Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1815/2020 20.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, Cavabdeh 106- 0***-******* №li xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən “Fintrend” BOKT-dan illik 40 faizlə 18 ay müddətinə 397 manat məbləğində kredit götürmüşdür. “FİNternd” BOKT ilə “xxxxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 954 №li xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 004 №li xx.xx.2020-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNternd” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxxxx” İKB ASC-yə ötürülmüşdür. “xxxxxx” İKB ASC-nin adı isə sonra dəyişdirilərək İddiaçı ASC adlandırılmışdır. Kredit müqaviləsinin şərtilərinə görə Cavabdeh kreditin əsas məbləği və ona hesablanmış faizləri ödəməli idi. Lakin cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, iddiaçının xəbərdarlıqlarına baxmayaraq krediti ödəməmişdir. Cavabdehin 397 manat əsas borcu, 99.53 manat faiz borcu, 49.60 manat cərimə olmaqla, cəmi 546.13 manat kredit borcu qalmışdır. Həmin borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi xahiş olunur. Cavabdeh bildiriş göndərilərək tələbə dair etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməyi bildirilmişdir. Lakin cavabdeh tələbə dair etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş “Finternd” BOKT ilə Cavabdeh arasında bağlanmış 106-0***-******* №li xx.xx.2020-ci tarixli kredit müqaviləsindən görünür ki, “Fintrend” BOKT Cavabdeh 18 ay müddətinə 40% illik ödəmək şərtilə 397 manat məbləğində kredit verməyi, Cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faiz və cərimələri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş hüquq sahibi “Finternd” BOKT ilə hüquq əldə edən “xxxxxx” KB ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 0004 №li tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilədən görünür ki, “Finternd” BOKT borc alan şəxsə qarşı bütün hüquqları “xxxxxx” KB ASC-yə güzəşt edir. İşə əlavə edilmiş hüquq sahibi “Finternd” BOKT ilə hüquq əldə edən “xxxxxx” İKB ASC arasında bağlanmış hüquqların ötürülməsi barədə 954 №li xx.xx.2020-ci il tarixli sazişdən görünür ki, 0004 №li xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən tələb hüquqların hüquq sahibi tərəfidən hüquq əldə edənə ötürülür. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh banka 397 manat əsas borcu, 99.53 manat faiz borcu, 49.60 manat cərimə olmaqla, cəmi 546.13 manat kredit borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehdən 397 manat əsas borcu, 99.53 manat faiz borcu, 49.60 manat cərimə olmaqla, cəmi 546.13 manat kredit borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub , məhkəmə Qət etdi : İddia təmin olunsun. Cavabdeh 397 (üç yüz doxsan yeddi) manat əsas borcu, 99.53 (doxsan doqquz manat əlli üç qəpik) manat faiz borcu, 49.60 (qırx doqquz manat altmış qəpik) manat cərimə olmaqla, cəmi 546.13 (beş yüz qırx altı manat on üç qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınıb İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1815/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1815/2020
20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver