Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1782/2021 10.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlə aralarında bağlanmış 16.01.2017-ci il tarixli müqavilə üzrə 2000 manat məbləğində pulun, ödənişi gecikdirdiyinə görə 500 manat məbləğində faizin, 110 manat hüquqi xərcin və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2640 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək müəyyən etdi ki, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar mövcuddur. Ona görə də iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iddiaçı 16.01.2017-ci il tarixli notariusda bağlanmış borc müqaviləsinə əsasən borcluya 2000 manat borc pul vermiş, borclu isə həmin pulu 16.01.2018-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin halhazıradək borclu heç bir ödəniş etməmişdir. Odur ki, iddiaçı həmin borc müqaviləsi əsasında verdiyi pulun borcludan tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisənin qabaqcadan məhkəmədən kənar həllinin qanunvericiliklə müəyyən edilmiş qaydasını tətbiq etmə imkanı itirilməmişdir. Belə ki, iş materiallarında olan, tərəflər arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsinin 7-ci bəndində borc alanın müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadığı və ya faizləri ödəmədiyi halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı qeyd edilmişdir. Notariat Haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə görə borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlər olduqda, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Həmin maddənin 7-ci hissəsində göstərilir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Notariat Haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə uyğun olaraq, iddiaçı sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli, 20 gün ərzində borclu lazımi icranı həyata keçirmədiyi halda bildirişi, onun borcluya çatdırıldığını təsdiq edən sənədi, borclunun cavab məktubunu (cavab məktubu olduğu halda) əlavə etməklə icra qeydinin aparılması ilə bağlı borclunun olduğu yer üzrə notariusa ərizə ilə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-in 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iddia ərizəsi baxılmamış saxlanır. Azərbaycan Respublikası MPM-in 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ona görə də məhkəmə tərəflərə izah edir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı cavabdehlə aralarında bağlanmış 16.01.2017-ci il tarixli müqavilə üzrə 2000 manat məbləğində pulun, ödənişi gecikdirdiyinə görə 500 manat məbləğində faizin, 110 manat hüquqi xərcin və 30 manat dövlət rüsumu, cəmi 2640 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi pul tələbinə dair iddiası baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan qərardad tərəfə verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1782/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1782/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver