Məhkəmə qərarları › İş №2(051)-1808/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1808/2022

14.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1808/2022 14.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı 1100 (bir min bir yüz) manat məbləğində borc pulun, dövlət rüsumu kimi ödənilmiş 31 manat pulun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, Vəkil iddianı müdafiə edərək izahatında bildiridi ki, İddiaçı 29 mart 2020-ci ildə onunla dostluq münasibətində olan Cavabdeh 1100 manat borc pul vermişdir. Cavabdeh pulu qısa müddətə qaytaracağı vədini versə də borcunu ödəməmişdir. Hətta yaşayış yerini də dəyişmişdir. Artıq 2 il 6 aydır ki, iddiaçı gözləyir ki, cavabdeh borcunu geri qaytaracaq. İddianın təmin olunmasını, Cavabdeh 1100 manat, dövlət rüsumu kimi ödənilmiş 31 manat pulun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, lakin sonra məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Cavabdeh əvvəlki məhkəmə iclasında verdiyi izahatında, eyni zamanda məhkəməyə göndərdiyi izahatında bildirmişdir ki, həqiqətən də o, Kəmalədən xx.xx.2020-ci il tarixdə 600 manat, xx.xx.2020-ci il tarixdə 500 manat faizə pul almışdır. Bir müddət pulun faizini verdi. Daha sonra xəstə olduğu üçün pulu verə bilmədi. Bundan sonra borcunun 500 manatını Kəmaləyə qaytardı. Lakin borcunun 500 manatını ödəməsi ilə bağlı hər hansı sənəd mövcud olmadığı üçün bunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmir. Hazırda onun 600 manat borcu var. O, 343 manat pensiya alır. 150 manat kirayə pulu, 100 manat bank borcu ödəyir. Kəmaləyə qalan borcunu ödəyəcəkdir. Həmçinin məhkəməyə göndərdiyi izahatında xəstəliyi ilə əlaqədar iclasda iştirak edə bilməyəcəyini göstərmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş Cavabdeh əlyazmasından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə 1100 (bir min bir yüz) manat pulu götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı tələbində cavabdehə 29 mart 2020-ci ildə 1100 manat borc pul verdiyini, lakin cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək həmin borcu qaytarmadığını göstərmiş və iddiasını cavabdehin əlyazması ilə əsaslandırmışdır. Cavabdeh isə hazırlıq iclasında, həmçinin məhkəməyə göndərdiyi izahatında iddiaçıdan borc pul almasını etiraf edərək, həqiqətən də, İddiaçı 1100 manat pul aldığını, lakin borcunun 500 manatını ödədiyini bildirmişdir. Lakin cavabdeh borcundan 500 manatını iddiaçıya ödədiyini təsdiq edən sübutu məhkəməyə təqdim etmədi. Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosesual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə cavabdehin əlyazmasına sübut kimi qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 1100 (bir min bir yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 31 (otuz bir) manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 360-cı maddəsinin rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 1100 (bir min bir yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 31 (otuz bir) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar