddiaçı faktiki olaraq həmin evdə yaşamır, evi kirayə verib, özü isə Bakı şəhərində yaşayır. 2021-ci ilin iyul ayında Cavabdeh ASC-i tərəfindən gələn bildirişə əsasən iddiaçının Cavabdeh ASC-ə 1060.94 manat borcu vardır. Halbuki iddiaçı 2020-ci ilin avqust ayında Cavabdeh ASCnə müraciət edən zaman iddiaçıya bildirmişdilər ki, onun Cavabdeh ASC-nə cəmi 58.60 manat borcu vardır. İddiaçı həmin 58.60 manat borcu ödəmişdir. Hazırda borcu olmamasına baxmayaraq o, 70 manat da Cavabdeh ASC-nin hesabna ödəmişdir. Ancaq hazırda sistemdə iddiaçının adına 991.94 manat borc göstərilir. Əgər iddiaçının, həqiqətən də, həmin məbləğdə borcu yaranmışdırsa cavabdeh niyə vaxtında iddiaçıya xəbərdarlıq bildirişi göndərməmişdir və ya suyun verilməsini dayandırmamışdır. İddianın təmin olunmasını, cavabdehin tələb etdiyi 991.94 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianə qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı 2018-ci ilin avqust ayına kimi smart-kart tipli su sayğacından istifadə etmişdir. 2018-ci ilin avqust ayında isə su sayğacı dəyişdirilmişdir. Həmin vaxtdan sonra abonentin işlətdiyi suya görə borc sayğacın üzərindəki göstəricilərə görə hesablanır. Belə ki, nəzarətçi abonentin ünvanına gedərək abonentlə birlikdə sayğaca baxış keçirərək üzərindəki göstəricilərə görə qeydlər aparır. Nəzarətçi dəfələrlə iddiaçının ünvanına getmiş, lakin qapını açmadıqlarına görə nəzarətçi sayğaca baxa bilməmişdir. Sayğac həyətdə yerləşir. Uzun müddət sayğaca baxış keçirə bilmədiyinə görə nəzarətçi iddiaçının sərf etdiyi suya görə borcunu müəyyən edə bilməmiş, ona görə də ya iddiaçıya yaranmış borcu ilə xəbərdarlıq gondərməmiş, ya da su təchizatını dayandırmamışdır. Sonra abonentin (ünvanda yaşayan şəxsin) iştirakı ilə sayğaca baxış keçirilərək sərf olunmuş suyun kubmetri, eləcə də borc hesablanaraq, iddiaçıya borc barədə bildiriş göndərilmişdir. İddiaçıya borc, sayğacın üzərində qeyd edilmiş, sərf olunmuş suyun kubmetrinə görə hesablanmışdır. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materialların araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşə əlavə olunmuş abonent kartından görünür ki, Cavabdeh ASC ilə Mingəçevir şəhəri Günəşli qəsəbəsi 46/1 ünvanda yaşayan İddiaçı arasında 34090509 №-li 01 aprel 2013-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilə hazırda aktivdir. İşə əlavə edilmiş iddiaçının təqdim etdiyi hesab fakturadan görünür ki, İddiaçı 22 iyul 2021-ci il tarixə Cavabdeh ASC-yə 1060,94 manat borcu var. İşə əlavə edilmiş ətraflı abonent kartından görünür ki, 26 mart 2021-ci il tarixdə abonent F. Cümşüdovun evinə quraşdırılmış sayğaca baxış zamanı sərf edilmiş su 3191 kubmetr olması qeyd edilmişdir, ödəniləcək məbləğ 994,74 manatdır. İşə əlavə olunmuş abonent kartından görünür ki, İddiaçı sərf etdiyi suya görə yekun borcu 05 noyabr 2021-ci il tarixə 1009,74 manatdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı tələbində ona Cavabdeh ASC tərəfindən 1060,94 manat borcu olması barədə bildiriş göndərildiyini, borcu olmadığı halda 70 manat ödəniş etdiyini, sistemdə 991,94 manat borcu qaldığını, bu qədər borcun necə yaranmasını bilmədiyini, əgər bu qədər borcu vardırsa, cavabdeh tərəfindən ona bu vaxta qədər niyə xəbərdarlıq göndərilmədiyini və ya yaranmış borca görə su təchizatının dayandırılmadığını bildirərək, yaranmış 991,94 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nünayəndəsi isə iddia tələbinə etirazında su sərfiyyatlarını özbaşına deyil, abonentin ünvanına quraşdırılmış sayğacda qeyd edilən, sərf olunmuş suyun kubmetrinə görə hesablanmasını, dəfələrlə abenentin (iddiaçının) ünvanına gedilsə də, qapı açılmadığına görə sayğaca baxış keçirib borcu hesablamaq mümkün olmadığı üçün su təchizatı dayandırılmadığı, borc barədə iddiaçıya xəbərdarlıq göndərlmədiyini bildirdi. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının mübahisələndirdiyi borc onun ünvanına quraşdırılmış sayğacın üzərində göstərilən, sərt edilmiş suyun kubmetrinə görə hesablanmışdır. Sayğıca işə baxış nəzarətçinin və həmin ünvanda yaşayan şəxsin iştirakı ilə keçirilmişdir. Sayğacın düzgün işləməməsi isə mübahisələndirilməmişdir. İş materialları ilə müəyyən edildi ki, su xidməti ilə bağlı tərəflər arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçını su təchizatı ilə təmin etmişdir. İddiaçı isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsini mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsassızdır, təmin olunmamalıdır. Belə ki, iddiaçı 991.94 manat borcun əsassız hesab olunmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosesual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh ASC-yə qarşı 991.94 manat borcun ləğv olunması tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən alınan (təqdim olunan) gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1701/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1701/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver