Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1780/2021 18.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 09.09.2020-cu il tarixli müqaviləyə əsasən 1206 manat əsas, 221 manat cərimə, 09.09.2020-ci il tarixli müqaviləyə əsasən 1826.4 manat əsas, 501.6 manat cərimə olmaqla, cəmi 3755 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 09.09.2020-ci il tarixli müqaviləyə əsasən, cavabdeh "xxxx" MMC-dən 18 ay müddətinə hər ay 67 manat (ilkin ödəniş 4 manat) ödəniş etmək şərti ilə cəmi 1210 manat dəyərində LG LED markalı televizor, 09.09.2020-cu il tarixli müqaviləyə əsasən, cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə hər ay 152.2 manat ödəniş etmək şərti ilə cəmi 1826.4 manat dəyərində Samsung Galaxy A11 markalı telefon və Samsung markalı avtomat paltaryuyan maşın almışdır. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə cavabdehin 09.09.2020-cu il tarixli müqaviləyə əsasən 1206 manat əsas, 221 manat cərimə, 09.09.2020-ci il tarixli müqaviləyə əsasən 1826.4 manat əsas, 501.6 manat cərimə olmaqla, cəmi 3755 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, borcunu ödəməkdən yayınmışdır. Odur ki, cavabdehdən 09.09.2020-cu il tarixli müqaviləyə əsasən 1206 manat əsas, 221 manat cərimə, 09.09.2020-ci il tarixli müqaviləyə əsasən 1826.4 manat əsas, 501.6 manat cərimə olmaqla, cəmi 3755 manat məbləğində borcu n və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımıqaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etdi və izahatında göstərdi ki, həqiqətən 09.09.2020–cu il tarixli müqaviləyə əsasən "xxxx" MMCdən 18 ay müddətinə hər ay 67 manat (ilkin ödəniş 4 manat) ödəniş etmək şərti ilə cəmi 1210 manat dəyərində LG LED markalı televizor, 09.09.2020-cu il tarixli müqaviləyə əsasən, cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə hər ay 152.2 manat ödəniş etmək şərti ilə cəmi 1826.4 manat dəyərində Samsung Galaxy A11 markalı telefon və Samsung markalı avtomat paltaryuyan maşın almışdır. Hazırda borcunu ödəməkdən boyun qaçırmır və borcu ödəməli olmasını bilir. Bu səbəbdən qalan borcunu maddi imkanı olan kimi hissəhissə ödəməyə söz verir. Odur ki, izahatında göstərilənlərə uyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09.09.2020-ci il tarixli müqaviləyə əsasən, cavabdeh "xxxx" MMC-dən 18 ay müddətinə hər ay 67 manat (ilkin ödəniş 4 manat) ödəniş etmək şərti ilə cəmi 1210 manat dəyərində LG LED markalı televizor, 09.09.2020-cu il tarixli müqaviləyə əsasən, cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə hər ay 152.2 manat ödəniş etmək şərtilə cəmi 1826.4 manat dəyərində Samsung Galaxy A11 markalı telefon və Samsung markalı avtomat paltaryuyan maşın almışdır. İşdə olan 23.06.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 09.09.2020-cu il tarixli müqaviləyə əsasən 1206 manat əsas, 221 manat cərimə, 09.09.2020-ci il tarixli müqaviləyə əsasən 1826.4 manat əsas, 501.6 manat cərimə olmaqla, cəmi 3755 manat məbləğində borcu vardır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə Cavabdeh arasında 09.09.2020-ci il tarixli müqaviləyə əsasən, cavabdeh "xxxx" MMC-dən 18 ay müddətinə hər ay 67 manat (ilkin ödəniş 4 manat) ödəniş etmək şərti ilə cəmi 1210 manat dəyərində LG LED markalı televizor, 09.09.2020-cu il tarixli müqaviləyə əsasən, cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə hər ay 152.2 manat ödəniş etmək şərti ilə cəmi 1826.4 manat dəyərində Samsung Galaxy A11 markalı telefon və Samsung markalı avtomat paltaryuyan maşın almışdır. Cavabdeh müqavilənin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə onun iddiaçıya ümumilikdə 3032.4 manat əsas borcu yaranmışdır. Müqavilə öhdəliyini vaxtında icra etmədiyinə görə isə iddiaçı tərəfindən 722.6 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 22.06.2019-cu il və nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən cavabdeh razılaşdırılmış dəyərini hissə-hissə ödəmək şərti ilə iddiaçı "xxxx" MMC-dən məişət əşyaları almışdır. Lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı hüquqi şəxsin cavabdehə qarşı öhdəliyin icra edilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdehdən 09.09.2020-cu il tarixli müqaviləyə əsasən 1206 manat əsas borc, 09.09.2020-ci il tarixli müqaviləyə əsasən 1826.4 manat əsas borcu alınmalı, lakin hesablanmış dəbbə pulları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq, hər bir müqavilə üzrə müvafiq olaraq 21 manat və 41 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, cavabdehdən 09.09.2020-cu il tarixli 21151731 nömrəli müqaviləyə əsasən 1206 manat əsas borc, 21 manat cərimə, 09.09.2020-ci il tarixli 21151769 nömrəli müqaviləyə əsasən 1826.4 manat əsas borc, 41 manat cərimə cavabdehdən alınıb iddiaçıya verilməlidir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən 09.09.2020-cu il tarixli 21151731 nömrəli müqaviləyə əsasən 1206 manat əsas, 21 manat cərimə, 09.09.2020-ci il tarixli 21151769 nömrəli müqaviləyə əsasən 1826.4 manat əsas, 41 manat cərimə olmaqla, cəmi 3094.4 manat məbləğində pul alınıb İddiaçınə verilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. AR MPM-nin 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 09.09.2020-cu il tarixli 21151731 nömrəli müqaviləyə əsasən 1206 (bir min iki yüz altı) manat əsas, 21(iyirmi bir) manat cərimə 09.09.2020-ci il tarixli 21151769 müqaviləyə əsasən 1826.4 (bir min səkkiz yüz iyirmi altı manat qırx qəpik) manat əsas, 41(qırx bir) manat cərimə borcu olmaqla, cəmi 3094.4(üç min doxsan dörd manat qırx qəpik) manat pul alınıb İddiaçınə verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pul alınıb İddiaçınə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1780/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1780/2021
18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver