Məhkəmə qərarları › İş №2(051)-1764/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1764/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1764/2020 13.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və Cavabdeh iştirakı ilə, iddiaçı: Bank İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh: Cavabdeh qarşı «kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 1567.37 manat məbləğdə əsas borc, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə faiz borcu üzrə 135.59 manat, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə gecikdirilmişəsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 57.48 manat, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən sonra banka vurulmuş zərər (əldən çıxmış fayda) üzrə 221.96 manat, cəmi 1982.40 manat kredit borcunun, 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutularaq Bank İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Bank İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxx 2019-cu il tarixdə Bank İddiaçı ASC ilə 104- S-2069 saylı kredit müqaviləsi bağlayaraq 12 ay müddətinə 18 faiz illik faiz dərəcəsi olmaqla 3000 manat məbləğdə kredit almışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş, müqavilənin şərtlərini pozaraq, kreditin ödənilməsini mütəmadi olaraq gecikdirmişlər. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o öhdəliklərini icra etməmişdir. Qeyd olunanlara əsasən Cavabdeh 1567.37 manat məbləğdə əsas borc, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə faiz borcu üzrə 135.59 manat, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 57.48 manat, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən sonra banka vurulmuş zərər (əldən çıxmış fayda) üzrə 221.96 manat, cəmi 1982.40 manat kredit borcunun, 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulub Bank İddiaçı ASC-nə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə qismən razı olduğunu bildirmiş vəəldən çıxmış fayda borcuna dair hissənin isə rədd edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh xx xxx 2020-ci ildə Bank İddiaçı ASC ilə müqavilə bağlayaraq 3000 manat məbləğdə kredit almış, aldığı borc məbləğini illik 18 faiz əlavəsi ilə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş Bank İddiaçı ASC-nin xx xxxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh həmin tarixə Bank İddiaçı ASC-nə cəmi 1982.40 manat məbləğdə borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kreditə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq vəöhdəliklərinin yaranmasıüçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılmasıüçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin bu şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı borcalana krediti ödəmədiyi üçün 57.48 manat məbləğdə cərimə hesablanmışdır. Lakin məhkəmə borcluya 57.48 manat məbləğdə dəbbə pulunun artıq hesablandığı qənaətindədir. Belə ki, Azərbaycan Respublikası MMnin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, borcludan 10 manat miqdarda dəbbə pulu alınmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbinin Cavabdeh müqavilə müddətinin sonundan (xx.xx.2020) bugünə qədər Mərkəzi Bankın müəyyən etdiyi bank uçot dərəcəsinə uyğun olaraq hesablanmışəldən çıxmış fayda borcu olan 221.96 manatına dair hissəsinin təmin edilməməsi qənaətindədir. Belə ki, iddiaçı bu barədə məhkəməyə əsaslı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi qismən təminedilsin. Cavabdeh 1567.37 manat məbləğdə əsas, 135.59 manat məbləğdə faiz borcu, 10 manat məbləğdə cərimə borcu olmaqla, cəmi 1712.96 manat məbləğdə borc alınaraq Bank İddiaçı ASC-nə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul və 0.40 manat xidmət haqqı cavabdehlərdən tutulub Bank İddiaçı ASC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar