Məhkəmə qərarları › İş №2(051)-1891/2024

Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-1891/2024

19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1891/2024 19.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 3000 (üç min) manat və ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumunun tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh uzun müddətdir ki, tanıyır. Belə ki, cavabdehlə şirkətdə işləyərkən rabitə quyuları qazmaq işlərini görmüşlər. Tanışlıq münasibətləri oradan yaranmışdır. 2022-ci ilin dekabr ayında cavabdeh ondan 2023-cü ilin fevral ayınadək qaytarmaq şərti ilə 3000 manat borc pul almışdır. 2023-cü ilin fevral ayında cavabdeh borcunu qaytara bilməmiş və ondan 2023-cü ilin avqust ayınadək möhlət istəmişdir. Cavabdeh yenə vəd olunan tarixə borcunu qaytarmamış və ondan 2023cü ilin sentyabr ayınadək yenə möhlət istəmişdir. İddiaçı cavabdehə yenə möhlət vermiş və borcun etirafı kimi ondan sadə yazılı formada qəbz almışdır. İddiaçı 2023-cü ilin sentyabr ayının 20-də cavabdehlə telefon vasitəsilə əlaqə saxlamış, lakin cavabdeh pulu geri qaytarmamış və ondan yenə möhlət istəmişdir. O, dəfələrlə cavabdehdən borcunu qaytarmağını tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınır. Odur ki, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası: Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materialı: xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 3000 (üç min) manat məbləğində borc pul almış və xx.xx.2023-cü il tarixədək qaytarması barədə qəbz yazaraq imzası ilə təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli 2-2(117)-909/2024 №li Şəki Kommersiya Məhkəməsinin Qərardadına əsasən sözügedən mülki iş aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli ********** №li ödəniş qəbzindən görünür ki, İddiaçı iddia qaldırmaq üçün 51.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş halı: İddiaçı cavabdehə qaytarmaq şərti ilə borca 3000 manat pul vermişdir. Bununla bağlı cavabdeh qəbz yazaraq imzalamışdır. Cavabdeh məhkəməyə iddiaya qarşıetiraz təqdim etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, iddiaçının təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmənin gəldiyi nəticə Məhkəmə tərəflər arasında olan işin müəyyən olunmuş hallarına qiymət verərəkiddiaçının cavabdehə 3000 manat pul verdiyini və cavabdehin iddiaçıdan borc aldığını və bununla bağlı yazılı şəkildə qəbz yazdığını, cavabdehin buna etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 51 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 233, 242, 244 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat pul və 51 (əlli bir) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi haqqında Mingəçevir Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilərlər. Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar