Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1870/2021 07.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən tam kart krediti üzrə 1034,89 manat əsas, 289,44 manat faiz borcu olmaqla, cəmi 1324, 33 manat məbləğində kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, habelə 0.40 manat bank xidməti haqqı olan pulun alınıb verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmdə işə baxılan zaman “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, Cavabdeh yaşayış yeri üzrə Yevlax rayonunun Əkşəm kəndində qeydiyyatdadır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi və göstərdi ki, təmsil etdiyi bankdan cavabdeh tam kart alan vaxt təqdim etdiyi şəxsiyyət vəsiqəsində onun Mingəçevir şəhərində qeydiyyatda olduğu öz əksini tapmışdır. Hazırda cavabdehin Yevlax rayonunun Əkşəm kəndində yaşayış yeri üzrə qeydiyyatda olmasına etiraz etmir. Bununla belə məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, cavabdeh yaşayış yeri üzrə Yevlax rayonunun Əkşəm kəndində qeydiyyatda olduğundan, İddiaçının cavabdehə qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası Mingəçevir Şəhər Məhkəməsində baxılmalı deyil və ərazi aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh Yevlax rayonunun Əkşəm kəndində yaşayış yeri üzrə qeydiyyatda olduğundan, hazırki mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı cavabdehdən tam kart krediti üzrə 1034,89 manat əsas, 289,44 manat faiz borcu olmaqla, cəmi 1324, 33 manat məbləğində kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, habelə 0.40 manat bank xidməti haqqı olan pulun alınıb verilməsi tələbinə dair 2(051)-1870/2021 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi andan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1870/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1870/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver