Məhkəmə qərarları › İş №2(051)-179/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-179/2025

10.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-179/2025 10.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh və etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı uşağa görə əlavə xərc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması və uşağa görə əlavə xərc tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən Cavabdeh tutulan alimentin artırılması, hər ay aylıq hər cürə qazancının ¼ hissəsində, lakin aylıq 250 manat sabit pul məbləğindən az olmamaqla alimentin tutulub ona ödənilməsi, 2023-cü ilin sentyabr və oktyabr ayı , 2024-ci ilin yanvar, iyul, avqust ayları üçün hər ay üçün 250 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona ödənilməsi, 21 sentyabr 2022-ci il tarixdən hazırki müddətə qədər ona hesablanmamış 1200 manat pulun cavabdehdən alınıb ona verilməsi, 14 may 2022-ci il təvəllüdlü Mələk adlı uşağın müalicəsi ilə əlaqədar hər ay Cavabdeh 100 manat vəsaitin əlavə xərc kimi tutulub ona verilməsi, ödənilmiş mediasiya xərcinin ona qaytarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh tutulan alimentin artırılması, hər ay aylıq hər cürə qazancının ¼ hissəsində, lakin aylıq 250 manat sabit pul məbləğindən az olmamaqla alimentin tutulub ona ödənilməsi və 14 may 2022-ci il təvəllüdlü Mələk adlı uşağın müalicəsi ilə əlaqədar hər ay Cavabdeh 100 manat vəsaitin əlavə xərc kimi tutulub ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 250 manat vəsaitin əlavə xərc kimi tutulub ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikah bağlayıb, xx.xx.2022-ci il tarixdə Mələk adlı uşaqları doğulmuşdur. Ancaq aralarındakı münasibətlər pozulmuş və onlar 24 iyul 2022-ci ildə ayrılmışlar. Mingəçevir şəhər məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(051 )-2048/2022 saylı qətnaməsi ilə 21 sentyabr 2022-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 14 may 2022-ci il təvəllüdlü Mələk adlı uşağın saxlanılması üçün cavabdehdən hər ay əmək haqqının ¼ hissəsinin tutulub ona verilməsi qət edilmişdir. Buna baxmayaraq, cavabdeh hər ay aylıq qazancını gizləmiş, bəhanələri isə bundan ibarət olmuşdur ki, qətnamədə aylıq qazanc deyil, əmək haqqı qeyd olunmuşdur. Bununla bağlı dəfələrlə sorğu verilsə də işəgötürən Cavabdeh gəlirləri barədə məlumat verməmişdir. Bundan istifadə edən Cavabdeh 2023-cü ilin sentyabr, oktyabr aylarında, 2024-cü ilin yanvar, iyul, avqust aylarında dediyinə görə öz hesabına məzuniyyət götürmüş, nəticədə həmin müddətdə aliment ona 31 manat, 56 manat şəklində ödənilmişdir. Halbuki, əvvəllər o, 226 manat aliment alırdı. Bu səbəbdən də cavabdehdən tutulan alimentin artırılması, hissəvi tutulan alimentə münasibət hər 250 manat sabit pul məbləğindən az olmayaraq aliment təyin olunmasını istəyir. Qeyd edir ki, qızı Mələk nitq ləngiməsi olduğundan, yəni ümumiyyətlə danışmadığından müalicə təyin olunmuşdur. Özünün-iştirakı ilə loqoped və psixoloq yanına aparır. Cavabdeh bilir ki, hər həftə uşaq üçün loşoped xidmətinə 30 manat pul ödənişi edir. Hətta sentyabr ayından 4 dəfəsinin ödənişini Cavabdeh ödəmiş və özü də həmin seanslarda iştirak etmişdir. Halbuki o , 01 sentyabr 2024-cü il tarixdən həftəlik 30 manat loqopedə vəsait ödəyir. Aylıq 120 manatdan artıq vəsaitdir. Uşaq danışdıqdan sonra uşaqla psixoloq məşğul olmalıdır. Bunun üçün uşağı müxtəlif müayinələrə aparmışdır. Odur ki, Cavabdeh tutulan alimentin artırılması, hər ay aylıq hər cürə qazancının ¼ hissəsində, lakin aylıq 250 manat sabit pul məbləğindən az olmamaqla alimentin tutulub ona ödənilməsi və 14 may 2022-ci il təvəllüdlü Mələk adlı uşağın müalicəsi ilə əlaqədar hər ay Cavabdeh 100 manat vəsaitin əlavə xərc kimi tutulub ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia ərizəsini müdafiə etdi və iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə etdi əlavə olaraq qeyd etdi ki, uşağa nitq ləngiməsi diaqnozu qoyulub, buna görə də uşağı loqopedə aparmalı olur. Həmin xərclərin çəkilməsində çətinlik çəkir. Ona görə də iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etmədi və bildirdi ki, ərizədən göründüyü kimi iddiaçının iddia tələbi iki hissədən ibarətdir. Qeyd elmək istəyir ki, iddiaçının iddiasının l-ci hissəsindəki tələbi qeyri- müəyyən, qarışıq və anlaşılmazdır. Belə ki, aylıq hər cür qazancının ¼ hissəsində alimentin tutulmasını tələb etdiyi halda, hər cür qazancından tutulan məbləğin aylıq 250 manat sabit pul məbləğindən az olmamaqla tutulmasını tələb edir. O, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində Ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə sektorunun aparıcı məsləhətçisi vəzifəsində işləyir və aylıq əmək haqqı ştat cədvəlinə əsasən 1119.25 manat təşkil edir. Mingəçevir şəhər məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(051 )-2048/2022 saylı qətnaməsi ilə 21 sentyabr 2022-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 14 may 2022-ci il təvəllüdlü Mələk adlı uşağın saxlanılması üçün ondan hər ay əmək haqqının ¼ hissəsinin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Odur ki. qətnaməyə müvafiq olaraq işlədiyi idarənin mühasibatlığında aylıq əmək haqqının məbləğinə uyğun ¼ hissədə aliment tutularaq İddiaçı verilir. Yəni ona hesablanmış 1119.25 manat əmək haqqı üzrə ona Ödənilməli olan 906.61 manat əmək haqqının ¼ hissəsi olan 226.65 manat aliment məbləği tutularaq iddiaçıya ödənilir. İndiyədək də iddiaçıya aliment borcu yoxdur. Aylıq əmək haqqında artım olacağı təqdirdə müvafiq olaraq tutulub iddiaçıya ödənilən aliment məbləği də artacaq. Odur ki, iddiaçının alimentin artırılması barədə tələb hissəsi Ailə Məcəlləsinin 76.1.1-çi maddəsinə uyğun olmadığına görə əsassızdır, təmin edilməməlidir. Onu da qeyd etmək istəyir ki, ondan Mələk Məliksoy üçün iş yeri üzrə əmək haqqından tutulan alimentdən başqa, o, könüllü olaraq İddiaçı bank kartına 2023-2024-cü illərdə ayrı-ayrı aylarda müxtəlif məbləğlərdə: 25 manat, 50 manat, 20 manat, 180 manat, 60 manat, 179 manat, 57 manat, 33 manat, 12 manat, 10 manat, 13 manat pul köçürmüş və bu köçürmələrə dair sübutları elektron qaydada məhkəməyə təqdim etmişdir. Bundan başqa, bildirir ki, İddiaçı özünün maddi imkanları normaldır, Yevlax rayon Əcəmi kənd tam orta məktəbdə kimya müəllimi işləyir, aylıq əmək haqqı 507.89 manatdır. Eləcə də, nikahları pozulduqdan sonra İddiaçı 2023-ci ildə Mingəçevir şəhəri, Nəcəf bəy Vəzirov küçəsindəki 14 №-li evin 46 №-li mənzilini xüsusi mülkiyyətinə almışdır ki, mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən Dövlət reyestrindən Çıxarışı elektron qaydada sübut olaraq məhkəməyə təqdim etmişdir. Ailə qanunvericiliyinə müvafiq olaraq uşağı təkcə ata deyil, həm də ana saxlamağa borcludur. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə alimentin miqdarı müəyyən olunduqdan sonra onun maddi vəziyyətində müsbətə doğru hər hansı dəyişiklik olmamışdır. Ailə vəziyyətində isə dəyişiklik olmuş, xx.xx.2025-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuş və ailə başçısı kimi ailəni saxlamaq vəzifəsi də yaranmışdır. Lakin İddiaçı maddi vəziyyəti nikahları pozulduqdan və aliment təyin olunduqdan sonra daha da yaxşılaşmış və yuxarıda qeyd eldiyi kimi Mingəçevir şəhərində xüsusi mülkiyyətinə mənzil almışdır. İddiaçı iddia tələbinin ikinci hissəsi, yəni uşağın müalicəsi ilə əlaqədar hər ay ondan əlavə olaraq 100 manat pulun tutulub ona verilməsi tələbi ilə də razılaşmır, onun iddia tələbinin bu hissəsi də əsassızdır. Belə ki, bundan əvvəl hazırkı iş üzrə 10 dekabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında İddiaçı uşağın xəstəliyinə dair hansı sənədinin olması soruşulanda o cavab verdi ki, sənəd yoxdur, amma lazım gəlsə “autizm” xəstəliyi arayışı təşkil edəcək. O. dediyi kimi də etdi və bir gün sonra onnun iştirakı və razılığı olmadan X6 Xəstəlikləri Dispanserindən xx.xx.2024cü il tarixinə uşağa "Autizm kanner sindromu" diaqnozu qoyduraraq psixiatrik müşahidəyə götüzdürdü. Onun qızı Mələkdə "autizm kanner sindromu“' xəstəliyi yoxdur. Onun qızı çox aktiv və fəaldır, diqqətlidir, ətraf mühitə reaksiyası normaldır. Uşaqla görüş günlərində çəkdiyi videogörüntülər də bunu təsdiq edir. Eəcə də, Mələk Məliksoyun şəhər mərkəzi xəstəxanasındakı Ambulator kartadan çıxarışa görə diaqnozu “nitqin ləngiməsi" diaqnozudur və belə nitq ləngimələri əksər uşaqlarda var, böyüdükcə nitq normallaşır. Ambulator kartadan çıxarışda müayinənin nəticə hissəsində belə qeyd olunub: "uşaqda reaksiya var, göz almalarının hərəkəti tam həcmdədir, həkim nevropatploq Vüsalə Aşurova". O, həkim Vüsalə Aşurovanın yanında olarkən, o dedi ki, uşaqda autizmlə bağlı hər hansı hal müşahidə etsəydi onu digər həkimlərə yönləndirərdi. Bundan başqa, xx.xx.2024-cü ildə İddiaçı ilə birgə qızı Mələyi loqopedə aparmışlar və loqoped bildirmişdir ki, Mələyin çox güclü zəkası var, ciddi heç bir problemi yoxdur, sadəcə çox ərköyündür. Habelə, xx.xx.2024 -cü ildə İddiaçı ilə Mələyi psixoloq yanına aparmış və psixoloq bildirmişdir ki, uşaqda nitq ləngiməsi var, tələsməyin, 3 yaşından sonra düzələr. Bundan başqa, qeyd etmək istəyir ki, hətta uşaqda "autizm kanner diaqnozu" olsa belə bu xəstəlik dərman preparatları ilə deyil, psixoloji davranış üsulları ilə müalicə olunur. Əgər dərman preparatları ilə müalicə olunarsa bu da naturada dövlət hesabına, qeydiyyatda olduğu səhiyyə müəssisəsinin hesabına həyala keçirilir. X6 Dispanserinin mənə ünvanladığı 696 №-li xx.xx.2024-cü il tarixli məktubda da qeyd olunur ki, Mələk Məliksoya əlillik təyin edildikdən sonra müalicə və dərman vasitələri ilə təminat xərcləri dövlət hesabına aparıla bilər. Daha sonra Səhiyyə Nazirliyinin Tibbi Xidmət Şöbəsinin Mingəçevir Ruhi- X2 baş həkimi Şəmsinur Hüseynovaya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda Mələk Məliksoyun müvafiq tibbi yardımla təmıı edilməsi baş həkimə tapşırılmışdır. Bir sözlə, göründüyü kimi İddiaçı niyyəti yalnız onu incitmək, ondan qisas almaq, onu məhkəmələrdə və digər orqanlarda süründürmək üçün hər bəhanəyə, o cümlədən uşağın xəstəliyini bəhanə gətirərək onan əlavə pul almağa nail olmağa çalışmaqdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh və etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclası zamanı cavabdehin izahatına uyğun izahat verdi və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini, tərəflərin və nümayəndələrin izahatlarını, ərizələri, iş materiallarını və işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi alimentin artırılması hissəsində xitam verilməli, əlavə xərc hissəsində isə iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Mingəçevir Şəhər Məhkəməsinin 2(051)–179/2025 saylı, 10 fevral 2025-cü il tarixli qərardadı ilə iddianın Cavabdeh qarşı alimentin artırılması tələbinə dair hissəsində işə xitam verilmişdir. İşdə olan AZ-İV seriyalı 728891 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2022-cı il tarixdə Məliksoy Fərid qızı doğulmuşdur. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(051 )- 2048/2022 saylı qətnaməsindən görünür ki, 21 sentyabr 2022-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 14 may 2022-ci il təvəllüdlü Mələk adlı uşağın saxlanılması üçün Cavabdeh hər ay əmək haqqının ¼ hissəsinin tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir Psixo-Nevroloji Dispanser tərəfindən verilmiş 145 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X5 xx.xx.2024-cü il il tarixdən dispanserdə «psixoloji inkişafın pozğunluğu, Uşaq autizmi, Kanner sindromu» diaqnozu ilə müşahidəyə götürülmüşdür. AR SN Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X3 “nitq ləngiməsi” diaqnozu qoyulmuşdur. Məhkəmə aşağıdakılara əsasən, hesab edir ki, iddia tələbi əlavə xərc hissəsində qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən aliment tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqında ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclər ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə yekunda həm iş materiallarının, həm də verilmiş izahatların tədqiqi nəticəsində belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdehin birgə nikahından olan uşağa “nitq ləngiməsi” diaqnozu qoyulmuşdur və uşağın sözügedən diaqnoza əsasən xüsusi baxıma ehtiyac olduğu müəyyən olunmuşdur. Belə olan halda, iddia tələbi həmin hissədə qismən təmin edilməli, yəni cavabdehdən hər ay 100 manat məbləğində əlavə xərc alınaraq iddiaçıya verilməlidir, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin mediasiya xərcinin ödənilməsi ilə bağlı qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 11:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan qəbzlə ilə təsdiq edildiyi kimi iddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya xərci, yəni 50 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü Mələk adlı uşağın saxlanması üçün hər ay 100 manat məbləğində əlavə xərc Cavabdeh tutulub İddiaçı verilsin. Cavabdeh ödənilmiş 50 manat mediasiya xərci alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar