Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1755/2022 10.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh İmdad oğlunun əvəzinə banka ödədiyi 1704 manat məbləğində borc pulun və ondan əlavə olaraq aldığı 500 manat məbləğində borc pulun, yəni ümumilikdə 2204 manat məbləğində borc pulun və dövlət rüsumu kimi ödədiyim 39,40 manat pulun Cavabdeh İmdad oğlundan tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh İmdad oğlunun əvəzinə banka ödədiyi 4669,33 manat məbləğində borc pulun və ondan əlavə olaraq aldığı 500 manat məbləğində borc pulun, yəni ümumilikdə 5169,33 manat məbləğində borc pulun və dövlət rüsumu kimi ödədiyi 39,40 manat pulun Cavabdeh İmdad oğlundan tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğlu məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, 2021-ci ilin yanvar ayından tanıdığı Cavabdeh İmdad oğlu guya özü ödəyəcəyi vədini verməklə xx.xx.2021-ci il tarixdə onun adına Azərbaycan Beynəlxalq Bankının Sabunçu Filialından 4400 manat pulu kredit götürüb öz ehtiyacları üçün xərcləmişdir. Cavabdehla onun arasında şifahi razılaşma olmuşdur ki, onun adına kredit götürüb ona borc kimi verib və o, krediti vaxtı-vaxtında ödəyəcəkdir. O, Cavabdeh səmimiliyinə inanaraq öz adına kredit götürüb ona borc kimi verdi və o, həmin pulu öz ehtiyacları üçün xərclədi. Həmin kredit üzrə aylıq ödəniş 129,25 manat olmaqla 2021-ci ilin fevral ayından başlayaraq 2025-ci ilin yanvar ayı da daxil olmaqla 48 ay ərzində əsas borc 4400, faiz 1803,95 manat olmaqla ümumilikdə 6203,95 manat pul Banka ödənilməlidir. Kreditin ilk aylarında Cavabdeh həmin aylar üçün nəzərdə tutulmuş ödənməli kredit məbləğini ödəmişdir. Cavabdeh Banka ümumilikdə 636 manat pul ödəmişdir. Lakin sonrakı aylardan başlayaraq Cavabdeh hər dəfə ödəyəcəyini söz versə də krediti ödəməkdən müxtəlif bəhanələrlə yayınır. Kredit onun adına olduğundan onun əməkhaqqı kartından hər ay pul tutularaq Bankın hesabına keçirilir. Bu günə kimi artıq onun əməkhaqqından ümumilikdə 1704 manat məğləğində pul kreditin ödənilməsinə çıxılıb. O, dəfələrlə Cavabdehla telefonla danışarkən və mesajlaşarkən ona borc kimi götürdüyü kredit pulunu ödəməyi bildirsə də o, hər dəfə ona ödəyəcəyini söz verir və sonradan pulu ödəməkdən yayınır. Ona görə də 2021-ci ilin oktyabr ayında Bakı hərbi prokurorluğuna Cavabdeh tərəfindən ona qarşı dələduzluq edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdi. Bakı hərbi prokurorluğu tərəfindən xx.xx.2021-ci il tarixli məktubla müraciətinə cavab olaraq Cavabdehla aralarındakı məsələnin mülki xarakterli olduğundan ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bundan başqa, Cavabdeh 2021-ci il ərzində müxtəlif vaxtlarda Bakı şəhərində onunla görüşərək habelə, kartına köçürmə yolu ilə ümumilikdə ondan daha 500 manat pulu da borc kimi almış və ona həmin pulu qısa müddət ərzində qaytaracağını vəd etsə də, bu günə kimi həmin borc pulu da qaytarmamışdır. Qeyd etdiklərini sübut etmək üçün Cavabdeh İmdad oğlu ilə onun arasında olan mesajları, kredit cədvəlinin surətini, əməkhaqqı kartından çıxarışı ərizəyə əlavə edib. Həmçinin bildirir ki, Bakı hərbi prokurorluğunda müraciətinə baxılarkən Cavabdeh izahatında borc kimi onun adına bankdan kredit pul götürərək öz ehtiyacları üçün xərclədiyini etiraf etmişdir. Ona görə də Cavabdeh İmdad oğlunun əvəzinə banka ödədiyi 4429 manat məbləğində borc pulun və ondan əlavə olaraq aldığı 500 manat məbləğində borc pulun, yəni ümumilikdə 5429 manat məbləğində borc pulun və dövlət rüsumu kimi ödədiyi 39,40 manat pulun Cavabdeh İmdad oğlu tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İddiaçı cavabdehin iştirakı olmadan işə baxılmasına razı olmuş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, xx.xx.2021-ci il tarixdə onun adına Azərbaycan Beynəlxalq Bankının Sabunçu Filialından 4400 manat pulu kredit götür Cavabdeh İddiaçı Cavabdeh İmdad oğlu özü ödəyəcəyi vədini verməklə xx.xx.2021-ci il tarixdə onun adına Azərbaycan Beynəlxalq Bankının Sabunçu Filialından 4400 manat pulu krediti götürmüşdür. Cavabdehla iddiaçı arasında şifahi razılaşma olmuşdur ki, onun adına kredit götürüb ona borc kimi verib və o isə krediti vaxtı-vaxtında ödəyəcəkdir. Lakin cavabdeh borclu olduğu pulu banka razılaşdırılmış qaydada vaxtı vaxtında ödəməmişdir. Beləliklə İddiaçı Q.İmnaovdan onun əvəzinə banka ödədiyi borcu pulun tələbinə dair məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə iclasında həqiqətəndə xx.xx.2021-ci il tarixdə iddiçının adına Azərbaycan Beynəlxalq Bankının Sabunçu Filialından 4400 manat pulu krediti götürüldüyü müəyyən edilmişdir. Cavabdeh isə iddiaçıdan aldığı borc pulun qaytarılması ilə bağlı iş materiallarına sübut kimi əlavə edilmiş votsap mesajları vasitəsi ilə də iddiaçıdan həmin pul vəsaitini qəbul etdiyini və qaytaracağına söz vermişdir. Bundan əlavə məhkəmənin sorğusu əsasında Bakı Hərbi Prokurorluğundan daxil olmuş materiallardanda görünür ki, Cavabdeh Bakı Hərbi Prokurorluğunda verdiyi izahatında İddiaçı 4356 manat, əlavə olaraq 500 manat aldığını etiraf etmiş, lakin sonradan əlavə olaraq aldığı 500 manatı qaytardığını qeyd etmişdir. Lakin cavabdeh bir neçə dəfə məhkəmə iclasına dəvət olunsada məhkəmə iclaslarına gəlməmiş, izahatında qeyd etdiyi xüsusatları məhkəmə iclasında sübuta yetirməmişdir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən pul borcunun iddiaçı tərəfindən cavabdehə verilməsini və hazırda da həmin məbləğiun cavabdeh tərəfindən ödənilməməsinin sübutetmə yükü iddiaçının, lakin həmin borc məbləğinin mövcudluğunu təkzib edildiyi halda, iddiaçı tərəfə qaytarılmasını sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Ona görə də məhkəmə qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 389.1-ci maddəsində müqaviləyə verilən tərifə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Sadalanan hüquq normalarını sistemli təhlil edib işin faktik halları ilə müqayisə edəndə müəyyən olunur ki, iddiaçı cavabdehə Azərbaycan Beynəlxalq Bankının Sabunçu Filialından 4400 manat pulu kredit götürüb Cavabdeh vermiş cavabdeh isə həmin pulu iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. Bu razılıq onların arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 389.1-ci maddəsi baxımından yanaşdıqda isə, iddiaçı ilə cavabdehin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi haqqında razılaşması, yəni müqavilədir. Bu müqavilə qanuna zidd deyildir və tərəflər üçün öhdəliklər yaradır. Tərəflər arasında bağlanan müqavilənin növünü müəyyən etmək üçün onun həqiqi məzmunu tərəflərin iradəsi, rəftarı və s. xüsusatlar nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 329.3-cü maddəsində deyilir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Məcəllənin 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu baxımdan tərəflər arasında bağlanmış şifahi müqavilə, hüquqi təbiətinə görə borc müqaviləsidir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbin icra edilməsi qaydalarını tənzimləyən 433.3-cü maddəsində göstərilmişdir ki, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 39,40 manat Cavabdeh tutulub İddiaçı verilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq. q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh cəmi 5169,33 manat pulun və 39,40 manat dövlət rüsumunun tutularaq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1755/2022
Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-1755/2022
10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver