Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1895/2023 26.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil, Bank Respublika ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər X2 Xidmət Mərkəzində Notariat Ofisi, Cavabdeh1nə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər X2 Xidmət Mərkəzində Notariat Ofisi, Cavabdeh1nə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələblərini onunla əsaslandırmışdır ki, Mingəçevir regional «Asan ximət» Mərkəzində Notariat Ofisinin 04 aprel 2023-cü ıl tarixli İcra qeydi əsasında "xxxx" ASC-nin xeyrinə 34178.78 manat əsas, 2202.60 manat faiz borcu olmaqla 36381.38 manat pulun tutulması və tutulmanın ipoteka predmeti olan ünvan 1 ünvana yönəldilməsi aparılmışdır. Borcun ipoteka predmetinə yönəldilməsi barədə bildiriş ona çatmamışdır. İcra məmurunun məlumatından sonra bundan xəbərdar olmuşdur. O, həmin məbləğlə razı deyildir. Borcun böyük bir hissəsini artıq ödəmişdir. Həçinin ipoteka ilə yüklü edilmiş əmlakın icra mərhələsinə müəyyən edilmiş qiyməti ilə razı deyillər. Ona görə də, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, X2 Xidmət Mərkəzi tərəfindən xx.xx.2023-cü ildə ipoteka saxlayan bankın müraciətinə əsasən, İddiaçı (ipoteka qoyana) məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 111.3 kv.m olan 40 nömrəli mənzilə tutma yönəldilməsi barədə 8İ-7064 reyestr №-li icra qeydləri aparılmışdır. “Notariat haqqında” Qanunun 76-cı maddəsinin 2-ci hissəsinə görə icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. İpoteka predmetinə tutuma yönəldilərkən iddiaçılar bundan məlumatlı olmuşlar. İddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Cavabdeh Notariat Ofisi və Cavabdeh1nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 8İ-7064 reyestr №-li qeydə alınmış «ipoteka predmetinə tutmanın yöbnəldilməsi haqqında» İcra Qeydindən görünür ki, Mingəçevir regional «ASASN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan- "xxxx" ASC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan Mingəçevir Şəhəri, Nizami ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 113.3 kv.m olan 40 nömrəli mənzilə tutma yönəldilmişdr. Ümumi borc 34178.78 manat əsas, 2202.60 msaneat faviz borcu olmaqla cəmi tutlmala məbləğ 36381.38 mana təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 3260***-*******01L nömrəli Kredit Limit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-i tərəfindən İddiaçı 500000 (beş yüz min) manat məbləğində 120 ay müddətinə xx.xx.2031-ci il taprixədək kredt limiti ayrılmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli nömrəli ipoteka müqaviləsindən görünür ki, İddiaçı (ipoteka qoyana) məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 111.3 kv.m olan 40 nömrəli mənzil xx.xx.2021-ci il tarixli, 3260***-*******01L nömrəli Kredit Limit müqaviləsinin təmin üsulu kimi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan «İcra qeydinin aparılacağı barədə tələbkapr tərəfindən borcluya göndərilən Bildirişin» surətindən görünür ki, borclu İddiaçı 20 gün müddətinə borc ödənilmədiyi halda «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasının təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qşeydi aparılacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edlmiş 02 mart 2023-cü il tarixli 824 nömrəli bildirişin surətindən görünür ki, İddiaçı borcu ödəmədiyi halda 20 gün müddətində öhdəliyin icrasının təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qşeydi aparılacağı barədə xəbərdar edilmişdir. Məhkəmə araşdırılması ilə müəyyən edildi ki, xx.xx.2021-ci il tarixli, 3260***- *******01L nömrəli Kredit Limit müqaviləsinə əsasən "xxxx" ASC-i tərəfindən İddiaçı 500000 (beş yüz min) manat məbləğində 120 ay müddətinə xx.xx.2031-ci il taprixədək kredt limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən, İddiaçı (ipoteka qoyana) məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 111.3 kv.m olan 40 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş iddiaçıya göndərilmişdir. İpoteka predmeti olan mübahisəli qeyri-yaşayış binasına tutma yönəldilərkən iddiaçının məlumatı olmuşdur. İddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddia tələbini qəbul etmədiyini bildirərək iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı şəxslər müvafiq icra qeydlərinin “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinin pozulması ilə aparıldığını göstərmiş və bunu müvafiq icra qeydlərinin aparılmasına əsas olmuş borcla bağlı məhkəmə mübahisəsinin olması ilə əsaslandırmışdır. Halbuki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin: 1-ci hissəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaqüçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; 3-cü hissəsinə əsasən barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır; 4-cü hissəsinə əsasən icra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər; 5-ci hissəsinə əsasən fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər; 6-cı hissəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 (iyirmi) gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur; 7-ci hissəsinə əsasən elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur; 8-ci hissəsinə əsasən icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər; 9-cu hissəsinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Göründüyü kimi, qanunvericilik icra qeydinin aparılması üçün iddiaçının göstərdiyi kimi, borcla bağlı mübahisənin olub-olmamasını deyil, borcun mübahisəsiz olmasının məhz təqdim edilən sənədlərlə təsdiq olunması tələbini müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-1-ci bəndinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Siyahının 1-1-ci bəndində göstərilən sənədlər notariusa təqdim olunursa, bu, haqqında icra qeydi aparılan borcun mübahisəsiz olduğunu təsdiq edir və digər şəxslərin borcun mübahisəli olub-olmamasına dair subyektiv münasibətindən asılı olmayaraq icra qeydinin aparılması üçün əsasdır. İcra qeydinin aparılması üçün notariusa təqdim olunan sənədlərdən görünür ki: tərəflər arasında qeyd olunan əmlaklara dair notarial qaydada təsdiq edilmiş sonrakı ipoteka müqaviləsi bağlanmışdır; -həmin müqavilə (bankın ipoteka hüququ) daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində qeydə alınmışdır; ipoteka ilə təmin olunan öhdəlik vaxtında icra olunmadığı üçün bank “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişləri sifarişli məktubla ipoteka qoyanlara göndərmişdir; -ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər müvafiq dövlət reyestrində qeydə alınmışdır. Bu baxımdan qeyd edilməlidir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və müvafiq sənədlər notariat ofisinə bank tərəfindən təqdim olunmuşdur. Qeyd edilənlərdən görünür ki, müvafiq icra qeydləri aparılarkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinin pozulması barədə iddia ərizəsində göstərilənlər əsassızdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının “icra qeydlərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər X2 Xidmət Mərkəzində Notariat Ofisi və Cavabdeh1nə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia tələbləri rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1895/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1895/2023
26.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver