Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1889/2024 28.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 4200 manat məbləğində pulun və 62 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. İşdən sonra taksi fəaliyyəti ilə məşğul olmaq üçün özünə “Toyota Prous” markalı avtomobil almaq istəmiş və bu barədə qonşu Ədalət ilə söhbət etmişdir. Ədalət ona kreditlə “Toyota Prous” markalı avtomobil satan Rəvan adlı tanışı olduğunu bildirmişdi. O da, Ədalətdən Rəvan ilə tanış etməsini xahiş etdi, bununla da onlar xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində yerləşən çayxanada görüşmüşlər. İlkin danışıq zamanı Rəvan “Toyota Prius” markalı avtomobilinin ilkin ödənişinin 7000 manat olduğunu bildirmiş, qiymətdə razılığa gələ bilmədikləri üçün oradan çıxıb getmişlər. Lakin axşam saat 20 radələrində Rəvana zəng edərək, avtomobili 5000 manat ilkin ödəniş etməklə 20 ay müddətinə hər ay 700 manat ödəməklə almaq istədiyini bildirmişdir. Şərtlər barədə razılığa gəldikdən sonra “8 Noyabr” metrostansiyasının yanında görüşdülər. Avtomobili idarə etmək üçün etibarnamə verilməsi üçün sürücülük vəsiqəsinin və şəxsiyyət vəsiqəsinin şəkillərini “Whatsapp Messenger” tətbiqi vasitəsi ilə həmin sənədlərin şəklini göndərdi. Həmin gün qeyd olunan ərazidə görüşdülər, bu zaman yanında İlqar adlı dostu da olmuşdur. Avtomobilə əyləşib 5000 manat pulu Rəvana verdikdən sonra ondan avtomobili yaşadığı ünvan 2 ünvanının qarşısına sürməyi xahiş etdi. Rəvan ona avtomobilin texniki şəhadətnaməsinin qeydiyyatda olduğunu, etibarnaməni isə “online” şəkildə verəcəyini desə də, sonra onu tapa bilmədi. Axtarmağa başladi, nəhayət yaşadığı Mingəçevir şəhərinə gedərək atası ilə görüşdü, ona veridyi pul məbləğinin qaytarılacağını deyiləndən sonra, avtomobilin əsl sahibindən ona zəng gəlmiş və bu zaman ona məlum oldu ki, avtomobilin sahibi Rəvan deyilmiş o sadəcə avtomobili günə 25 manat ödəməklə icarəyə götürərək sürmüşdür. Avtomobilin öz sahibi avtomobilini geri tələb etmiş, o da avtomobili öz sahibinə vermişdir. Şikayəti əsasında Rəvan tutulduqdan sonra ona dəymiş ziyandan 500 manat, məhkəmə ıstıntagı zamanı isə 300 manat olmaqla, cəmi 800 manat ödəmiş, qalan məbləği isə ödəməmişdir. Hazırda onun 4200 manat ödənilməli pul vəsaiti qalmışdır. Barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmış, istintaq aparılaraq iş baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-195/2024 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 il müddətinə azadlıqdan məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmə hökmü ilə yuxarıda göstərilənlər öz təsdqini tapmışdır. Cavabdeh özü ondan 5000 manat aldığını, həmin puldan iki dəfəyə 500 və 300 manat qaytardığını, ona hazırda 4200 manat pul borclu qaldığını etiraf etmişdir və hökümlə təsdiqlənmişdir. O, pulunu cavabdehdən başqa qaydada ala bilmir. Buna görə məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul edərək bildirdi ki, iddiaçıya olan borcunu ödəyəcəkdir. Odur ki, məhkəmədən izahatına uyğun qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçı və cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-195/2024 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 il müddətinə azadlıqdan məhdudlaşdırılması cəzası təyin edilmişdir. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdeh iddiaçıdan avtomobilini satmaq məqsədi ilə 5000 manat məbləğində pul almış və götüürdüyü öhdəliyi yerinə yetrrməyərək alqı-satqını həyata keçirməmiş və qaneunsuz olaraq iddiaçının pulunu ələ keçirmişdir. İddiaçının şkayəti əsasında cavabdeh həmin əməli törətdyinə görə cinayət məsuliyyətinə cəlb olunmuş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-195/2024 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 il müddətinə azadlıqdan məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Javabdeh həmin puldan iki dəfəyə 500 və 300 manat qaytarmış, 4200 manat ğdənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdehə 4200 manat məbləğində borc pul verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülki hüquq pozuntularından (deliktlər) irəli gələn mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquq pozuntuları (deliktlər) tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-jı maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ji maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan maddi hüquq normaları əsasında qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı cavabdehə 5000 manat məbləğində pul vermişdir. Cavabdeh isə həmin puldan 800 manatı qaytarmış, 4200 manat ödənilməmiş qalmışdır. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yarandığından, 4200 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəmədə iddia qaldırarkən dövlət rüsumu kimi ödədiyi 62 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 241, 242, 244 və 253–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 4200 manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumunun əvəzi olan 62 manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1889/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1889/2024
28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver