Məhkəmə qərarları › İş №2(051)-1816/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1816/2024

09.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1816/2024 09.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı 27 iyul 2007-ci il tarixli, 361 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və evdən çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh qarşı Mingəçevir şəhər məhkəməsində iddia qaldıraraq, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş Mingəçevir şəhəri 412 mənzilli Yeni həyat qəsəbəsindəki C-77 nömrəli 2 otaqlı evə dair 27 iyul 2007-ci il tarixli, 361 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin ləğv edilməsi və Cavabdeh C-77 nömrəli evdən çıxarılmaqla, C-77 nömrəli evin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri haqqında isə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Yuxarıda göstərilən qaydada təhlil edilmiş iş materiallarından görünür ki, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar hər hansı səbəb göstərmədən məhkəmənin çağırışına gəlməmiş və ya gəlməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, tərəflərin iştirakı olmadan işdə olan sənədlərlə işə baxılması mümkün deyildir və bu əsaslı sayıla bilməz. Odur ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, tərəflərə işin baxılmamış saxlanmasına səbəb olan halların aradan qaldırılması halında işə yenidən baxılmasının mümkünlüyü izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı 27 iyul 2007-ci il tarixli, 361 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və evdən çıxarılması” tələbinə dair iddiası baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar