Məhkəmə qərarları › İş №2(051)-1769/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1769/2020

19.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1769/2020 19.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Məmmədli Elvin Namiq oğlunun katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, xx xxxxxx 2012-ci il tarixdə Aynuradlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehin hər ay aylıq qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ilə xx.xx.2011-ci ildə ailə qurmuşlar. Birgə nikahdan xx xxxxxx 2012-ci il tarixdə Aynur adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlara görə cavabdehlə ayrılmış, ayrıldıqdan sonra azyaşlı uşaq onun yanında qalmışdır. Hazırda da uşaq onun yanında yaşayır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində aliment tutulması qət edilsə də, hazırda həmin məbləğ uşaqları saxlamaq üçün yetərli deyildir. Uşağın qidalanması və geyimi ilə bağlı xərclər isə mütəmadi şəkildə artmaqda davam edir. Mövcud vəziyyətdə uşağını tək başına saxlaya bilmir. Cavabdehin əmək haqqısı iki dəfə artsa da, cavabdeh aliment ödənişindən əlavə ona hər hansı maddi köməklik göstərmir. Odur ki, iddianın təmin edilərək, xx xxxxxx 2012-ci il tarixdə doğulmuş Aynur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay aylıq qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin tutulub ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək verdiyi izahatında göstərdi ki, o xx xxxxxx 2012-ci il tarixdə doğulmuş Aynur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının ¼ hissəsinin aliment kimi tutulub iddiaçıya verilməsinə etiraz etmir, lakin başqa gəlirlərindən tutulmanın aparılmasına razı deyil. Belə ki, o, X3 ilə yeni ailə qurmuş və həmin nikahdan xx.xx.2019-cu il təvəllüdlü Yusif adlı uşaqları doğulmuşdur. Ona görə də, qətnamə qəbul olunarkən izahatında göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİİ 021611 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx xxxxxx 2012-cü il tarixdə Aynur adlı uşaqları doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)–811/2017 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında olan xx.xx.2011-ci ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində 361 nömrə ilə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2012-ci il tarixdə doğulmuş Aynur adlı uşaq anası İddiaçı yanında qalmış vəxx xxxxxx 2012-cü il tarixdə doğulmuş Aynur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay uşaq üçün 130 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi DYMX Mingəçevir Şəhər Dövlət X5 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 37/39-099 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdən Mingəçevir ŞDYMD-nin böyük yanğınsöndürəni vəzifəsində xidmət edir və ona hesablanmış əmək haqqı 714.65 manat, plastik karta yüklənən məbləğ isə 506.24 manat təşkil edir. İşdə olan AZ-İİ 223070 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X4 ilə xx.xx.2018-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Əsgərova soyadı verilmişdir. İşdə olan AZ-İV 297870 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 birgə nikahından xx xxxx 2019-cu il tarixdə Yusif adlı uşaqları doğulmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər 2011-ci ildə ailə qurmuşlar. Birgə nikahdan xx xxxxxx 2012-cü il tarixdə Aynur adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlara görə tərəflər ayrılmış və ayrıldıqdan sonra azyaşlı uşaq iddiaçının yanında qalmışdır. Əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində alimentin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Nikah pozulduqdan və sabit pul məbləğində aliment müəyyən olunduqdan sonra cavabdeh Mingəçevir ŞDYMD-nin böyük yanğınsöndürəni vəzifəsinə işə qəbul edilmişdir. Ondan sonra cavabdehin qazancı müntəzəm və sabit olmuşdur. Ona görə də iddiaçı alimentin miqdarının dəyişdirilməsini tələb etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehin yeni işə qəbul edilməklə maddi vəziyyətində əsaslı dəyişiklik olduğundan, ödənilən alimentin miqdarının artırılaraq hər ay cavabdehdən aylıq qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilməsi, tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, uşaq ananın yanında yaşayır və onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1–ci və 76.1.1–ci maddələrinin tələblərinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün məhkəmə tərəfindən 1 uşağa görə onların valideynlərinin qazancının və ya başqa gəlirinin ¼ hissəsi miqdarında aliment tutulur. “X9” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. xx xxxxxx 1989–cu il tarixdə qəbul olunmuş “X9” X1 Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib– keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, hazırda iddiaçının uşağına ödənilən alimentin miqdarı, uşaq üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə kəskin dərəcədə azdır. Bundan başqa, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Cavabdehin yeni işə qəbul edilməklə maddi vəziyyətinin yaxşılaşması, alimentin məbləğinin artırılmasıüçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşağa təyin olunmuş alimentin artırılmasıüçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay uşaq üçün 130 manat miqdarında aliment müəyyən edilməsi, hazırda uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə kəskin dərəcədə azdır və uşağın maddi tələbatlarını təmin etmədiyi açıq–aşkardır. Bundan başqa məhkəmə hesab edir ki, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıüçün alimentin miqdarının cavabdehin hər ay aylıq qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi məbləğində müəyyən edilməsi, uşağın mənafelərinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin borcudur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay aylıq qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin uşaq üçün alınması azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi dəəlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx xxxxxx 2012-ci il tarixdə doğulmuş Aynuradlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)–811/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq uşaq üçün cavabdehin hər ay aylıq qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi məbləğində müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub elektron hökümət portalına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar