Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1841/2025 22.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5800 manat əsas borcun, 350 manat vəkilə ödənilən pulun və dövlət rüsumu kimi ödənilmiş 78 manat məbləğində pulun, cəmi 6228 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 02 iyun 2025-ci ildən tanıyır. Həmin gün eşitmişdir ki, Cavabdeh Mingəçevir şəhəri V.Abdullayev küçəsi 2 saylı binanın 9 saylı mənzilini satır. Mənzil 4 otaqdan ibarətdir. Makler Saləddin adlı şəxslə birlikdə Cavabdeh yaşadığı həmin mənzilə getmişlər. Cavabdeh mənzili 76.000 manata satmasını bildirmişdir. İddiaçı xahiş etmişdir ki, qiyməti bir qədər aşağı salsın. Makler Saləddin gedəndən sonra Cavabdeh ona bildirmişdir ki, qiyməti o şərtlə 500 manat aşağı salar ki, makler alğı-satqıdan kənar olsun və ona makler pulu verməsinlər. Beləliklə razılaşmışlar. xx.xx.2025-ci il tarixdə atası və anası ilə birlikdə Fatmanın evinə gedib ona 500 manat beh vermişlər. Pulu alan zaman Fatma bacısı Gülnarla mobil telefon vasitəsilə görüntülü danışıb 500 manatı ondan aldığını bildirmişdir. Cavabdeh ilə razılaşmışlar ki, xx.xx.2025ci il tarixdə alqı-satqıya gedəcəklər. Həmin gün qeyri iş günü olduğundan getməmişlər. O, xx.xx.2025-ci il tarixdə Cavabdeh zəng edib danışarkən sonuncu demişdir ki, Bakı şəhərindədir və 4 iyulda gələcək. Həmin gün zəng edib danışanda bildirmişdir ki, evin vərəsəlik məsələsində problem var, bir həftə vaxt versin, notariusda vərəsəlik məsələsini həll etsinlər. Bir müddətdən sonra yenidən danışanda bildirmişdir ki,vərəsələrdən 3 nəfər ölüb, onlardan birinin ölüm şəhadətnaməsi yoxdur, məhkəməyə veriblər, ölüm faktı təsdiq olunacaq. Cavabdeh ona bildirmişdir ki, 28 iyulda ASAN Xidmət Mərkəzində olsun, alğısatqı məsələsi həll olunacaq. Həmin gün də ASAN Xidmət Mərkəzinə gəlməmişdir. Həmin gün atası zəng edib danışanda demişdir ki, məsələ uzanır. Beləliklə, görmüşdür ki, Cavabdeh vədinə düz deyil, ona görə də ondan tələb etmişdir ki, ona verdiyi pulları qaytarsın. Cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Bildirmişdir ki, indiyə kimi Cavabdeh cəmi 5800 manat pul vermişdir. O cümlədən: xx.xx.2025-ci il tarixdə öz evində 500 manat nağd qaydada, xx.xx.2025-ci il tarixdə karta 1000 manat köçürmə, xx.xx.2025-ci il tarixdə karta 1000 manat köçürmə, xx.xx.2025-ci il tarixdə karta 1000 manat köçürmə, xx.xx.2025-ci il tarixdə karta 2300 manat köçürmə etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianıntəmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olduğunu bildirdi. Cavabdeh əlavə olaraq qeyd etdi ki, iddia tələbində qeyd olunan pulu iddiaçıdan almışdır. Razılaşmaya əsasən alğı-satqı baş tutanda həmin məbləği evin pulundan çıxacaqdı. Həmin dövr ərzində iddiaçıdan evi alacağına görə pul verməsini xahiş etmiş və iddiaçı da ona cəmi 5800 manat məbləğdə pul vermişdir. Lakin alğı-satqı baş tutmamışdır. Bu da iddia tələbində göstərilən səbəblərə görə mümkün olmamışdır. Belə ki, o, iddiaçıdan bir qədər vaxt verməsini xahiş etsə də iddiaçı razı olmamışdır. Qeyd etdiyi kimi iddiaçı ilə ev alğısatqısı barədə razılığa gəldikdən sonra evin sənədlərini qaydaya sala bilməmişdir. Bununla bağlı məhkəməyə müraciət etmişdir və hazırda həmin sənədləşmə işləri qaydasına düşür. Evin sənədləri tam hazır olub satdıqdan sonra aldığı pulu iddiaçıya geri qaytaracaqdır. İş materialları xx.xx.2025-ci il tarixdə verilmiş ******* №li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehə məxsus +**********63 mobil nömrəsi ilə olan yazışmalardan görünür ki, cavabdehin təqdim etdiyi kart hesabına xx.xx.2025-ci il tarixdə 1000 manat, xx.xx.2025-ci il tarixdə 2 dəfə 1000 manat olmaqla, cəmi 2000 manat, xx.xx.2025-ci il tarixdə 2300 manat pul göndərilmişdir. xx.xx.2025-ci il tarixli ********** №li mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Mingəçevir Vəkil Bürosuna 330 manat məbləğdə pul ödənilmişdir. xx.xx.2025-ci il tarixli digər qəbzdə 20,50 manat məbləğdə pul ödənilmişdir. xx.xx.2025-ci il tarixli ********** №li mədaxil qəbzinə əsasən İddiaçı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmaq üçün 78 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin müəyyən olunmuş halı: Tərəflər evin alğı-satqısına dair razılığa gəlmişlər. İddiaçı cavabdehə aralarında olan ev alğı-satqı razılaşmasına əsasən 500 manat pul vermişdir. Daha sonra cavabdeh iddiaçıdan müəyyən məbləğlərdə pul istəmiş və iddiaçı cavabdehə ümumilikdə 5300 manat məbləğdə vermişdir. Cavabdeh pul məbləğlərini iddiaçıdan istəyərkən alğı-satqı zamanı puldan çıxacağına dair razılıq vermişdir. Evin sənədləri ilə bağlı problem yarandığından tərəflər arasında alğı-satqı baş tutmamışdır. İddiaçı ümumilikdə verdiyi 5800 manat pulu cavabdehdən tələb edir. Cavabdeh iddiaçıdan 5800 manat aldığını qəbul edir. Cavabdeh pulu yalnız ev satıldıqdan sonra geri qaytara biləcəyini qeyd edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsaən: Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Maddə 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçı cavabdehə aralarında olan ev alğı-satqı razılaşmasına əsasən 500 manat pul vermişdir. Daha sonra tərəflər arasında olan yazışmalara əsasən cavabdeh iddiaçıdan müəyyən məbləğlərdə pul istəmiş və iddiaçı ümumilikdə 5300 manat məbləğdə pulu cavabdehin təqdim etdiyi kart hesabına göndərmiş və ya əlbəəl vermişdir. Cavabdeh iddiaçıdan aldığı pulu onunla alğı-satqı edərkən evin pulundan çıxacağını bildirmişdir. Evin sənədlərinin qaydaya salınması vaxt aldığından tərəflər arasında alğı-satqı baş tutmamışdır. Cavabdeh evin satılmasından sonra iddiaçıya pulu qaytaracağını bildirmişdir. Cavabdeh borcundan ödəniş etməmişdir. Nəticədə Cavabdeh İddiaçı 5800 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında yazılı beh müqaviləsi yoxdur. Lakin cavabdeh pulun ona verilməsini etiraf edir. Bu halda iddiaçının cavabdehə verdiyi pul avans kimi qəbul edilməlidir. Tərəflər arasında evin alğı-satqısı baş tutmadığından verilən məbləğ iddiaçıya qaytarılmalıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası təmin edilməli və Cavabdeh 5800 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddianın təmin edilməsinə mütənasib olaraq ödənilmiş 78 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. İddia tələbinin hüquqi yardım xərcinə görə 350 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, vəkilə həmin məbləğin ödənilməsi barədə qəbz təqdim edildiyindən vəkilin göstərdiyi yardıma görə göstərilən məbləğ cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 5800 (beş min səkkiz yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi 78 (yetmiş səkkiz) manat və vəkil xidmətinə ödənilən 350 (üç yüz əlli) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-1841/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1841/2025
22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver