Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1827/2022 03.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh X2 qarşı “Avto qəza nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdeh X1 iddiaçının avtomobilinə vurduğu ziyan kimi 891 manat pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə əsasən izahat verdi və əlavə olaraq göstərdi ki29 yanvar 2021-ei ildə alqı-satqı yolu ilə «VAZ-21074» Sedan tpli minik markalı 90BY036 dövlət qeydiyyat nişanlı avtomobili satın almışdır. Avtomobil həmin tarixdən iddiaçının istifadəsindədir. Cavabdeh X3 25 sentyabr 2021-ci il tarixdə Mingəçevir şəhəri H.Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində istifadəsində olan avtomobillə hərəkət edən zaman onun idarə etdiyi «VAZ-21074» Sedan tpli minik markalı 90BY036 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsini törətmişdir. Cavabdeh Ramil Əsədli haqqında inzibati protokol tərtib olunmuş, və o Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə xətalı bilinərək 800 manat cərimə edilmişdir. Hadisə nəticəsində iddiaçının idarə etdiyi avtomobilə 891 manat maddi ziyan dəymişdir. Həmin vaxt iddiaçının avtomobilinə texniki baxış keçirilərək ziyan aktı tərtib olunmuşdur. Ona görə də məhkəmədən cavabdeh X1 iddiaçının avtomobilinə vurduğu ziyan kimi 891 manat pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsina baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 3(051)- 942/2021 saylı qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 800 manat məbləğdə cərimə edilmişidir. İşə əlavə olunmuş “LADA” TXS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, avtomobilin bərpası üçün dəymiş ziyanın yekun miqdarı 891 manat olduğu müəyyən edilmişdir. İşə əlavə olunmuş Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı məxsus “VAZ-21074” markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobilin qəzaya uğraması faktı Mingəçevir şəhər ŞPŞ-də qeydə alınmışdır və bu səbəbdən də avtomobilin şöbənin cərimə meydançasında saxlanması zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Sadalanan hüquq normaları nəqliyyat vasitəsinin təmiri ilə bağlı iddiaçıya yetirilmiş ziyanın ödənilməsinin hüquqi əsasını təşkil edir və zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iş materiallarını əhatəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, iddiaçı mötəbər sübutlar irəli sürərək cavabdehin ona maddi ziyan vurduğunu sübut etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməmiş, iddiaçının irəli sürdüyü sübut və faktlara hər hansı sübut dəlil və faktlarla iddianın əsasız olduğuna dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən qəza nəticəsində dəymiş maddi ziyanın sübutetmə yükü iddiaçının, lakin avto qəza nəticəsində dəymiş həmin maddi ziyanın mövcud olmadığnı sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı və cavabdeh X1 891 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: Cavabdeh X1 891 manat pul və 30 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1827/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1827/2022
03.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver