Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1737/2022 15.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil İddiaçı cavabdehlər Mingəçevir şəhər «Asan Xidmət» Mərkəzində Notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın qəbul edilməsi tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Mingəçevir şəhər «Asan Xidmət» Mərkəzində Notariat ofisina, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın qəbul edilməsinə dair iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, mərhum atası X1 miras qalmış Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 15 saylı evin, 28 saylı mənzilinin miras əmlak kimi yalnız onun tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı ərizənin baxılmamış saxlanmasını xahiş etdi. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı məhkəməyə ünvanlandığı xx.xx.2022-ci il tarixli ərizədə iddianın baxılmamış saxlanmasını və sənədlərin ona geri qaytarılmasını xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı ərizənin geri qaytarılmasını tələb etdiyindən və cavabdehlər tərəfindən işə mahiyyəti üzrə baxılması tələb edilmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Mingəçevir şəhər «Asan Xidmət» Mərkəzində Notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın qəbul edilməsinə dair iddia ərizəsi baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan qərardad tərəfə verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1737/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1737/2022
15.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver