Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1819/2024 10.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı: Qaçqınlar və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı 20 dekabr 2015-ci il tarixli, 2/54 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması” tələbinə dair mülki işə qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Qaçqınlar və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı Mingəçevir şəhər məhkəməsində iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müvəqqəti istifadəsinə verilmiş Mingəçevir şəhəri 594 mənzilli yaşayış kompleksi, 2 saylı binada yerləşən 54 nömrəli mənzilə dair 20 dekabr 2015-ci il tarixli, 2/54 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 və ailə üzvləri Mingəçevir şəhəri 594 mənzilli yaşayış kompleksi, 2 saylı binada yerləşən 54 nömrəli mənzildən çıxarılmaqla 54 nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işə məhkəmə baxılarkən iddia tələbinin həcminin azaldılması barədə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, məhkmədən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı Mingəçevir şəhər məhkəməsində iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müvəqqəti istifadəsinə verilmiş Mingəçevir şəhəri 594 mənzilli yaşayış kompleksi, 2 saylı binada yerləşən 54 nömrəli mənzilə dair 20 dekabr 2015-ci il tarixli, 2/54 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Mingəçevir şəhəri 594 mənzilli yaşayış kompleksi, 2 saylı binada yerləşən 54 nömrəli mənzildən çıxarılmaqla 54 nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə ünvanlayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müvəqqəti istifadəsinə verilmiş Mingəçevir şəhəri 594 mənzilli yaşayış kompleksi, 2 saylı binada yerləşən 54 nömrəli mənzilə dair 20 dekabr 2015-ci il tarixli, 2/54 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Paşayeva X1 şəhəri 594 mənzilli yaşayış kompleksi, 2 saylı binada yerləşən 54 nömrəli mənzildən çıxarılmaqla 54 nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, məlum olduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası təsdiq edilmişdir. Bu qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildiririk ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin 20 dekabr 2015-ci il tarixli 2/54 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkünlər Cavabdeh1, Cavabdeh3 və Paşayeva X3 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Mingəçevir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 594 mənzilli yaşayış kompleksində, 2 saylı binanın 54 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir. Daha sonra Mingəçevir şəhər Mənzil Kommunal istismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 2/54 nömrəli mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən Cavabdeh1 və ailə üzvlərinə 54 nömrəli mənzildə yaşamadıqları üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsə də, nəticəsi olmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada təkrar məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238–ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 2/54 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 62,13 kv.metrdən, yaşayış sahəsi 30,09 kv.metrdən ibarət 2 otaqlı yaşayış sahəsi müvəqqəti olaraq Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 sahibliyinə və istifadəsinə verilmişdir. İşdə olan “Azərsu” abonent kartından görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 istifadəsində və sahibliyində olan mənzilə 2024-cü il üzrə yekun borc 290,92 manat borc hesablanmışdır. İşdə olan abonentin saldosundan görünür ki, Cavabdeh1 məxsus smart sayğaclı abonentin sərfiyyat göstəricisindən görünür ki, 2023-cü ilin qaz sərfiyyatı 177.5 manat təşkil etmişdir. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh1 mənzildə öz yaşayışını təmin etməyəcəyi təqdirdə kirayə müqaviləsinin ləğv olunacağı və sözügedən mənzilin onlardan alınacağı ilə bağlı məlumat verilmişdir. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, 594 mənzilli qəsəbədə bina 2, mənzil 54 ünvanına baxış keçirərkən məlum oldu ki, uzun müddətdir ki, həmin mənzildə yaşayış yoxdur. İşə əlavə olunmuş sərhədkeçmə haqqında məlumat servisindən çıxarışdan görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixdə saat 03:33-də, Cavabdeh3 xx.xx.2022-ci il tarixdə saat 02:01-də Almaniya Federativ Respublikası istiqamətində, Cavabdeh2 isə xx.xx.2023cü il tarixdə saat 12:11-də X5 Aeroportundan Azərbaycan Respublikası ərazisindən çıxmış, Beləliklə, məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutları tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, xüsusi təyinatlı mübahisəli mənzilə dair iddiaçı ilə Cavabdeh1 arasında müvəqqəti mənzil kirayə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə Dövlət Proqramı çərçivəsində Mingəçevir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 594 mənzilli yaşayış kompleksində bina 2-də yerləşən 54 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir. Hazırda iddiaçı tərəf Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin mənzildə yaşamadığına və mənzilin istifadəsiz qaldığına istinad edərək, cavabdehlərin müvəqqəti istifadəsinə verilmiş mübahisəli mənzilə dair bağlanmış mənzil kirayə müqaviləsinin ləğv edilməsini, həmçinin cavabdehlərin həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, mübahisəli mənzilə münasibətdə tərəflər arasında yaranmış hüquq münasibətləri xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi və onların istifadə edilməsi ilə bağlı mübahisə olduğundan, hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu fəslinin müvafiq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə, kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda, kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda, yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə yol verilir. Həmin Məcəllənin 102.1-ci maddəsində göstərilmişdir ki, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Göstərilən normaların tələblərinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, cavabdehlər altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəməməli, yaşayış sahəsini dağıtmalı və ya korlamalı, kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqlarını və qanunla qorunan mənafelərini müntəzəm olaraq pozmalı, yaşayış sahəsindən təyinatı üzrə istifadə etməməlidirlər. Göstərilən hallardan biri olduqda, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi məhkəmə qaydasında ləğv edilə bilər və müqavilə ləğv edildikdə cavabdehlər həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdırlar. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82-ci maddəsində göstərilən şərtlərin cavabdehlərə münasibətdə məcmu halında və yaxud ayrı-ayrılıqda mövcud olub– olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehlərə münasibətdə ayrı-ayrılıqda mövcud olmuşdur. Belə ki, cavabdehlərin ünvanına göndərilmiş xəbərdarlıq məktublarına cavab verilməmiş, həmin mənzildə yaşamamaları, dövlət tərəfindən onların istifadəsinə müvəqqəti verilmiş mənzildən təyinatı üzrə istifadə etməməsi barədə müxtəlif tarixli aktlar və xəbərdarlıqlar tərtib edilmişdir. Eləcə də sərhədkeçmə haqqında məlumat servisindən çıxarışla da təsdiq edilir ki, cavabdehlərdən, Cavabdeh1 xx.xx.2017-ci il tarixdə saat 03:33-də, Cavabdeh3 xx.xx.2022-ci il tarixdə saat 02:01-də və Cavabdeh2 xx.xx.2023-cü il tarixdə saat 12:11-də X5 Aeroportundan Azərbaycan Respublikası ərazisindən çıxmışlar və onları qayıtması haqqında məlumat yoxdur. Göründüyü kimi cavabdehlərin nəinki, mənzildən istifadə etməmələri, hətta onların bir ildən çox müddət ərzində ölkə ərazisində olmamaları işdə olan sənədlərlə öz təsdiqini tapmışdır. Ona görə də iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.9-cu bəndinə əsasən kirayə müqaviləsi məcburi köçkünün ona verilmiş yaşayış sahəsində qalma müddətinə şamil edilir və məcburi köçkün yaşayış sahəsindən çıxdıqda və ya çıxarıldıqda, onunla bağlanılmış kirayə müqaviləsi ləğv edilir. Həmin Qaydanın 3.2-ci bəndinə əsasən məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Həmin Qaydanın 3.7-ci bəndində göstərilmişdir ki, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdehlər qeyd edilən xüsusi təyinatlı mənzildə artıq uzun müddətdir ki, yaşamırlar. Belə olan halda cavabdehlər müqavilənin tərkib hissəsinə əməl etmədiyindən və mövcud qanunvericiliyə əsasən həmin mənzildən istifadə hüquqları yaranmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən cavabdehlərin müəyyən olunmuş müddətdən, yəni 6 aydan artıq müddətdə mənzildə yaşamaması halı müqavilənin ləğv edilməsinə əsas verir. Bundan başqa, Mənzil Məcəlləsinin 102.2-ci maddəsində göstərilən halların heç biri mövcud deyildir. Mənzil Məcəlləsinin 102.2-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; yaşa görə pensiyaçılar; xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. Odur ki, məhkəmə iş üzrə təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunan sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 241, 242, 244 və 253–cü maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müvəqqəti istifadəsinə verilmiş Mingəçevir şəhəri 594 mənzilli yaşayış kompleksi, 2 saylı binada yerləşən 54 nömrəli mənzilə dair 20 dekabr 2015-ci il tarixli, 2/54 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Paşayeva X1 şəhəri 594 mənzilli yaşayış kompleksi, 2 saylı binada yerləşən 54 nömrəli mənzildən çıxarılsın və 54 nömrəli mənzil boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilsin. Cavabdehlər qətnamənin onlara rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi haqqında (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə ərizə verə bilərlər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1819/2024
Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-1819/2024
10.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver