Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-19/2025 18.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili, Nümayəndə iştirakı ilə, İddiaçı: İddiaçı cavabdehlər Mingəçevir şəhər X5 Hüquqi Şəxsinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və X8 Mərkəzi MMC-yə qarşı “səhhətə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, İcbari Tibbi Sığorta üzrə X4 şəhər X5 hüquqi şəxsin və İcbari Tibbi Sığorta Dövlət Agentliyinin üzərinə onun tərəfindən ödənilmiş 7430 manat pulun ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun anası X6 04 may 2022-ci ildə Mingəçevir şəhər Xəstəxanasına aparılmış, xəstəxanada həkimlərin göstərişi əsasında Mingəçevir şəhər Xəstəxanasının ambulansı vasitəsilə Gəncə şəhər Mərkəzi Xəstəxanasına aparılmışdır. Xəstəxanada əməliyyat olunmuş, ancaq müalicə nəticə vermədiyindən vəfat etmişdir. Anasının təcili müayinə olunması və əməliyyat olunması tələb olunduğundan və sığortalı olmasına baxmayaraq sığorta təşkilatı ödəməni gecikdirdiyindən 3000( ümin), 4300(dörd min üç yüz) və 130(bir yüz otuz) manat olmaqla 7430 manat vəsait ödəmişdir. Sonradan xəstəxanaya müraciət edərək əməliyyat xərclərini xəstəxanadan və X17 üzrə Dövlət Agentliyindən tələb etsədə müxtəlif cavablarla ona imtina verilmişdir. Halbu ki, «Tibbi Sığorta haqqında» Azərbaycan Respublikasının qanunun 15-13.1-ci maddəsinə əsasən icbari tibbi sığorta şəhadətnaməsi sığortaolunanm icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən istifadə hüququnu təsdiq edən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində yaradılan elektron sənəddir. X14 sığorta şəhadətnaməsi olmuşdur. Odur ki, xəstəxanaya müraciət etməyə məcbur olmuş, ona görə də iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili, Nümayəndə məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh İcbari Tibbi Sığorta üzrə X4 şəhər X5 hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmşdir. Lakin əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 izahatında göstərmişdir ki, iddiaçının onlarda pul tələb etməsi əsassıdır. Ümumiyətlə onların bu məsələyə heç bir aidiyyəti yoxdur. Cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmşdir. Lakin əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 izahatında göstərmişdir ki, 4600 manata xəstənin reanimasiyada qalması xərci də daxildir. Bundan əlavə 100 manat KT üçün ödənilmiş, xəstə 2 dəfə KT olunmuşdur. 4500 manat əməliyyat və reanimasiya xərci üçün ödənilmiş, iş üzrə digər Cavabdeh3 MMC xidməti göstərdikdən sonra fakturanı onlara göndərir və onlar ödəniş edirlər. 4600 manat ödənilmiş 7300 manata daxil deyildir. 7300 manat məbləğində ödəniş xəstədən və 4600 manat da onlardan ödəniş alınmışdır. 7300 manat məbləğində ödənişi Cavabdeh3 MMC klip üçün aldığını bildirir. Məsələn, may ayında edilən əməliyyatın fakturası onlara göndərilir, ekspert iyun ayında gedib araşdırma aparır və elə iyun ayında da ödəniş edirlər. Həmin dövrdə klip üçün nəzərdə tutulmuş ödəniş xəstə tərəfindən ödənilməli idi. Klipin qiyməti 340 manatdır. 130 manat təcili tibbi yardımın puludur. Ayın 12-si Cavabdeh3 MMC-dən “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası”na qayıdan zaman 150 manat ödənilmiş məbləğ də təcili tibbi yardımın puludur. Təcili tibbi yardım müayinələri ödənişli həyata keçirilə bilməz. X8 Mərkəzi” MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən KT üçün müəyyən edilən məbləğ 50 manatdır və icbari tibbi sığorta paketinə daxildir. Bunun üçün onlardan 100 manat məbləğində ödənişi Cavabdeh3 MMC almışdır. 45 manat qan üçün ödənilmiş puldur. Qan bankları xəstəxanaya aid deyil. Tibbi müalicəyə əməliyyat ödənişi də daxildir. Xəstə koma vəziyyətində ayın 12-si “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası”na gətirilmiş və ayın 13-ü vəfat etmişdir. Həmçinin cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, "xxxx" MMC ilə Agentlik arasında bağlanmış “Tibbi xidmətlərin göstərilməsi” haqqında müqaviləyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli 5 saylı qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər ZərfT’nə daxil olan tibbi xidmətləri göstərməyi, Agentliyin isə qanunla müəyyən olunmuş qaydada sığorta ödənişini həyata keçirilməyi öhdəsinə götürmüşdür. Qeyd etməyi zəruri hesab edirik ki, Agentlik tərəfindən sığorta ödənişi tibbi xidməti göstərmiş quruma ödənilir. Qanunvericiliyin və tibb müəsissələri ilə bağlanmış müqavilənin tələblərinə əsasən xidmətlər zərfinə daxil olan tibbi xidmətləri göstərmiş tibb müəssisəsi, müəyyən olunmuş tariflər üzrə xidmətin dəyərini Agentlikdən tələb edir. Agentlik də qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta ödənişini edir. “Tibbi Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15- 7.2.1-ci maddəsinə əsasən bu Qanunun və tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlər göstərmək tibb müəssisəsinin vəzifəsidir. Həmin Qanunun 15-15.3-cü maddəsinə görə ikin tibbi-sanitariya yardımı istisna olmaqla, xidmətlər zərfində nəzərdə tutulmuş digər tibbi xidmətlərin göstərilməsi üzrə sığorta ödənişləri xidmətlər zərfinin şərtlərinə və tariflərinə uyğun olaraq tibbi xidmətlərin göstərilməsi haqqında müqavilədə qeyd olunmuş həcmdə ödənilir. Agentlik ilə "xxxx" MMC arasında bağlanmış “Tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə”nin 2.4.1-ci bəndinə əsasən Qanunun və Müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara tibbi xidmətlər göstərmək tibb müəssisəsinin vəzifəsidir. Qeyd olunan Müqavilənin 2.3.1 -ci maddəsinə görə göstərilmiş tibbi xidmətə görə Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə sığorta ödənişini Agentlikdən tələb etmək tibb müəssisəsinin hüququdur. Göründüyü kimi, Agentlik ilə müqavilə bağlamış "xxxx" MMC- nin qanunvericiliyin və müqavilənin tələblərinə əsasən sığortaolunana xidmətlər zərfinə daxil olan tibbi xidmətlər göstərmək və göstərilmiş tibbi xidmətə görə sığorta ödənişini Agentlikdən tələb olunması halı müəyyən olunmuşdur. Bu səbəbdən də iddiaçının anası mərhum X11ma xidmətlər zərfinə daxil olan tibbi xidmətlər göstərilmişsə, həmin tibbi xidmətin dəyəri iddiaçıdan alınmamalı idi. Eyni zamanda məlumat üçün bildirmək istəyirik ki, "xxxx" MMC tərəfindən X2 “X19 Xəstəxanası”nda əməliyyatı və stasionar şəraitdə müalicəsi ilə bağlı Agentliyə göndərilmiş hesabata əsasən vətəndaşa “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin 2.6.328 (Beyin damarının anevrizmanın kliplənməsi -*1.*2.*3.*4.*5.*6) nömrəli tibbi xidmətin göstərildiyi (tibbi xidmətin tarifi 4500 manat), yenə 2 dəfə “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin 2.1.235 (Beyin KT (aksial və ya koronal və ya sagital) nömrəli tibbi xidmətin göstərildiyi (tibbi xidmətin tarifi 50 manat olmaqla ümumilikdə 100 manat) qeyd olunaraq 4600 (dörd min altı yüz manat) xidmət haqqı ödənilmişdir. Bundan əlavə bildirmək istəyirik ki, “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə “Beyin damarının anevrizmasının kliplənməsi” xidmətinə xüsusi tibbi sərfiyyat olan kliplərin dəyəri daxil deyildir. Yəni xüsusi tibbi sərfiyyat olan küplərin dəyəri xidmətlər zərfində təminata alınmayıb. Odur ki, iddia ərizəsində Agentliyə qarşı irəli sürülmüş tələb əsassız olduğu üçün rədd edilməsini xahiş etmişlər. Cavabdeh X8 Mərkəzi MMC-ə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Lakin, əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iddiaçı ilə aralarında bağlanmış razılıq müqaviləsinin 5-ci bəndinə əsasən, aralarında mübahisə yarandığı halda, mübahisənin məhkəmə qaydasında həlli üçün Gəncə şəhər Məhkəməsinə müraciət edilməlidir. Vətəndaş özü onların klinikasına müraciət etmiş və ona pullu xidmət göstərilmişdir. Klinika ödənişli klinikadır. Bəzi xidmətlərə görə xəstədən depozit üçün pul tələb olunur, hansı ki sığorta xidməti bu xərcləri qarşılamır. Bu halda təbii olaraq müayinə xərcləri xəstənin özü tərəfindən ödənilir. Bu səbəbdən iddianın onlara aid olan hissəsinin rədd edilməsini xahiş edir. Məhkəmə, cavabdehlər İcbari Tibbi Sığorta üzrə X4 şəhər X5 Hüquqi Şəxsin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və X8 Mərkəzi MMC-nin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi, iddiaçının nümayəndəsinin və vəkilinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki xx.xx.2022-ci il tarixdə X2 adı qeyd edilmiş 130 manat vəsait Mingəçevir şəhər X5 Hüquqi Şəxsin xəzinəsinə ödənilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər X5 Hüquqi Şəxs tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 606/T-155/22 saylı məktubdan görünür ki, Qeyd olunan ambulans xidməti üçün ödənildiyini bildirdikləri 130 manat məbləğ xəstənin X9 mərkəzindən təxliyyə olunduğu zaman özəl müəssisəyə ödənilən məbləğdir və yuxarıda qeyd olunan məbləğlərin Mingəçevir ŞMX-a heç bir aidiyyəti olmadığı bildirilmişdir. İşə əlavə edilmiş “Mərkəzi Klinika “ MMC-nin 176058 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, 1300 manat və 176059 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, 3000 manat “Mərkəzi Klinika “ MMC-nin hesabına ödənişlər edilmişdir. İşə əlavə edilmiş tibbi xidmətlərin göstərilməsi haqqında xx.xx.2020-ci il tarixli N- 005/TXM nömrəli müqavilədən görünür ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə "xxxx" MMC tibb müəssisəsi Qanunun və Müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlər göstərməyi, Agentlik isə Qanunla müəyyən olunmuş qaydada sığorta ödənişini həyata keçirməyi öz öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 005/TXM nömrəli müqaviləyə dəyişkliyin edilməsi haqqında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə "xxxx" MMC xx.xx.2020-ci il tarixdə öz aralarında razılığa gəlmişlər. İşə əlavə edilmiş İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Mingəçevir şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC tərəfindən (X10) tərəfindən X2 “X19 Xəstəxanasında” əməliyyatı və stasionar şəraitdə müalicəsi ilə bağlı Agentliyə göndərilmiş hesabata əsasən “İcbari tibbi sığorta üzrə xidmətlər zərfi”nin 2.6.328 nömrəli tibbi xidmətin göstərildiyi (tibbi xidmətin tarifi 4500 manat) əlavə olaraq 2 dəfə İcbari tibbi sığorta üzrə xidmətlər zərfinin2.1.235 nömrəli tibbi xidmətin göstərildiyi (tibbi xidmətin tarifi 50 manat olmaqla ümumlikdə 100 manat) qeyd olunaraq cəmi 4600 (dörd min altı yüz) manat xidmət haqqı tələb olunmuşdur. Göstəilən həmin tibbi xidmətlər üzrə 4600 (dörd min altı yüz) manat xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə ödənilmişdir. İşə əlavə edilmiş “Tibbi Ərazilərin İdarəetmə Birliyi” X21 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 18-1/2-9842/2023 saylı məktubdan görünür ki, X3 cərrahi tibbi xidmət “Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyi” X21in tabeliyində olmayan və hüquqi müqavilə əsasında tərəfdaşlığı olmayan özəl tibb müəssisəsi tərəfindən icra olunması səbəbindən İcbrai Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilən məbləğin hansı xidməti əhatə etdiyi barədə məlumat vermək mümkün olmamışdır. Müraciətdə qeyd olunan “Beyin damarının anevrizmanın kliplənməsi” tibbi xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcabri tibbi sığorta üzrə Xidmətlər zərfində təminata alınmışdır və tarifi 4500 manat məbləğində müəyyən olunmuşdur. İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində “Beyin damarının anevrizmanın kliplənməsi” xidmətinə aid “Qeyd” bölməsində olan məlumata əsasən əməliyyat zamanı istifadə olunan xüsusi tibbi sərf mövcud xidmətin tarifinə daxil deyildir. Özəl tibb müəssisəsində icra olunan tibbi xidmətlərin təhcizatının TƏBİB-in səlahiyyətində olmadığını nəzərə alaraq xüsusi tibbi sərfin özəl tibb müəssisəsi tərəfindən əldə edilməsi üçün çəkilən xərclər barədə məlumat verilməsi mümkün olmadığ bildirilmişdir. İşə əlavə edilmiş xəstənin tibbi xidmətdən imtina formasından görünür ki, xəstənin yaxını İddiaçı xəstəliyin diaqnozu və müalicəsi üçün lazım olan tibbi xidmətlər haqqında həkim tərəfindən məlumatlandırılmış, həkimin xəbərdarlığından və məsləhətlərindən şüurlu surətdə imtina etdiyini və xəstənin sağlamlığında baş verə biləcək dəyişiklik üçün bütün məsuliyyəti öz üzərinə götürərək xəstəxananı tərk etməsi ə ortaya çıxa biləcək hər hansı nəticələrə görə Mərkəzi Klinika heç bir məsuliyyə daşımayacağı nı bəyan etmişdir. İşə əlavə edilmiş X9 Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli əməliyyat protokolundan görünür ki, xəstə Şəhla Qocayeva əməliyyat önü diaqnoz sol hemisfer intraparenximatzor hematoma. Anevrizma cırılması, əməliyyat daxili diaqnoz, sol hemisfer intraparenximatzor hematoma. Anevrizma cırılması, əməliyyatın adı dekompressiv trapanasiya. Sol hemisfer intraparenximatzor hematoma eksizziyası. Anevrizma kliplənməsi. İşə əlavə edilmiş Mərkəzi Klinika tərəfindən verilmiş epkrizdən görünür ki, uzun müddətdir hipertoniya xəstəliyindən əziyyət çəkir 1 neçə saat öncə qəflətən gözündə qaralma sonradan bulanıq görməyə dəyişmişdir, başhərlənmə ətraflarda zəiflik hiss etmişdir. İlkin Mingəçevir şəhər xəstəxanasına aparılmışdır. TY briqadası ilkin yardım göstərmiş və klinikaya təxliyyə edilmişdir. TTY şəbəsində xəstə planlı südaşıya olunaraq intibasiya olunmuş Beyin KT anjioqrafiyası olunmuşdur. Neyrocərrah baxıı olunmuşdur. Əməliyyat olunması qərara alınmışdır. Ümumi vəziyyətinin ağırlığına görə, əməliyyat önü hazırlıq məqsədilə reanimasiyaya yatırılmışdır. İşə əlavə edilmiş X19 Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Komputer Tomoqrafiya müayinəsinin protokolundan görünür ki, sol gicgah paylarda post op dəyişikliklər ödem hava qabarciqlıqları sol orta serebral arteriya M1 segmentində metallik klemplər izlənilir. Sol alın gicgah payda intraparenximatozor hematoma, alın, təpə gicgah ənsə paylarda bazal sisternalarda diffuz subaraxnaoild bilateral yan və İV mədəcik daxilinə intraventrikulyar qanama qeyd olunur. Sol hemisferində diffuz, sağ hemisferdə yer-yer kortiko subkortikal və paranximatozor ödem sahələri təyin edilir. İşə əlavə edilmiş X19 Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Komputer Tomoqrafiya müayinəsinin protokolundan görünür ki, sol gicgah təpə sümüklərində və alın sümüyü sol hissəni əhatə edən geniş kranioektomiya defekti sol alın, gicgah paylarda post op. Dəyişikliklər, sol orta serebral arteriya M1 seqmentində metallik klemplər qeyd olunur. İşə əlavə edilmiş 720 nömrəli satış çekindən görünür ki, xx.xx.2022-ci il tarixdə 1 ədəd titanium clip üçün 340 manat ödəniş edilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli tibbi xidmət müqaviləsindən görünür ki, bağlanmış tibbi xidmət müqaviləsi əsasında xəstə 7300 manat göstərilən tibbi xidmətin qarşılığında 7300 manat ödəyir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Şəhla Qocayeva ambulans xidməti üçün X9 mərkəzinə xx.xx.2022-ci il tarixdə 150 manat ödəniş etmişdir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Şəhla Qocayeva KT ANG xidməti üçün X9 mərkəzinə xx.xx.2022-ci il tarixdə 200 manat ödəniş etmişdir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Şəhla Qocayeva reanimasiyada tibbi müalicə+tibbi sərf xidməti üçün X9 mərkəzinə xx.xx.2022-ci il tarixdə 6343,71 manat ödəniş etmişdir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Şəhla Qocayeva qan bankı üçün X9 mərkəzinə xx.xx.2022-ci il tarixdə 44,99 manat ödəniş etmişdir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Şəhla Qocayeva təcili yardımda müayinələr üçün X9 mərkəzinə xx.xx.2022-ci il tarixdə 93,44 manat ödəniş etmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Belə ki, onun anası X6 04 may 2022-ci ildə Mingəçevir şəhər Xəstəxanasına aparılmış, xəstəxanada həkimlərin göstərişi əsasında Mingəçevir şəhər Xəstəxanasının ambulansı vasitəsilə Gəncə şəhər Mərkəzi Xəstəxanasına aparılmışdır. Xəstənin təcili müayinə olunması və əməliyyat olunması tələb olunduğundan və sığortalı olmasına baxmayaraq sığorta təşkilatı ödəməni gecikdirdiyindən 3000 manat, 4300 manat və 130 manat olmaqla 7430 manat vəsait ödənilmişdir. Sonradan xəstəxanaya müraciət edərək əməliyyat xərclərini xəstəxanadan və X17 üzrə Dövlət Agentliyindən tələb etsədə müxtəlif cavablarla ona imtina verilmişdir. Halbu ki, "xxxx" MMC ilə Agentlik arasında bağlanmış “Tibbi xidmətlərin göstərilməsi” haqqında müqaviləyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli 5 saylı qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərf’inə daxil olan tibbi xidmətləri göstərməyi, Agentliyin isə qanunla müəyyən olunmuş qaydada sığorta ödənişini həyata keçirilməyi öhdəsinə götürmüşdür. Belə ki, Agentlik tərəfindən sığorta ödənişi tibbi xidməti göstərmiş quruma ödənilir. Qanunvericiliyin və tibb müəsissələri ilə bağlanmış müqavilənin tələblərinə əsasən xidmətlər zərfinə daxil olan tibbi xidmətləri göstərmiş tibb müəssisəsi, müəyyən olunmuş tariflər üzrə xidmətin dəyərini Agentlikdən tələb edir. Agentlik də qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta ödənişini edir. Hazırkı halda isə "xxxx" MMC tərəfindən X2 “X19 Xəstəxanası”nda əməliyyatı və stasionar şəraitdə müalicəsi ilə bağlı Agentliyə göndərilmiş hesabata əsasən vətəndaşa “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin 2.6.328 (Beyin damarının anevrizmanın kliplənməsi -*1.*2.*3.*4.*5.*6) nömrəli tibbi xidmətin göstərildiyi (tibbi xidmətin tarifi 4500 manat), yenə 2 dəfə “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin 2.1.235 (Beyin KT (aksial və ya koronal və ya sagital) nömrəli tibbi xidmətin göstərildiyi (tibbi xidmətin tarifi 50 manat olmaqla ümumilikdə 100 manat) qeyd olunaraq 4600 (dörd min altı yüz manat) xidmət haqqı ödənilmişdir. Beləliklə məhkəmə hesab edir ki, 4600 manat pul vəsaiti cavabdeh “X19 Xəstəxanası”ndan tutulub iddiaçıya ödənilməlidir. İddiaçı cavabdehlər Mingəçevir şəhər X5 Hüquqi Şəxsinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və X8 Mərkəzi MMC-yə qarşı “səhhətə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair iddiası cavabdehlər Mingəçevir şəhər X5 Hüquqi Şəxsi və İcbari Tibbi Sığorta Dövlət Agentliyinə münasibətdə təmin edilməməlidir. Belə ki, Mingəçevir şəhər X5 Hüquqi Şəxsindən tələb edilən - təcili tibbi yardım xidmətlərinin göstərilməsi məqsədilə 130 manat məbləğin ödənilməsinə dair qəbz sadə yazılı formada tərtib edildiyindən məhkəmə, həmin qəbzi sübut qismində qəbul etmir. Həmçinin, qəbzdə tibb müəssisəsinin möhrü olsa da, 130 manat məbləğində pulun hansı xidmət müqabilində ödənildiyi müəyyən olunmur. Məhkəmə, iddianın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə münasibətdə qeyd edir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən X21 olduğundan iddiaya cavab verməli olan şəxs deyildir. Belə ki, “Tibbi Sığorta haqqında Azərbaycan Respublikası Qanununun 15-3.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bu Qanunun 15-3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə cavab verən tibb müəssisəsi arasında tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanılır. Həmin Qanunun 15-4.1-ci maddəsinə əsasən İcbari tibbi sığorta üzrə sığortaolunanların aşağıdakı hüquqları vardır: 15-4.1.1. sığorta hadisəsi baş verdikdə bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinin baza və ya əlavə hissələrinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək; 15-4.1.2. bu Qanunun 15-3.1-ci və 15-28-ci maddələrinin müddəaları nəzərə alınmaqla tibb müəssisəsini, habelə həkimi seçmək və bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək; 15-4.1.3. göstərilən tibbi xidmətin növü, həcmi, müddəti, keyfiyyəti və şərtləri haqqında düzgün məlumatın verilməsini tibb müəssisəsidən tələb etmək; 15-4.1.4. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həkim sirri təşkil edən məlumatların gizli saxlanmasını tələb etmək; 15-4.1.5. tibb müəssisəsinin təqsiri üzündən dəymiş zərərin əvəzinin ödənilməsini tibb müəssisəsidən tələb etmək; 15-4.1.6. icbari tibbi sığorta sahəsində hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya məhkəməyə müraciət etmək; Maddə 15-12.1. Tibbi xidmətlər sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraqicbari tibbi sığorta fondunun vəsaiti hesabına göstərilir. Maddə 15-17.1. Xidmətlər zərfi ambulator-poliklinika şəraitində göstərilən tibbixidmətləri və stasionar şəraitdə göstərilən tibbi xidmətləri əhatə edir. 15-13.1-ci maddəsinə əsasən İcbari tibbi sığorta şəhadətnaməsi sığortaolunanın icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən istifadə hüququnu təsdiq edən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində yaradılan elektron sənəddir. 15-13.1-ci maddəsinə əsasən icbari tibbi sığorta şəhadətnaməsi sığortaolunanın icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən istifadə hüququnu təsdiq edən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın elektron informasiya sistemində yaradılan elektron sənəddir. 15-15.3. Xidmətlər zərfinin əlavə hissəsi üzrə sığortaolunanlara tibbi xidmətlərin göstərilməsi üzrə ödənişlər xidmətlər zərfinə və tariflərinə uyğun olaraq tibbi xidmətlərin maliyyələşdirilməsi haqqında müqavilədə qeyd olunmuş həcmdə ödənilir. 15-28.1-ci maddəsinə əsasən Xidmətlər zərfində sığortaolunanın tibbi xidmətlərdən yararlanmaq üçün bilavasitə müraciət etmək hüququ nəzərdə tutulduğu hallar istisna olmaqla, sığortaolunanların ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadəsinə ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndərişinə əsasən yol verilir. 15-28.2. Sığortaolunanların xidmətlər zərfi çərçivəsində stasionar tibbi xidmətlərdən istifadəsinə təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən tibb müəssisəsinin, habelə ambulator-poliklinika müəssisəsinin göndərişinə əsasən yol verilir. Yuxarıda qeyd olunan hüquq normaları iddiaçının öz vəsaiti hesabına səhhətinə çəkdiyi xərclərin ödənilməsinin hüquqi əsasını təşkil edir və zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməli, cavabdeh X8 Mərkəzi MMC-dən 4600 manat məbləğində pul alınaraq İddiaçı verilməli, İddiaçı cavabdehlər Mingəçevir şəhər X5 Hüquqi Şəxsinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və X8 Mərkəzi MMC-yə qarşı “səhhətə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair iddiası cavabdehlər Mingəçevir şəhər X5 Hüquqi Şəxsi və İcbari Tibbi Sığorta Dövlət Agentliyinə münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə müvafiq olaraq iddiaçının məhkəməyə iddia ərizəsi verərkən ödədiyi dövlət rüsumunun 66 manat hissəsi cavabdeh X19 Xəstəxanası”ndan alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X8 Mərkəzi MMC-dən 4600 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddiaçı cavabdehlər Mingəçevir şəhər X5 Hüquqi Şəxsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və X8 Mərkəzi MMC-yə qarşı “səhhətə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair iddiası cavabdehlər Mingəçevir şəhər X5 Hüquqi Şəxsi və İcbari Tibbi Sığorta Dövlət Agentliyinə münasibətdə təmin edilməsin. Cavabdeh “X19 Xəstəxanası”ndan ödənilmiş dövlət rüsumunun 66 manat hissəsi alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-19/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-19/2025
18.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver