Məhkəmə qərarları › İş №2(051)-1719/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1719/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1719/2020 12.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 610 manat əsas borcu, 117.73 manat faiz borcu, 92.1 manat cərimə borcu olmaqla, cəmi 819.83 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-1719/2020 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddianı müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki,tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” X4 təşkilatından illik 36 faizlə 12 ay müdətinə 610 manat kredit götürmüşdür. “FİNtrend” BOKT ilə “xxxxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olmasına dair 898 №-li xx.xx.2018-ci il tarixli 004 №-li xx xxxxxx 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxxxx” İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il iyunun 09-dək Cavabdeh banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 610 manat əsas borcu, 117.73 manat faiz borcu, 92.1 manat cərimə borcu olmaqla, cəmi 819.83 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Odur ki, cavabdehdən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 610 manat əsas borcu, 117.73 manat faiz borcu, 92.1 manat cərimə borcu olmaqla, cəmi 819.83 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan hüquq sahibi “Finternd” BOKT ilə hüquq əldə edən “xxxxxx” KB ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 0004 №li tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilədən görünür ki, “Finternd” BOKT borc alan şəxsə qarşı bütün hüquqları “xxxxxx” KB ASC-yə güzəşt edir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh “FİNtrend” X4 təşkilatından illik 36 faizlə 12 ay müdətinə 610 manat kredit verilmişdir. İşdə olan “FİNtrend” BOKT ilə “xxxxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olmasına dair 898 №-li xx.xx.2018-ci il tarixli 004 №-li xx xxxxxx 2019cu il tarixli hüquqların ötürülməsi barədə sazişdən görünür ki, Cavabdeh ilə “FİNtrend” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxxxx” İKB ASC-yə ötürülmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli, PAİHTD-3749 saylı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 610 manat əsas borcu, 117.73 manat faiz borcu, 92.1 manat cərimə borcu olmaqla, cəmi 819.83 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, “FİNtrend” BOKT-la Cavabdeh arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən kredit təşkilatıcavabdehə 12 ay müddətinə 610 manat məbləğində kredit limiti ayırmışdır. Sonradan həmin kredit məbləğini almaq hüququ iddiaçı banka güzəşt edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun 610 manat əsas borcu, 117.73 manat faiz borcu yaranmışdır. Öhdəliyini lazımınca icra etmədiyinə görə cavabdehə 92.1 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçı banka 610 manat əsas borcu, 117.73 manat faiz borcu, 92.1 manat cərimə borcu olmaqla, cəmi 819.83 manat borcu qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 610 manat əsas borcu, 117.73 manat faiz borcu, 92.1 manat cərimə borcu olmaqla, cəmi 819.83 manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh ndan əsas kredit borcu üzrə 610 (altı yüz) manat, faiz borcu üzrə 117.73 (bir yüz on yeddi manat yetmiş üç qəpik) manat, cərimə borcu üzrə 92.1 (doxsan iki manat bir qəpik) manat olmaqla, cəmi 819.83 (səkkiz yüz on doqquz manat səksən üç qəpik) manat pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar