Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1791/2021 15.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 22.06.2019-cu il tarixli müqaviləyə əsasən 1029 manat əsas, 320 manat cərimə, 03.08.2019-cu il tarixli müqaviləyə əsasən 3172 manat əsas, 951 manat cərimə olmaqla, cəmi 5472 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 22.06.2019-cu il tarixli 00737553 saylı müqaviləyə əsasən, cavabdeh "xxxx" MMC-dən 24 ay müddətinə hər ay 89 manat (ilkin ödəniş 9 manat) ödəniş etmək şərti ilə cəmi 2145 manat dəyərində HOFFMAN SAAC markalı kondisioner, 03.08.2019-cu il tarixli 00821753 saylı müqaviləyə əsasən, cavabdeh "xxxx" MMC-dən 24 ay müddətinə hər ay 244 manat (ilkin ödəniş 289 manat) ödəniş etmək şərti ilə cəmi 6145 manat dəyərində Alyans-Paris markalı mebel əşyaları, stul-venetsiya, doshek uretan, rondo-yumşaq-kunc sağ uzun-sungerli markalı mebel əşyasıalmışdır. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə 22.06.2019-cu il tarixli 00737553 saylı müqaviləyə əsasən 1029 manat əsas, 320 manat cərimə borcu olmaqla, cəmi 1349 manat məbləğində borcun, 03.08.2019-cu il tarixli 00821753 saylı müqaviləyə əsasən 3172 manat əsas, 951 manat cərimə borcu olmaqla, cəmi 4123 manat borcu ödənilməmiş qalmışdır. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, borcunu ödəməkdən yayınmışdır. Odur ki, iddiaçı cavabdehdən 22.06.2019-cu il tarixli 00737553 saylı müqaviləyə əsasən 1029 manat əsas, 320 manat cərimə borcu olmaqla, cəmi 1349 manat məbləğində borcun, 03.08.2019-cu il tarixli 00821753 saylı müqaviləyə əsasən 3172 manat əsas, 951 manat cərimə borcu olmaqla, cəmi 4123 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə teleqramla müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan İddiaçı ilə cavabdeh arasında bağlanmış 22.06.2019-cu il tarixli 00737553 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 24 ay müddətinə hər ay 89 manat (ilkin ödəniş 9 manat) ödəniş etmək şərti ilə cəmi 2145 manat dəyərində HOFFMAN SAAC markalı kondisioner almışdır. işdə olan İddiaçı ilə cavabdeh arasında bağlanmış 03.08.2019-cu il tarixli 00821753 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 24 ay müddətinə hər ay 244 manat(ilkin ödəniş 289 manat) ödəniş etmək şərtilə cəmi 6145 manat dəyərində Alyans-Paris markalı mebel əşyaları, stul-venetsiya, doshek uretan, rondo-yumşaq-kunc sağ uzun-sungerli markalı mebel əşyası almışdır. İşdə olan 10.09.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 22.06.2019-cu il tarixli müqaviləyə əsasən 1029 manat əsas, 320 manat cərimə borcu, 03.08.2019-cu il tarixli müqaviləyə əsasən 3172 manat əsas, 951 manat cərimə borcu olmaqla, cəmi 5472 manat məbləğində borcu vardır. Beləliklə, məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında 22.06.2019-cu il tarixdə 00737553 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh "xxxx" MMCdən 24 ay müddətinə hər ay 89 manat(ilkin ödəniş 9 manat) ödəniş etmək şərtilə cəmi 2145 manat dəyərində HOFFMAN SAAC markalı kondisioner, 03.08.2019-cu il tarixdə bağlanmış 00821753 saylı alqı-satqı müqaviləsinə əsasən, cavabdeh "xxxx" MMC-dən 24 ay müddətinə hər ay 244 manat (ilkin ödəniş 289 manat) ödəniş etmək şərtilə cəmi 6145 manat dəyərində Alyans-Paris markalı mebel əşyaları almışdır. Cavabdeh müqavilənin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə onun iddiaçıya ümumilikdə 5472 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh arasında 22.06.2019-cu il və 03.08.2019-cu il tarixlərdə nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən cavabdeh iddiaçı "xxxx" MMC-dən razılaşdırılmış dəyərini hissə-hissə ödəmək şərti ilə məişət əşyaları almışdır. Lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı hüquqi şəxsin cavabdehə qarşı öhdəliyin icra edilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdehdən 22.06.2019-cu il tarixli 00737553 saylı müqaviləyə əsasən 1029 manat əsas, 03.08.2019-cu il tarixli 00821753 saylı müqaviləyə əsasən 3172 manat əsas borc alınmalı, lakin hesablanmış dəbbə pulları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılaraq, 22.06.2019-cu il tarixli 00737553 saylı müqavilə üzrə 20 manat və 08.2019-cu il tarixli 00821753 saylı müqavilə üzrə 51 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 22.06.2019-cu il tarixli 00737553 saylı müqavilə üzrə 20 manat və 08.2019-cu il tarixli 00821753 saylı müqavilə üzrə 51 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, cavabdehdən 22.06.2019-cu il tarixli 00737553 saylı müqaviləyə əsasən 1029 manat əsas, 20 manat dəbbə pulu olmaqla, cəmi 1049 manat məbləğində borcun, 03.08.2019-cu il tarixli 00821753 saylı müqaviləyə əsasən 3172 manat əsas, 51 manat dəbbə pulu olmaqla, cəmi 3223 manat cavabdehdən alınıb iddiaçı banka verilməlidir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçıya 22.06.2019-cu il tarixli 00737553 saylı müqaviləyə əsasən 1029 manat əsas, 20 manat cərimə borcu, 03.08.2019-cu il tarixli 00821753 saylı müqaviləyə əsasən 3172 manat əsas, 51 manat cərimə borcu yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, 22.06.2019-cu il tarixli 00737553 saylı müqaviləyə əsasən 1029 manat əsas, 20 manat cərimə borcu, 03.08.2019-cu il tarixli 00821753 saylı müqaviləyə əsasən 3172 manat əsas, 51 manat cərimə borcu olmaqla, cəmi 4272 manat məbləğində pul alınıb İddiaçınə verilməlidir. AR MPM-nin 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 22.06.2019-cu il tarixli 00737553 saylı müqaviləyə əsasən 1029 (min iyirmi doqquz) manat əsas, 20 (iyirmi) manat cərimə borcu, 03.08.2019-cu il tarixli 00821753 saylı müqaviləyə əsasən 3172 (üç min yüz yetmiş iki) manat əsas, 51(əlli bir) manat cərimə borcu olmaqla, cəmi 4272 (dörd min iki yüz yetmiş iki) manat pul alınıb İddiaçınə verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pul alınıb İddiaçınə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1791/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1791/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver