Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1748/2021 26.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC–nin Cavabdeh qarşı kredit borcun ödənilməsi tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kredit borcun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı ASC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.08.2019-cu il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən cavabdeh bankdan illik 23 faiz dərəcəsi ilə 48 ay müddətinə 6500 manat məbləğində kredit almışdır. Kredit müqaviləsinə görə Cavabdeh kreditin əsas məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə uyğun ödəməli idi. Cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməmiş, iddiaçının xəbərdarlıqlarına baxmayaraq kredit ödəniş qrafikinə riayət etməmişdir. Cavabdeh 5876.19 manat əsas borc və 626.74 manat faiz borc olmaqla cəmi 6502.93 manat kredit borcu yaranmışdı. İddianın təmin olunmasını, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.08.2019-cu il saylı kredit müqaviləsinin ləğv edilməsi, kredit borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən alınaraq İddiaçı ASC ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, həqiqətən də, İddiaçı ASC ilə bağlanmış 19.08.219-cu il tarixli kredit müqaviləsinə əsasən 48 ay müddətinə, aylıq 23 faiz olmaqla, 6500 manat məbləğində kredit götürmüşdür. Lakin maddi imkanı olmadığına görə kredit borcunu ödəməmişdir. Kredit borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə cavabdehi dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.08.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh 48 ay müddətinə, illik 23 faiz olmaqla 6500 manat məbləğində kredit verməyi, Cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faiz və cərimələri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş 19.08.2019-cu il tarixli kassa-məxaric orderin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 6500 manat kredit verilmişdir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh banka 5522.62 manat əsas borcu, 1051.96 manat faiz borcu olmaqla, cəmi 6574.58 manat kredit borcu mövcuddur. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə toplanmış sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdeh X1 5876.19 manat əsas borc, 626.74 manat faiz borc olmaqla, cəmi 6502.93 manat kredit borcu alınıb İddiaçı ASC -yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216– 220, 360-cı maddələrini rəhbər tutub , məhkəmə Q ət etdi: İddia təmin olunsun. İddiaçı ASC ilə cavabdeh X2 arasında bağlanmış 19.08.2019-cu saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh X1 5876.19 (beş min səkkiz yüz yetmiş altı manat on doqquz qəpik) manat əsas borc, 626.74 (altı yüz iyirmi altı manat yetmiş dörd qəpik) manat faiz borc olmaqla, cəmi 6502.93 (altı min beş yüz iki manat doxsan üç qəpik) manat kredit borcu və 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1748/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1748/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver