Məhkəmə qərarları › İş №2(051)-1838/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1838/2022

07.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1838/2022 07.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin təbii qazdan istifadəyə görə yaranmış 479.42 manat borcunun abonentin **********0090 saylı koduna və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı İB-nin ABB-nin Tərtər şöbəsindəki AZ64İBAZ******************** nömrəli hesabına (VÖEN/**********) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı İB-nin X2 İstismar İdarəsinin Yevlax rayonu üzrə xidmət sahəsində abonent kodu **********0090 olmaqla, xx.xx.2021ci il, 15 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. İddiaçı İB-nin Tərtər RQİİ-nin rayonu üzrə Yevlax xidmət sahəsi tərəfindən Cavabdeh mənzilində 12585771 nömrəli məişət qaz sayğacı quraşdırılmış və həmin abonent tərəfindən istifadə edilməklə onun adına rəsmiləşdirilmişdir. Cavabdeh təbii qazdan istifadəyə görə borcu 2020-ci il tarixdən yaranmağa başlamışdır. Hazırda istifadə etdiyi təbii qaza görə abonentin 479.42 manat borcu yaranmışdır. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilsə də həmin məbləğ hələ də ödənməmiş qalmaqdadır. Cavabdeh onunla bağlanmış “Qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqı müqaviləsi”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 479.42 manat borcunun abonentin **********0090 saylı koduna və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı İB-nin ABB-nin Tərtər şöbəsindəki AZ64İBAZ******************** nömrəli hesabına (VÖEN/**********) köçürülməsi barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdeh bildiriş göndərilərək tələbə dair etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməyi bildirilmişdir. Lakin cavabdeh tələbə dair etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan xx.xx.2021-ci tarixli, 15 nömrəli müqavilədən görünür ki, İddiaçı İB-nin X2 İstismar İdarəsi bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq Cavabdeh keyfiyyətli qazla təmin edir, Cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq İddiaçı İB-nin X2 İstismar İdarəsi tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İddiaçı İB-nin Tərtər RQİİ-nin rayonu üzrə Yevlax xidmət sahəsi tərəfindən Cavabdeh mənzilində 12585771 nömrəli məişət qaz sayğacı quraşdırılmış və həmin abonent tərəfindən istifadə edilməklə onun adına rəsmiləşdirilmişdir. İşdə olan Cavabdeh göndərilmiş xx.xx.2022-ci il tarixli, 293№-li xəbərdarlıq məktubundan görünür ki, qazın sayğacla müəyyənləşdirilən hesabına əsasən istifadə edilmiş təbii qazın dəyəri Cavabdeh tərəfindən tam ödənilmədiyindən 17 mart 2022-ci il tarixə 440.3 manat debitor borc yaranmış, cavabdehdən debitor borcun ödənilməsi tələb edilmişdir. Əks təqdirdə Cavabdeh qaz təchizatının dayandırılacağı, müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və yaranmış borcdan əlavə məhkəmə xərclərinin də tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan Abonentin Saldosundan görünür ki, Cavabdeh təbii qazdan istifadəyə görə 2022-ci ilin iyun ayına olan borcu 479.42 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Cavabdeh təbii qazdan istifadə edir. Eləcə də, 2022-ci ilin iyun ayınadək cavabdehin istehlak edilmiş təbii qaza görə 479.42 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1”nın 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 5.2-ci maddəsinə əsasən bu müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. Göstərilənlərə əsasən Cavabdeh üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək istifadə etdiyi təbii qaza görə borcunu ödəməmiş və yuxarıda qeyd olunan Qaydaların tələblərini kobud şəkildə pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya cəmi 479.42 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş taariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrədə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehdən sayğac üzrə sərf edilmiş təbii qazın əvəzi olaraq 479.42 manat pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 30.40 manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360cı maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: İddia təmin olunsun. Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış təbii qaz sayğacı üzrə 479.42 (dörd yüz yetmiş doqquz manat qırx iki qəpik) manat borcu abonentin **********0090 saylı koduna və 30.40 (otuz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı İB-nin ABB-nin Tərtər şöbəsindəki AZ64İBAZ******************** nömrəli hesabına (VÖEN/**********) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar