Məhkəmə qərarları › İş №2(051)-1713/2021

Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-1713/2021

04.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1713/2021 04.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya verilmədən mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya verilmədən mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bidirdi ki, X7 ilə 17.07.1990-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikah dövründə onlar Mingəçevir şəhər Ş.İ.Xətai küçəsi 3-A №li evin 43 №li mənzili almışlar. Rüstəm Quliyev ilə münasibətləri pisləşdiyinə görə aralarında olan nikah Mingəçevir şəhər məhkəməsinin 31.08.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra Mingəçevir şəhər Ş.İ.Xətai küçəsi 3-A №li evin 43 №li mənzili Rüstəm Quliyev ilə aralarında ½ hissədə bölünmüşdür. Bu barədə onlara Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Cavadehlər Cavabdeh1 və Cavabdeh2 onların birgə nikahından doğulmuşdur. Cavabdehlər 6 ildən çoxdur ki, onlara məxsus mənzildən çıxıb getmişlər və orada yaşamırlar. Cavabdehlərin həmin mənzilə ehtiyacları yoxdur. Cavabdehlərin onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları onun mülkiyyət hüququnu pozur. Ona görə də iddianın təmin olunmasını, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mingəçevir şəhər Ş.İ.Xətai küçəsi 3-A №li evin 43 №li mənzilinə istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. X1 məhkəmə iclasında ifadəsində bildirdi ki, İddiaçı ilə 20 ildən çoxdur ki, qonuşudur. İddiaçının Sevinc və Elşən adlı iki uşağı var. Sevinc və Elsevəri 6 ildir ki, görməmişdir, iddiaçıya məxsus mənzildə yaşamırlar. X2 məhkəmə iclasında ifadəsində bildirdi ki, 22 ildən çoxdur ki, iddiaçı ilə qonşudur. İddiaçının uşaqları Sevinc və Elsevəri 6 ildən çoxdur ki, iddiaçıya məxsus mənzilə gəlibgetdiyinin görmür, həmin mənzildə yaşamırlar. Məhkəmə iddiaçını və şahidləri dinləyib, toplanmış materialı araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhər Ş.İ.Xətai küçəsi 3-A №li evin 43 №li mənzil 12.07.2021-ci ildə ½ hissə mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. İşdə olan 07.08.2021-ci il tarixli №758 №li 8 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, Rüstəmova X4 şəhər Ş.İ.Xətai küçəsi 3-A №li evin 43 №li mənzildə yaşayır. İşdə olan 07.08.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 və Quliyev X3 şəhər Ş.İ.Xətai küçəsi 3-A №li evin 43 №li mənzilində qeydiyyatda olmasına baxmayaraq 6 ildir ki, həmin ünvanda yaşamırlar. İşə əlavə olunmuş, “Asan Mingəçevir”–dən verilmiş ******* №li 04.11.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdhlər Cavabdeh1 və Quliyev X3 şəhər Ş.İ.Xətai küçəsi 3-A №li evin 43 №li mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri,arvadı,valideynləri,uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razlığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam veridiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya odənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, iddiaçının təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyyətində olan Mingəçevir şəhər Ş.İ.Xətai küçəsi 3-A №li evin 43 №li mənzilindən kompensasiya verilmədən istifadə hüququna xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-253 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Mingəçevir şəhər Ş.İ.Xətai küçəsi 3-A №li evin 43 №li mənzilindən kompensasiya verilmədən istifadə hüququna xitam verilsin. Cavabdehlər qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar