Məhkəmə qərarları › İş №2(051)-1858/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1858/2023

08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1858/2023 08.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 976 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə mənzil kirayə müqaviləsi bağlamışdır. Cavabdeh kirayə götürdüyü mənzili və orada yerləşən avadanlıqları yaxşı vəziyyətdə saxlamağı, mənzildə olan avadanlıqlara dəyən ziyanı ödəməyi və mənzilin kirayə haqqını hər ay 300 manat olmaqla, ödəməyi öhdəsinə götürmüşdür. Lakin 2021-ci ilin may, iyun və iyul aylarının kirayə haqqını ödəməmiş, müxtəlif bahanələrlə bundan imtina etmişdir. Kirayə haqqı üçün 900 manat, su sərfiyyatı üçün 57 manat və işıq sərfiyyatı üçün 19 manat olmaqla, cəmi 976 manat məbləğində pul ödənilməmiş qalmışdır. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iştirak etdiyi məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməmiş və göstərmişdir ki, 2021-ci ilin yanvar ayının 01-də o, Əsmər Fətəliyevaya məxsus Bakı şəhərində yerləşən Mir Cəlal küçəsi 1D saylı evin 105 B-2-ci mənzilində kirayədə yaşamaq üçün kirayə müqaviləsi bağlamışdır. O, həmin mənzildə 4 ay, yəni 2021-ci ilin yanvar, fevral, mart, aprel aylarında yaşamış və kirayədə qaldığı müddətdə hər ay 300 manat olmaqla komendanta kirayə haqqıödəmişdir. Eləcə də istifadə etdiyi işıq və qaz görə görə kommunal xərcləri ödəmişdir. O, mənzildən çıxan vaxt onun heç bir kirayə haqqı və kommunal xidmətlər üçün borcu olmamışdır. O, hazırda səhhəti ilə əlaqədar işləmir və artıq başqa yerdə kirayədə yaşayır. Ona görə də o, iddianı qəbul etmir və məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə o, ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək iddianı qəbul etmədiyini, belə ki, sözügedən mənzildə 4 ay kirayədə qaldığını, kirayə qaldığı müddətdə kirayə haqqını və kommunal xərcləri ödədiyini, iddiaçıya heç bir borcu olmadığını bildirmiş və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli kirayə müqaviləsindən görünür ki, kirayə verən İddiaçı ona məxsus olan yaşayış sahəsini kirayəçi Cavabdeh hər ayın 20-i tarixində 300 manat məbləğində kirayə haqqı ödəmək şərtilə kirayə vermişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən qeyd edilən tarixlərdə kirayə haqqı kimi hər dəfə 300 manat məbləğində pul İddiaçı adına ödənilmişdir. İşdə olan AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********330000 saylı məktubundan görünür ki, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və vergi şəhadətnaməsi təqdim edilmədiyindən Cavabdeh ilə İddiaçı arasında kirayə müqaviləsi bağlanarkən verginin ödənilib-ödənilməməsi haqqında məlumatın verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı mübahisə üzrə iddia ərizəsində göstərilən cavabdehin iddiaçı qarşısında pul öhdəliklərinin olması və onu yerinə yetirməməsi faktını sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, İddiaçı iddia ərizəsində Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə mənzil kirayə müqaviləsi bağladığını, cavabdehin həmin müqaviləyə əsasən öhdəliklərini lazımi qaydada icra etmədiyini göstərmişdir. Cavabdeh tərəf isə iddiaçının istinad etdiyi dəlilləri qəbul etməmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Eləcə də «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa insan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə cavabdehin izahatının və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli ödəniş qəbzlərini məhkəməyə təqdim etmiş, ancaq təqdim etdiyi ödəniş qəbzlərindən cavabdehin kirayə haqqı kimi 300 manat məbləğində pulu iddiaçının adına ödənildiyi görünür. Cavabdeh isə iştirak etdiyi məhkəmə iclasında və ərizəsində sözügedən mənzildə 4 ay kirayədə qaldığını, kirayə qaldığı müddətdə kirayə haqqını və kommunal xərcləri ödədiyini, hər ay 300 manat kirayə haqqını ödədiyini, heç bir kirayə haqqı və kommunal xidmətlər üçün borcu olmadığını, artıq başqa yerdə kirayədə yaşadığını bildirmişdir. İddiaçı tərəf isə iddia ərizəsində cavabdehin 2021-ci ilin may, iyun və iyul aylarının kirayə haqqını ödəmədiyini, kirayə haqqı üçün 900 manat, su sərfiyyatı üçün 57 manat və işıq sərfiyyatı üçün 19 manat olmaqla, cəmi 976 manat məbləğində borcu olduğunu göstərmişdir. Bununla bağlı isə məhkəməyə heç bir rəsmi sənəd təqdim etməmişdir. Eləcə də, iddiaçı cavabdehin həmin aylarda sözügedən mənzildə kirayədə yaşadığına dair sübut təqdim etməmişdir. Cavabdeh tərəf isə sözügedən mənzildə 4 ay kirayədə qaldığını və kirayə qaldığı müddətdə kirayə haqqını və kommunal xərcləri tam ödədiyini bildirməklə, iddiaçı tərəfin istinad etdiyi dəlilləri təkzib etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yalnız formal mülahizələrlə öz tələbini əsaslandırmaqla kifayətləndirmişdir. Bu da iddianın qanuni həll edilməsi üçün məhkəmənin yekun nəticəyə gəlməsi üçün yetərli olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kirayə müqaviləsi ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini aid olan kirayə müqaviləsini tənzimləyən mülki hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 684.1–ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən qənaətə gəlir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında cavabdehin 2021-ci ilin may, iyun və iyul aylarının kirayə haqqını ödəməməsi, kirayə haqqı üçün 900 manat, su sərfiyyatı üçün 57 manat və işıq sərfiyyatı üçün 19 manat olmaqla, cəmi 976 manat məbləğində borcu olması, eləcə də, cavabdehin həmin aylarda sözügedən mənzildə kirayədə yaşaması faktı öz təsdiqini tapmamış və iddiaçı tərəf məhkəmə iclasında həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verən sübutlar təqdim edə bilməmiş, cavabdeh tərəf isə iddianı etiraf etməmişdir. Bu da onu deməyə əsas verir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri başa çatdığından, hazırda iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamışdır. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı 976 manat məbləğində pulun alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar