Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1733/2023 22.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə İddiaçı cavabdeh 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı mübahisələndirməyə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı mübahisələndirməyə dair tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdeh orqan Azərbaycan Respublikası Ekologiya və X1 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İddiaçı barəsində qəbul etdiyi “inzibati tənbeh vermə haqqında” 11 aprel 2023-cü il tarixli, MN ******* nömrəli Qərarın ləğv edilməsinə və barəsində tətbiq edilmiş 1000 (bir min) manat məbləğində cərimənin Azərbaycan Respublikası Konstitusiyasına və digər Qanunvericilik aktlarının tələblərinə uyğun olmaması səbəbindən silinməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etsə də, məhkəmə hesab edir ki, o, inzibati xətanın törədildiyi yerin məhkəməsinə, Yevlax rayon Məhkəməsinə müraciət etməli idi. Belə ki, Azərbaycan Respublikası Konustitusiya Məhkəməsi Plenumunun AzərbaycanRespublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 4 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçının hazırki tələbinə məhkəmə icraatı qaydasında baxılmalı deyil və ərizə yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı cavabdeh 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı mübahisələndirməyə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1733/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1733/2023
22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver