Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1815/2025 05.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh «Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası» X15, Cavabdeh2 MMC, «Bakı Sağlamlıq Mərkəzi» X15 və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı “səhhətə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı cavabdeh «Mingəçevir şəhər Mərkəzi Xəstəxanası» X15, Cavabdeh2 MMC, «Bakı Sağlamlıq Mərkəzi» X15 və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı “səhhətə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər «Mingəçevir şəhər Mərkəzi Xəstəxanası» X15, Cavabdeh2 MMC, «Bakı Sağlamlıq Mərkəzi» X15 və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin üzərinə onun tərəfindən ödənilmiş 10000 manat məbləğində pulun iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci ildə Kür çayında boyun fəqərə sınığı ilə əlaqədar travma almışdır. xx.xx.2021-ci ildə müalicə olunmaq məqsədilə Bakı Sağlamlıq Mərkəzinə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə Travmatologiya və Ortopediya şöbəsində əməliyyat olunmuş və müalicə almışdır. 02 avqust 2021-ci il tarixdə mərkəzin Fizioterapiya və Reabilitasiya xidmətlərindən istifadə etmişdir. 31 avqust 2021-ci il tarixdə isə Rentgen xidmətlərindən keçmişdir. Təcili müayinə olunmağı və əməliyyat olunmağı, bundan əlavə müalicə olunmağı tələb olunduğundan və sığortalı olmasına baxmayaraq sığorta təşkilatı ödəməni gecikdirdiyindən 3000 (üç min), 3000 (üç min), 2000 (iki min), 9 (doqquz), 30 (otuz), 20 (iyirmi), 70,2 (yetmiş manat, iyirmi qəpik), 90 (doxsan) və 90 (doxsan) manat olmaqla və digər xərcləri ilə birlikdə cəmi 10.000 manat vəsait ödəmişdir. Sonradan mərkəzə müraciət edərək əməliyyat xərclərini mərkəzdən və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən tələb etsə də, müxtəlif cavablarla ona imtina verilmişdir. Halbuki, “Tibbi Sığorta Haqqında” Azərbaycan Respublikasının qanunun 15-13.1-ci maddəsinə əsasən icbari tibbi sığorta şəhadətnaməsi sığortaolunanın icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən istifadə hüququnu təsdiq edən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində yaradılan elektron sənəddir. Onun sığorta şəhadətnaməsi vardır. Proses iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh «Mingəçevir şəhər Mərkəzi Xəstəxanası» X15, Cavabdeh2 MMC, «Bakı Sağlamlıq Mərkəzi» X15 və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Bununla belə əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi X9 məhkəməyə etiraz ərizəsi təqdim edərək, qeyd etmişdir ki, iddiaçının Agentliyə qarşı tələbi qanunsuz və əsassızdır. Belə ki, iddiaçı M.A.Məmmədov xx.xx.2021-ci il tarixində travma almış və Mingəçevir Şəhər Xəstəxanasına aparılmışdır. xx.xx.2021-ci il tarixdə iddiaçının istəyinə əsasən onun istədiyi xəstəxanaya göndəriş verilmiş və həmin xəstəxanaya aparılmışdır. Lakin iddiaçı onlara məlum olmayan səbəblərdən özünün istəyərək göndəriş aldığı xəstəxanada müalicə almaqdan imtina etmiş və xx.xx.2021-ci il tarixdə öz istəyi ilə Bakı Sağlamlıq Mərkəzinə gedib və orada müaliclər almışdır. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 15-28.2-ci maddəsinə görə sığortaolunanların xidmətlər zərfi çərçivəsində stasionar tibbi xidmətlərdən istifadəsinə təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən tibb müəssisəsinin, habelə ambulator-poliklinika müəssisəsinin göndərişinə əsasən yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinin 7.2-ci bəndinə əsasən ixtisaslaşdırılmış stasionar tibbi xidmət ixtisaslı həkimin göndərişi əsasında və ya təcili və təxirəsalınmaz tibbi yardımın müşayiət vərəqəsi əsasında həyata keçirilir. Hazırda mübahisə predmeti olan tibbi xidmətlər üzrə iddiaçının müalicə aldığı tibb müəssisənə göndəriş verilməli idi. Lakin iddiaçı göndəriş alınmadan tibb müəssəsində tibbi xidmətlərdən istifadə etmişdir. Bu səbəbdən də hesab edilir ki, iddia ərizəsində irəli sürülən tələblərin nə hüquqi, nə də faktiki əsası yoxdur. İddiaçı ərizəsində heç bir hüquq normasına istinad etmədən, sadəcə şəxsi mülahizələrinə əsaslanaraq əsassız və qanunsuz tələblər irəli sürmüşdür. Odur ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X15n nümayəndəsi Nümayəndə Firudin qızı məhkəməyə etiraz ərizəsi təqdim edərək, qeyd etmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhər X3 bölməsinə X13 maşını ilə daxil olmuş, müəyyən müayinələr olunduqdan sonra “Boyun fəqərələrinin çoxsaylı sınıqları” diaqnozu qoyulmuş, reanimasiya, sonra da cərrahiyyə şöbəsinə yerləşdirilmişdir. Cərrahiyyə şöbəsinin müdiri, həkim-cərrah X2 tərəfindən neyrocərrah tərəfindən müayinə olunması üçün ixtisaslı tibb müəssisələrindən birinə göndərilməsi məsləhət görülmüşdür. Direktorun köməkçisi Əliyeva Aynurənin məlumatına əsasən xəstə yaxınlarının istəyi ilə Bakı Neyrocərrahlıq Xəstəxanası ilə danışıqlar aparılmış, lakin xəstəni qəbul etməkdən imtina edilmişdir. Gəncə Müalicə-Diaqnostika Mərkəzinin həkim-neyrocərrahı Ramiz həkimlə telefon vasitəsilə əlaqə yaradılmış, KT müayinəsinin nəticəsi göndərilmiş, həkim xəstəni müayinə etmədən əməliyyata göstəriş olub-olmadığını deyə bilməyəcəyini bildirmişdir. Bundan sonra xəstəyə ixtisaslı həkim müayinəsi üçün Gəncə Müalicə-Diaqnostika Mərkəzinə göndəriş verilmişdir. Xəstənin təxliyyə edilməsi üçün xəstəxana tərəfindən “113” xidmətinə sifariş verilmiş, ambulansın gəlməsi üçün 1 saat vaxt aparacağı bildirilmişdir (adətən 1 saata gəldiyi üçün). Lakin xəstə yaxınları Gəncə Müalicə-Diaqnostika Mərkəzindən ambulans sifariş edərək xəstəni təxliyyə etmişlər. Xəstə İddiaçı xəstəxanaya daxil olduğu andan, xəstəxananın fəaliyyət imkanları çərçivəsində xəstəyə tibbi yardımlar göstərilmiş, müəyyən sarğı və inyeksiyalar tətbiq edilmişdir. Neyrocərrah müayinəsi zəruri olduğu üçün həmin xidməti göstərən xəstəxanaya - Gəncə Müalicə-Diaqnostika Mərkəzinə müəssisələri tərəfindən göndərişlə təmin olunmuşdur. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15- 7.2.7-ci bəndinə əsasən, tibbi xidmətlərin göstərilməsi haqqında müqavilədə nəzərdə tutulmuş ixtisaslaşdırılmış tibbi yardım xidmətinin göstərilməsi mümkün olmadıqda, təcili və təxirəsalınmaz hallarda tibb müəssisəsi tərəfindən öz maliyyə vəsaiti hesabına sığortaolunanı bu xidməti göstərən digər tibb müəssisəsinə göndərməlidir. Vətəndaş İddiaçı Mingəçevir şəhər Mərkəzi Xəstəxanası tərəfindən qaydalara uyğun olaraq tibbi xidmət göstərilmişdir. Vətəndaşın iddiası əsassız hesab edilir. Vətəndaş ona icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətdən imtina edərək başqa müəssisəyə müraciət etmişdir. Rəsmi göndəriş vərəqi olmadan Bakı Sağlamlıq Mərkəzinə müraciət edildiyi üçün pullu xidmət almışdır. İddiaçı bu məsələ ilə bağlı məhkəməyə müraciət etmiş məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli, 2(051)-1089/2023 saylı qətnamə qəbul olunmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, ümumiyyətlə onların bu məsələyə heç bir aidiyyəti yoxdur. Vətəndaş özü onların klinikasına müraciət etmiş və ona pullu xidmət göstərilmişdir. Xəstənin müayinə olduğu xidmət xidmətlər paketinə daxil olmadığı üçün vətəndaşın ödədiyi 217 manat müayinə xərcləri üçün ödənilmişdir. Həmin vəsaitində 180 manatı X13 maşını üçün tutulmuşdur, yerdə qalan digər məbləğ isə imalə xərci üçün tutulmuşdur. Xəstə klinikaya göndərişsiz gəlmişdir. Bu halda təbii olaraq müayinə xərcləri xəstənin özü tərəfindən ödənilir. İddiaçının onları da cavabdeh kimi işə cəlb etməsi əslində əsassızdır və onlara heç bir əlaqəsi yoxdur. Bu səbəbdən iddia tələbinin onlara aid olan hissəsinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh “Bakı Sağlamlıq Mərkəzi” X15 məhkəməyə etiraz ərizəsi təqdim edərək, qeyd etmişdir ki, Azərbaycan Respuhlikasının Prezidentinin 18 oktyabr 2017-ci il tarixli 1639 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Bakı Sağlamlıq Mərkəzi” əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində X16 statuslu “Bakı Sağlamlıq Mərkəzi” yaradılmışdır. Tibb müəssisəsi özünü maliyyələşdirmə sistemi ilə ödənişli tibbi xidmətlər göstərir. İddiaçı 24 iyul 2021-ci il tarixində həmin müəssisəyə ödənişli əsaslarla müraciət etmişdir. Xəstəyə tibbi xidmət göstərilmiş, ödəmələr, vəsaitin vergi və digər öhdəlikləri, mal-material xərcləri, həkim və əməkdaşların əmək haqqı əlavələri hesablanıb ödənilmişdir. Xidmət göstərilən dövrdən bir müddət sonra xəstə keçmiş tarixdə ödənilən xidmət haqqının geri ödənilməsi ilə bağlı iddia tələbi irəli sürmüşdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçıya maddi tələbinin mümkünsüz olduğu bildirilmişdir. İddiaçı tərəfindən dövlət orqanlarına bu məsələ ilə bağlı şikayətlər edilmişdir. İddiaçı eyni iddia tələbi ilə bağlı daha əvvəl Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1089/2023 saylı xx.xx.2023-cü il tarixli qətanməsinə əsasən (hakim Elza Cəbrayılzadə) iddia tələbi qismən təmin edilmiş, cavabdeh “Bakı Sağlamlıq Mərkəzi”ndən 5237,98 manat məbləğində pulun alınaraq İddiaçı geri qaytarılması, İddiaçı cavabdehlər “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X15, Cavabdeh2 MMC, “Bakı Sağlamlıq Mərkəzi” X15 və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı pul tələbinə dair iddiası cavabdehlər “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X15, Cavabdeh2 MMC və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə münasibətdə təmin edilməməsi, cavabdeh Bakı Sağlamlıq Mərkəzindən ödənilmiş dövlət rüsumunun 72,38 manat hissəsi alınıb İddiaçı verilməsi, Bakı Sağlamlıq Mərkəzinə həmin məbləğin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən tələb etmək hüququnun izah edilməsi qət edilmişdir. Daha sonra, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(107)-260/2024 saylı qəraradadına əsasən cavabdeh Bakı Sağlamlıq Mərkəzi X16 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, Mingəçevir Şəhər Məhkəməsinin 5 senytabr 2023-cü il tarixli 2(051)-1089/2023 saylı qətnaməsi ləğv edilərək, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin qərardadı çıxarıldığı andan qüvvəyə mindiyi üçün qərardaddan kassasiya şikayəti verilməmişdir. Qeyd olunanlara əsasən hazırkı mübahisə ilə bağlı Şəki Apellyasiya Məhkəməsi tərəfindən qərardad qəbul edilmişdir. Həmin qərardadla iddiaçının eyni məzmunlu tələblərinə hüquqi qiymət verilmişdir. Bu səbəbdən Şəki Apellyasiya Məhkəməsinin qərardadı qəti və məcburidir. Eyni tərəflər, eyni predmet və eyni əsaslar üzrə yeni iddianın qaldırılması qanunla yolverilməzdir. Odur ki, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. İş materialları: xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Bakı Sağlamlıq Mərkəzinə xx.xx.2021-ci il tarixdə Travmatologiya və Ortopediya Şöbəsinə avans olaraq 2000 manat ödəniş etmişdir. xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Bakı Sağlamlıq Mərkəzinə xx.xx.2021-ci il tarixdə Qəbul və X13 və evdə xidmət pol üçün avans olaraq 9 manat ödəniş etmişdir. xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Bakı Sağlamlıq Mərkəzinə xx.xx.2021-ci il tarixdə 01:06:17 və 10:23:37 tarixlərdə Travmatologiya və Ortopediya Şöbəsinə avans olaraq 6000 (3000+3000) manat ödəniş etmişdir. xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Bakı Sağlamlıq Mərkəzinə xx.xx.2021-ci il tarixdə Fizoterapiya və Reablitasiya xidmətləri üçün 5 seans qeyd edilməklə 30 manat ödəniş etmişdir. xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Bakı Sağlamlıq Mərkəzinə xx.xx.2021-ci il tarixdə Rentgen xidmətləri üçün 20 manat ödəniş etmişdir. xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Bakı Sağlamlıq Mərkəzində tibbi xidmətlərin göstərilməsi üçün Qəbul və X13 və evdə xidmət, eləcə də Ümumi cərrahiyyə pol xidmətlər üçün xx.xx.2021-ci il tarixdə ümumi olaraq 70,20 manat ödəniş edilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Bakı Sağlamlıq Mərkəzində Fizioterapiya və Reablitasiya xidmətləri üçün xx.xx.2021-ci il tarixdə ümumilikdə 90 manat ödəniş edilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Bakı Sağlamlıq Mərkəzində Fizioterapiya və Reablitasiya xidmətləri üçün xx.xx.2021-ci il tarixdə ümumilikdə 90 manat ödəniş edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(107)- 260/2024 saylı qərardadından görünür ki, cavabdeh “Bakı Sağlamlıq Mərkəzi” X15 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-1089/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli ********* №li mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 107617 №li əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı digər dəqiqləşdirilməmiş, boyun fəqərələrinin sınığı C5-C6 boyun fəqərə sınığı diaqnozu qoyulmuşdur. Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilən xx.xx.2021-ci il tarixli 5273 №li arayışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il, xx.xx.2021-ci il, 03.09-xx.xx.2021-ci il, 06.09xx.xx.2021-ci il tarixlərində Bakı Sağlamlıq Mərkəzində Fizioterapiya və Reablitasiya mərkəzində müayinə olunmuşdur. xx.xx.2021-ci il tarixində isə Rentgen müayinəsindən keçmişdir. Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş epikrizdən görünür ki, İddiaçı xx.xx.2021ci il tarixdə Kür çayında travma alıb və ilkin olaraq Mingəçevir şəhər xəstəxanasına aparılıb. Orada KT olunmuş və diaqnoz qoyulmuş, stasionar müalicə üçün xəstəxanaya yatızdırılıb. Sonra xəstə yaxınlarının istəyi ilə xəstə GMDM-ə aparılmış və orada MRT müayinəsindən keçirilmişdir. Orada cərrahi müalicə məsləhət görülmüşdür. Xəstə yaxınlarının istəyi ilə xəstə BSM-ə gətirilmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən verilmiş “özəl tibb müəssisələrində tibb xidmət(lər)in göstərilməsi üçün göndəriş vərəqəsi”ndən görünür ki, İddiaçı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından boyun fəqərələrinin çoxsaylı sınıqları diaqnozu ilə X5 Mərkəzinə göndəriş verilmişdir. Bakı Sağlamlıq Mərkəzi X16 tərəfindən verilmiş 05 iyul 2023-cü il tarixli sorğuya cavabdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixində Bakı Sağmalıq Mərkəzinin X14 şöbəsində olan xidmətə görə 52,31 manat, 24.07-xx.xx.2021-ci il tarixlərində Travmatalogiya və Ortopediya Şöbəsində stasionar xidmətə görə 4075,67 manat xx.xx.2021-ci il tarixində X13 şöbəsində olan xidmətə görə 70 manat, Fiziotreapiya və Reablitasiya xidmətinə görə 120 manat, xx.xx.2021-ci il tarixində Fizioterapiya və Reablitasiya xidmətinə görə 90 manat, xx.xx.2021-ci il tarixində Rentgen xidmətinə görə 20 manat, xx.xx.2021-ci il tarixində Rentgen xidmətinə görə 30 manat, və xx.xx.2022-ci il tarixində isə Rentgen xidmətinə görə 30 manat xəzinəyə ödədiyi göstərilmişdir. Bakı Sağlamlıq Mərkəzi tərəfindən təqdim edilən Hesab-Fakturadan görünür ki, İddiaçı istifadə olunan tibbi sərf və dərmanlar üçün cəmi 52,31 manat pul ödəmişdir. Giriş tarixi xx.xx.2021-ci il və çıxış tarixi xx.xx.2021-ci il olan Hesab Fakturadan görünür ki, İddiaçı, Anesteziya xidmətlər, Yataq otağı və xəstə müşahiyətçisi, Arxa servikal fiksasiya: digər yad fiksatorla, Konsultasiya xidmətlər, Laborotar xidmətlər və Radyologiya xidmətləri üçün 3438 manat, istifadə edilən dərmanlar üçün 637,67 manat təşkil etmiş və cəmi 4075,67 manat pul ödəmişdir. xx.xx.2023-cü il tarixli Hesab Fakturadan görünür ki, İddiaçı istifadə olunan tibbi sərf və dərmanlar üçün ümumi cəmi 70,20 manat ödəniş etmişdir. Giriş tarixi xx.xx.2021-ci il tarixli olan Hesab Fakturadan görünür ki, Hüseynov X1 xidmətləri üçün ümumi cəmi 120 manat ödəniş etmişdir. Giriş tarixi xx.xx.2021-ci il tarixli olan Hesab Fakturadan görünür ki, Hüseynov X1 xidmətləri üçün ümumi cəmi 90 manat ödəniş etmişdir. Giriş tarixi xx.xx.2021-ci il tarixli olan Hesab Fakturadan görünür ki, İddiaçı Rentgen xidmətləri üçün ümumi cəmi 20 manat ödəniş etmişdir. Giriş tarixi xx.xx.2021-ci il tarixli olan Hesab Fakturadan görünür ki, İddiaçı Rentgen xidmətləri üçün ümumi cəmi 30 manat ödəniş etmişdir. Giriş tarixi xx.xx.2022-ci il tarixli olan Hesab Fakturadan görünür ki, İddiaçı Rentgen xidmətləri üçün ümumi cəmi 30 manat ödəniş etmişdir. xx.xx.2021-ci il tarixində Regional Hospital tərəfindən verilmiş ödəniş qəbzindən görünür ki, Gəncə-Bakı arası ambulans xidmətini göstərilməsi üçün İddiaçı tərəfindən 750 manat ödənilmişdir. İşin müəyyən olunmuş halı İddiaçı aldığı xəsarətlə əlaqədar olaraq X13 maşını ilə Mingəçevir Şəhər X4 Hüquqi Şəxsə aparılmışdır. Orada ilkin tibbi xidmətlər göstərildikdən sonra, müəyyən olunmuşdur ki, xəstənin əməliyyat edilməsi üçün adı çəkilən xəstəxanada müvafiq ixtisaslı həkimlər (neyrocərrah) fəaliyyət göstərmədiyindən göndəriş əsasında X5 Mərkəzi MMC-yə göndərilmişdir. Orada da müəyyən tibbi xidmətlər göstərildikdən sonra İddiaçı öz istəyi əsasında Mingəçevir şəhərində yerləşən Regional Hospitaldan öz hesabına yəni 750 manat ödəməklə Gəncə şəhərindən Bakı şəhərində yerləşən Bakı Sağlamlıq Mərkəzinə aparılmışdır. Bakı Sağlamlıq Mərkəzində İddiaçı zəruri tibbi müayinələr göstərilmiş yəni, xəstə əməliyyat və müalicə olunmuş, Bakı Sağlamıq Mərkəzinə tibbi xidmətlər üçün müəyyən edilmiş məbləği yəni, ümumilikdə 5238,18 manat məbləğində pulu ödəmişdir. Xidmətlər zərfinə daxil olan, dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin göstərilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin siyahısında Bakı Sağlamlıq Mərkəzi göstərilmişdir. İddiaçı qoyulan diaqnoz yəni, boyun fəqərələrinin sınığı - xidmətlər zərfinə daxil olan tibbi xidmətlərə daxildir. Tətbiq edilən hüquq: “Tibbi Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-3.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bu Qanunun 15-3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə cavab verən tibb müəssisəsi arasında tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanılır. 15-4.1-ci maddəsinə əsasən İcbari tibbi sığorta üzrə sığortaolunanların aşağıdakı hüquqları vardır: 15-4.1.1. sığorta hadisəsi baş verdikdə bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinin baza və ya əlavə hissələrinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək; 15-4.1.2. bu Qanunun 15-3.1-ci və 15-28-ci maddələrinin müddəaları nəzərə alınmaqla tibb müəssisəsini, habelə həkimi seçmək və bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək; 15-4.1.3. göstərilən tibbi xidmətin növü, həcmi, müddəti, keyfiyyəti və şərtləri haqqında düzgün məlumatın verilməsini tibb müəssisəsidən tələb etmək; 15-4.1.6. icbari tibbi sığorta sahəsində hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya məhkəməyə müraciət etmək; 15-13.1-ci maddəsinə əsasən İcbari tibbi sığorta şəhadətnaməsi sığortaolunanın icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən istifadə hüququnu təsdiq edən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində yaradılan elektron sənəddir. 15-13.1-ci maddəsinə əsasən icbari tibbi sığorta şəhadətnaməsi sığortaolunanın icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən istifadə hüququnu təsdiq edən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın elektron informasiya sistemində yaradılan elektron sənəddir. 15-20.1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün subroqasiya hüququ sığortaolunan üçün sığorta ödənişi həyata keçirilmiş olduğu təqdirdə, sığortaolunana dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişin həyata keçirilməsini təşkil etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) istifadə etmək hüququdur. 15-28.1-ci maddəsinə əsasən Xidmətlər zərfində sığortaolunanın tibbi xidmətlərdən yararlanmaq üçün bilavasitə müraciət etmək hüququ nəzərdə tutulduğu hallar istisna olmaqla, sığortaolunanların ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadəsinə ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndərişinə əsasən yol verilir. 15-28.2. Sığortaolunanların xidmətlər zərfi çərçivəsində stasionar tibbi xidmətlərdən istifadəsinə təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən tibb müəssisəsinin, habelə ambulator-poliklinika müəssisəsinin göndərişinə əsasən yol verilir. 15-28.3. İlkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulatorpoliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir. 15-28.4. Sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir. İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli 5 saylı qərarında 2.6.28. fəqərə sınığının bərbası xidmətinin tarifi 1200 manat göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Bakı Sağlamlıq Mərkəzinin maliyyələşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 dekabr 2017-ci il qərarına əsasən 1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Bakı Sağlamlıq Mərkəzinin saxlanılması xərcləri 2018-ci ildən etibarən Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulması qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İddiaçı aldığı xəsarətlə əlaqədar olaraq X13 maşını ilə Mingəçevir şəhər X4 Hüquqi Şəxsə aparılmışdır. Həmin xəstəxanadan göndəriş əsasında X5 Mərkəzi MMC-yə göndərilmişdir. Orada da müəyyən tibbi xidmətlər göstərildikdən sonra İddiaçı öz istəyi əsasında Mingəçevir şəhərində yerləşən Regional Hospitaldan öz hesabına yəni 750 manat ödəməklə Gəncə şəhərindən Bakı şəhərində yerləşən Bakı Sağlamlıq Mərkəzinə aparılmışdır. Bakı Sağlamlıq Mərkəzində İddiaçı zəruri tibbi müayinələr göstərilmiş yəni, xəstə əməliyyat və müalicə olunmuş, Bakı Sağlamıq Mərkəzinə tibbi xidmətlər üçün müəyyən edilmiş məbləği yəni, ümumilikdə 5238,18 manat məbləğində pulu ödəmişdir. Qeyd edilən məbləğ ayrı-ayrılıqda ödəniş qəbzlərində öz əksini tapmışdır. Xidmətlər zərfinə daxil olan, dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin göstərilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin siyahısında Bakı Sağlamlıq Mərkəzi göstərilmişdir. İddiaçı qoyulan diaqnoz yəni, boyun fəqərələrinin sınığı - xidmətlər zərfinə daxil olan tibbi xidmətlərə daxildir. İcbari tibbi sığorta üzrə sığortaolunan İddiaçı qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək hüququnun olmasına əsasən onun öz vəsaiti hesabına səhhətinə çəkdiyi xərclərin ödənilməsini tələb etməsi qanuni və əsaslı olmuşdur. Beləliklə məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh «Mingəçevir şəhər Mərkəzi Xəstəxanası» X15, Cavabdeh2 MMC, «Bakı Sağlamlıq Mərkəzi» X15 və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı səhhətə çəkilmiş xərcə görə pul tələbinə dair iddiası qismən təmin edilməli və cavabdeh “Bakı Sağlamlıq Mərkəzi” X15ndən 5238,18 manat məbləğində pul tutularaq İddiaçı ödənməli, iddia tələbi cavabdehlər Mərkəzi Xəstəxanası» X15, Cavabdeh2 MMC və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı hissədə təmin edilməməli, cavabdeh “Bakı Sağlamlıq Mərkəzi” X15nə qarşı iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olaraq 72,38 manat cavabdeh “Bakı Sağlamlıq Mərkəzi” X15ndən alınıb İddiaçı verilməlidir. Həmçinin, cavabdeh “Bakı Sağlamlıq Mərkəzi” X16ə qeyd edilən məbləğin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən tələb etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Bakı Sağlamlıq Mərkəzi” X15ndən 5238,18 (beş min iki yüz otuz səkkiz manat on səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı geri qaytarılsın. İddia cavabdehlər “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X15, Cavabdeh2 MMC və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə münasibətdə təmin edilməsin. Cavabdeh “Bakı Sağlamlıq Mərkəzi” X15ndən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 72,38 (yetmiş iki manat otuz səkkiz) manat məbləğində pul alınıb İddiaçı verilsin. “Bakı Sağlamlıq Mərkəzi”nə həmin məbləğin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən tələb etmək hüququ izah edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Güləndam Quliyeva