Məhkəmə qərarları › İş №2(051)-1891/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1891/2025

19.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1891/2025 19.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə, Cavabdeh1nə (Üçüncü şəxs "xxxx" MMC-ə) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı Mingəçevir Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin apardığı xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin xeyrinə 2700 AZN əsas, 49 AZN cərimə və 25 AZN dövlət rüsumu olmaqla, cəmi 2774 AZN pulun tutulması üzrə İcra Qeydinin ləğv edilməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Mingəçevir Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli İcra qeydi əsasında ondan "xxxx" MMC-nin xeyrinə 2700 AZN əsas, 49 AZN cərimə və 25 AZN dövlət rüsumu olmaqla, cəmi 2774 AZN pulun tutulması üzrə icra qeydi aparılmışdır. Qeyd edir ki, həmin borc məbləğinin ondan tutulmasına və ümumiyyətlə bu işlə bağlı icra qeydi barədə müraciət olunmasına dair bildiriş ona göndərilməmişdir. Cavabdeh1 icra məmuru Şükürova Xəyalə onu İcra və Probasiya Şöbəsinə çağırandan sonra məlumatı olub ki, belə bir proses var. Başqa sözlə onun bu işdən xx.xx.2025-ci il tarixində xəbəri olub, yəni həmin tarixdə ona İcra Şöbəsinin Bildirişi təqdim olunmuşdur. O, həmin borc məbləği ilə qətiyyən razı deyil, belə ki, xx.xx.2025-ci il tarixində X2 Filialından Samsunq markalı soyuducunu 18 aylıq kredit şərtləri ilə almışdır. Mağaza rəhbəri Samir adlı şəxs bildirdi ki, biz soyuducunu onların evinə çatdıracaqlar. Mənzilin giriş qapısından soyuducunu evə keçirən zaman hər iki qapısında dərin cızıqlar, sürtülmə izləri düşdü, qeyd edir ki, soyuducunun örtük qutusunu mağazanın rəhbəri Samir şəxsən özü cırıb-çıxartmışdı və həm qapının, həmçinin soyuducunun Ölçülərini özü ölçmüşdü, bütün bunlara rəğmən həmin soyuducunu zədələməklə onun evinə yerləşdirdilər. Lakin o, soyuducunun təhvil-təslim aktına imza çəkmədi. O, dərhal etirazını bildirdi, Samir də ona bildirdi ki, hər şey qeydə alınıb, narahat olmayın. Özü həll edəcək. Lakin problem həll olunmadı. xx.xx.2025-ci il tarixində Minor Şirkətinin Nahid adlı əməkdaşı evə gəldi, soyuducuya baxdı, giriş qapısı və soyuducunun ölçülərini götürdü və bildirdi ki, bu problemdə mağaza cavabdehlik daşıyır və sizlik bir şey yoxdur, tez bir zamanda problemi həll edəcəklər. Hətta yerində baxış keçirdi və Akt da tərtib etdi və qeyd etdi ki, soyuducu mütləq dəyişdiriləcək. Lakin problem yenə də öz həllini tapmadı. Bundan sonra mağaza rəhbəri Samir soyuducuya vinil örtük çəkməyi və kreditin 1 ayını da Bütün bu müddət ərzində X2 Filialın rəhbəri Samir və digər əməkdaşlar müxtəlif bəhanələrlə işi uzatmaqla onu aldadırlar. Bir-iki həftə öncə isə ona məlum olmuşdur ki, ondan borc pul tələb edirlər və bununla bağlı icra qeydi də qəbul edilmişdir. Belə ödəyəcəyini təklif etdi. Lakin problem yenə də həll olunmadı. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisi məhkəməy ərizə ünvanlayaraq məhkəmə iclasının onlarımn iştirakı olmadan keçirilməsini xahiş etmişdir Üçüncü şəxs "xxxx" MMC məhkəməyə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, İddiaçı öz iddia ərizəsində Mingəçevir Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin apardığı xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin xeyrinə 2700 AZN əsas, 49 AZN cərimə və 25 AZN dövlət rüsumu olmaqla, cəmi 2774 AZN pulun tutulmasi üzrə icra qeydinin ləğv edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, mağaza nümayəndəsi soyuducunu zədələməklə evə yerləşdirmişdir və iddiaçı məhsulun təhvil alınması ilə bağlı təhvil-təslim aktına imza çəkməmişdir. Həmçinin, Minor şirkətinin Nahid adlı əməkdaşının evə gəldiyini, soyuducuya yerində baxış keçirdiyini və yaranmış qüsurla bağlı mağazanın məsuliyyət daşıdığı barədə akt tərtib etdiyini qeyd etmişdir Həmçinin, İddiaçı bildirmişdir ki, ümumiyyətlə bu işlə bağlı icra qeydi barədə müraciət olunmasına dair bildiriş cavabdeh "xxxx" MMC tərəfindən göndərilməmişdir. İddiaçı cavabdeh "xxxx" MMC -yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə qarşı iddia ərizəsi daxil olan vaxtdan işin mahiyyəti üzrə araşdırılması üçün tədbirlər görülmüşdür. Bildirirlər ki, "xxxx" MMC tərəfindən müştərilərə malların təhvil- təslimi barədə 2 nüsxə akt təqdim olunur. İddiaçı öz ərizəsində soyuducunun zədəli halda yerləşdirildiyinə görə təhvil-təslim aktına imza çəkmədiyini bildirsə də "xxxx" MMC tərəfindən təqdim olunmuş digər nüsxə iddiaçı tərəfindən imzalanmışdır.Əgər cihaza həqiqətən şirkət nümayəndəsi tərəfindən ziyan vurulmuşdursa hesab edirik ki, təhvil-təslim aktının qüsurlu mala görə imzalanmağı ağlabatan deyildir.Məhsulun saz vəziyyətdə təhvil verildiyini təsdiq edən təhvil-təslim aktı mülki işin materiallarına əlavə olunaraq məhkəməyə təqdim olunacaqdır. Həmçinin, İddiaçı soyuducunu xx.xx.2025-ci il tarixli Nisyə-satış müqaviləsinə əsasən alsa da məhsul barədə narazılıq yalnız xx.xx.2025-ci il tarixində şikayət məktubu vasitəsilə bildirilmişdir. Əgər məhsula mağaza nümayəndəsi tərəfindən zərər vurulmuşdursa hansı səbəbdən iddiaçı öz şikayətin məhsulu 3 ay istismar etdikdən sonra və məhz icra qeyd çıxarıldıqdan sonra ünvanlamışdır və bu müddət ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir? Bundan başqa məhz ”MAX Finance” MMC tərəfindən notariusa müraciət edilib icra qeydi çıxarıldıqdan sonra İddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Əlavə olunaraq, İddiaçı tərəfindən iddia ərizəsində qeyd olunmuş soyuducuda mövcud olan qüsurla bağlı mağazanın cavabdeh olduğu haqqında hər hansı bir akt tərtib olunmamış və iddiaçı tərəfindən mülki işin materiallarına əlavə olunmamışdır. Həmçinin, qeyd edirlər ki, Mingəçevir Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən aparılmış xx.xx.2025-cü il tarixli 8İ-15728 saylı icra qeydi tam əsaslıdır və heç bir qanun pozuntusu aparılmadan icra qeydi çıxarılmışdır. Belə ki, İddiaçı icra qeydinin aparılacağı barədə heç bir bildiriş almadığını bildirsə də iddiaçının qeydiyyat ünvanına cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixli bildiriş göndərilmişdir. Məhkəmə işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanda qeydiyyatdadır. İşdə olan 29 iyul 2025-ci il tarixli icra qeydindən görünür ki, Mingəçevir regional “ASAN xidmət” mərkəzindıə notariat ofisinin Xüsusi notariusu X6 "xxxx" MMC-nin xeyrinə İddiaçı 5256/25/99S nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş, 49 manat cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla cəmi 2774 manat pulun tutulması barədə 8İ-15728 № li icra qeydi qəbul edilmişdir. İşdə olan tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Mingəçevir regional “ASAN xidmət” mərkəzindıə notariat ofisinin 8İ-15728 № li, xx.xx.2025-ci tarixli icra qeydində göstərilən tələbi dərhal olaraq icra etmək üçün borclu İddiaçı tələbin könüllü icra etməsi xahiş olunmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli 5256/25/99S nömrəli nisyə alqı-satqı nüqaviləsindən görünür ki, satıcı müqavilənin tərkib hissəsi sayılan Əlavə 01-də göstərilən malı alıcının istifadəsinə verməyi Alıcı isə əşyanı qəbul edib əvəzinə müqavilədə qeyd edilən dəyərini göstərilmiş qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. İşdə olan xx.xx.2025-ci il tarixli 5256/25/99S nömrəli Nisyə Alqı satqı müqaviləsinə əsasən malların təhfil təslim aktından görünür ki, qiyməti 2700 manat olan 1 ədəd Samsung markalı RT62K7110SL soyudu olan məhsul satıcı X4 tərəfindən alıcı X3 təhvil verilmiş, lakin alıcı təhfil təslim aktına imza çəkməkdən imtina etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 5256/25/99S nömrəli Nisyə Alqı satqı müqaviləsinə əsasən malların təhfil təslim aktının surətindən görünür ki, qiyməti 2700 manat olan 1 ədəd Samsung markalı RT62K7110SL soyudu olan məhsul satıcı X4 tərəfindən alıcı X3 təhfil verilmiş, X7 isə akta imza etməklə malı qəbul etmişdir. İşdə olan maliyyə arayışından görünür ki, X1 "xxxx" MMC-yə olan borcu 2700 AZN əsas məbləğ üzrə, 49 AZN cərimə olmaqla, cəmi 2749 AZN məbləğində təşkil edir. İşdə olan İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği yəni, 2749 manat məbləğini qaytarmaq tələb olunmuşdur. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, xx.xx.2025-ci il tarixli 5256/25/99S nömrəli nisyə alqı-satqı nüqaviləsinə əsasən satıcı müqavilənin tərkib hissəsi sayılan Əlavə 01-də göstərilən malı alıcının istifadəsinə verməyi Alıcı isə əşyanı qəbul edib əvəzinə müqavilədə qeyd edilən dəyərini göstərilmiş qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. Müqaviləyə əsasən İddiaçı "xxxx" MMC-dən dəyəri 2700 manat olan Samsung markalı soyuducu 18 ay müddətinə hər ay 150 AZN ödəməklə nisyə əldə etmişdir. Lakin soyuducunun mənzilə gətirilməsi zamanı mağaza əməkdaşları tərəfindən soyuducuya zədə dəymiş o, isə əvəzində həmin soyuducunun yenisi ilə əvəz edilməsini bildirmişdir. Lakin onun tələbi yerinə yetirilmədiyi üçün qeyd olunan əşyanın dəyərini ödəməmkdən imtina ertmişdir. Daha sonra borc ödənilmədiyi üçün Mingəçevir regional “ASAN xidmət” mərkəzindıə notariat ofisinin Xüsusi notariusu X6 "xxxx" MMC-nin xeyrinə İddiaçı 5256/25/99S nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş, 49 manat cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla cəmi 2774 manat pulun tutulması barədə 8İ-15728 № li icra qeydi qəbul edilmişdir. İddiaçıə Asim qızı isə həmin icra qeydindən narazı qaldığı üçün Mingəçevir Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin apardığı xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin xeyrinə 2700 AZN əsas, 49 AZN cərimə və 25 AZN dövlət rüsumu olmaqla, cəmi 2774 AZN pulun tutulması üzrə İcra Qeydinin ləğv edilməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilibalınmasıBorcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclununolduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiqetdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyənedilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən AzərbaycanRespublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti“İpotekahaqqında”AzərbaycanRespublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olansənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”İ. Notariat qaydasında təsdiq edilmiş əqdlər üzrə borcun alınması

1. Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariatqaydasında təsdiq olunmuş əqdlər.İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın Maddə 161. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavabməktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur.Tələbkar tərəfindən icraqeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğuhalda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Maddə 162. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq,əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Məhkəmə işin müəyyən olunmuş hallarına və qanunvericiliyin tələbinə uyğun olaraq hesab edir ki, İddiaçı icra qeydinin ləğv edilməsinə əsas ola biləcək hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq

QƏTETDİ:

İddiaçı cavabdehlər Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə, Cavabdeh1nə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar