Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1731/2022 14.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə aldığı “Samsung galaxy A10s” markalı mobil telefonun eyni məbləğində, eyni modelində olan yeni mobil telefonla əvəz edilməsini və ya onun dəyəri olan 460,60 manat məbləğində olan pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun cavabdehdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə etdi və iddia ərizəsiylə eyni məzmunlu izahat verərək qətnamə qəbul edilməsinni xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək müəyyən etdi ki, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar mövcuddur. Ona görə də iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin iddiaçı “Samsung galaxy A10s” markalı mobil telefonu əldə etdikdən sonra telefonda qüsurlar aşkar etmiş, lakin bununla bağlı rəsmi olaraq cavabdeh şirkətə müraciət etməmişdir. İş materiallarında olan 1807 saylı aktda isə telefonu təhvil verən şəxs iddiaçı deyil, X1 qeyd olunmuş, lakin təhvil alan və anbara göndərilməsi qrafası yeri doldurulmamış və akt möhürlənməmişdir. Bununla bağlı məhkəmə qeyd etmək istəyir ki, telefonun cavabdeh şirkətdə olması sübut olunmur. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisə müqavilə münasibətlərindən yarandığından və qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll qaydası nəzərdə tutulur. İddiaçı tərəfindən bu qaydaya riayət edilmədiyindən iddia baxılmamış saxlanılmaıdır. Azərbaycan Respublikası MPM-in 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iddia ərizəsi baxılmamış saxlanır. Azərbaycan Respublikası MPM-in 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ona görə də məhkəmə tərəflərə izah edir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə aldığı “Samsung galaxy A10s” markalı mobil telefonun eyni məbləğində, eyni modelində olan yeni mobil telefonla əvəz edilməsini və ya onun dəyəri olan 460,60 manat məbləğində olan pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun cavabdehdən alınıb ona verilməsi pul tələbinə dair iddiası baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan qərardad tərəfə verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1731/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1731/2022
14.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver