Məhkəmə qərarları › İş №2(051)-190/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-190/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-190/2025 30.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh: Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, 3-cü şəxsin etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus obyektin satışından əldə edilən ümumilikdə 85.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf iddia ərizəsini belə əsaslandırmışdır ki, Mingəçevir şəhəri, Gəncə şosesi, 28 ünvanında icarədə olan 0,0585 ha yerləşən ümumi sahəsi 192,3 kv.m əmlak kompleksi kimi müəssisənin 2/5 hissəsi paylı mülkiyyət üzrə ona məxsus olmuşdur. Belə ki, əmlakı “Çinar” adlı restoranı həyat yoldaşı X16, Məmmədov Səxavət adlı şəxslə şərik olub işlədirdilər. Daha sonra şərikləri Səxavət Məmmədov borcunun xərcinin çox olmasını əsas gətirərək restorandan ayrıldı. Sonra yoldaşı Qeys, Baxşiyeş Natiq adlı şəxsi özünə şərik götürdü. Natiq dedi ki, o restoranı təmir edir, həyat yoldaşı Qeys ona hələ ki etmə dedikdə Natiq “xeyr deyirəm sənin işin olmasın” deyə bildirdi. Natiq obyekti təmir etdikdən sonra 50.000 manat xərci çıxdığını bildirdi və o həyat yoldaşı Qeysə çəkdiyi xərcin 50.000 manatını tez bir vaxtda bağlamasını söylədi. Yoldaşı halhazırda pulunun olmadığını və obyektin arenda pulundan hər ay pulunu götürməsini cavabdehə dedi. Amma o, razı olmadı. Sonra Natiq özünə şərik tapdı və dedi ki, obyektin qalan hissəsini ona satmalıdır və o, restoranda işləyən qohumu olan cavabdeh X11 adlı şəxsin adına etibarnamə verilməsini və bankdan pul götürüb əmlakın ona dair hissəsinə görə pulu tam şəkildə bağlayacağını bildirdi. Qeyd edir ki, obyektin ona aid hissəsinin dəyəri 85.000 manat təşkil edir. Sonra həyat yoldaşı ona dedi ki, Natiqin dediyini etsinlər və cavabadehə etibarnamə versinlər obyekti satıb onların pullarını versin. O da razı olaraq Cavabdeh İsrafil oğluna etibarnamə verdi. Cavabdeh isə obyekti satmış, lakin satışdan əldə edilən pulu ona verməmişdir. Bütün bu hadisələrdə sonra o və həyat yoldaşının səhhəti pozularaq mənəvi əsəbə və sarsıntı keçirmişlər. O və yoldaşı özləri dərmanlarla güclə ayaqda saxlamağa çalışırlar. Beləliklə, qeyd edilənləri nəzərə alaraq cavabdeh X6 ona məxsus obyektin satışından verməli olduğu ümumilikdə 85.000 manat məbləğində pulun alınıb ona verilməsi barədə Qətnamə qəbul edilməlidir. Bu səbəbdən də həmin cavabdehdən alınıb ona verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçıların etibarnamə üzrə nümayəndəsi və vəkili X17 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh tərəf etiraz ərizəsini belə əsaslandırmışdır ki, iş üzrə iddia tələbi ilə tanış oldular və iddia tələbini qəti formada qəbul etmirlər. İddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, iş materiallarından da göründüyü kimi hadisələrin axarı 2019-cu ildən başlamış və 2020-ci ilin fevral ayında yekunlaşmışdır. Müdafiə etdiyim şəxsə etibarnamə verilsə də iddiaçılar özləri alqısatqıda yaxından iştirak etmişlər. Belə ki, iddia müddəti ötmüş və məhkəmə yalnız tərəflərin iddia müddətinin ötməməsinin üzürlü səbəbdən ötürülməsi ilə əlaqədar (Konstitusiya Məhkəməsi Plenumunun 2001-ci il 27 dekabr tarixli Qərarı və 2022-ci il 11 fevral tarixli Qərarı və ) sübutlara baxmalıdır. Qarşı tərəf bununla bağlı heç bir sübut təqdim etməmiş və müddətin keçməsinin hansı səbəbdən üzürlü sayılmasını əsaslandırmamışdır. Əksinə onda yetərincə sübutlar var və iddiaçıların sübutlarını təqdim etdikdən sonra öz sübutumu təqdim edəcək. Bundan əlavə iş materillarına heç bir sübut təqdim edilməmişdir. Bu səbəbdən də Notariat ofisinə sorğu verməklə sözügedən obyektlə bağlı bütün alqı satqı sənədlərinin təqdim edilməsini xahiş edir. Alqı-satqı sənədlərinin əsassı olmuş və alqı-satqı üçün razılıqlar olan bütün materialların tələb olunmasını xahiş edir. Qanunvericiliyə əsasən sübut etmə yükü iddiaçının üzərinə düşür və məhkəmə yalnız bir əsasla iddianı rədd edə bilər. Odur ki, müddət keçməsi ilə əlaqədar iddianın rədd edilməsini xahiş edir. İş üzrə əvvəllərdə etiraz və vəsatətlərimi təqdim etmişdi. Bu səbəbdən də əlavə olaraq bildirməlidir ki, dəfələrlə iddiaçının müddətin keçməsi ilə bağlı sübutlarının olmasını nə ilə əsaslandırdıqlarını soruşduqda qarşı tərəf heç bir sübut təqdim etməmişdir. Konstitusiya məhkəməsinin müddət tətbiqi ilə əlaqədar olan qərarında da (əvvəlki vəsatətdə qeyd etmişdir) göstərilmişdir ki, məhkəmələr müddət tətbiqi ilə əlaqədar məsələ olduğu və müddətin keçməsinin üzürlü olub-olmaması barədə sübutlar təqdim olunduqdan sonra digər məsələləri müzakirə etməlidir. Qarşı tərəfə bu barədə həm onların həm də məhkəmə tərəfindən təklif olunsa da heç bir sübut təqdim edilməmişdir. Artıq ikinci məhkəmə baxışıdır və bundan sonradan təqdim olunmasının qeyri-mümkün olması qənaətindədir. Bundan əlavə məhkəmə iclasında iddiaçıya verilən suallara cavab olaraq bildirmişdir ki, özü etibarnamə vermiş və qeyri-yaşayış sahəsinin satılmasından xəbəri olmuşdur. Alqı-satqıda əridə iştirak etmiş və bütün alqı-satqı prosesində cavabdehin yanında olmuşdur. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının əri olan Qeyis Hüseynov bütün proseslərdə cavabdehin yanında olmuşdur. İddiaçının özünün də bildirdiyi kimi əri Qeyis Hüseynovla həmin vaxtlar və indidə münasibətləri yaxşı olmuş və etibarnamə verildikdə belə etibarnamədə konkret olaraq mübahisəli obyektin iddiaçı Vəfa Əhmədovaya aid 2/5 hissəsinin satılması göstərilmiş və iddiaçı özü də əvvəldən obyektin satılmasını bilmiş və öz iradə ifadəsini bildirmişdir. 5 ildən sonra iddiaçının bu cür iddia qaldırması özü-özlüyündə cavabdehə qarşı bir böhtandır. Əgər cavabdeh pulu götürsəydi iddiaçı həmin dəqiqə ondan şikayət edərdi. Əlavə olaraq iddiaçının əri Qeys Hüseynov olan yerdə pulun verilməməsi hansı dərəcədə inandırıcıdır. Bütün göstərdiklərim öz əksini tapmış və təqdim edilmiş sübutlarla öz əksini tapmışdır. Bundan əlavə əvvəllər də qeyd etdiyim kimi iddiaçı pul tələbi qoymuş və Mülki Məcəllənin 739-cu maddəsinə istinad etmişdir. Əgər bu hüquq müqavilə öhdəliklərindən irəli gələn iddiadırsa 3 illik iddia müddəti tətbiq edilir. Lakin iddiaçının yazmasa da tələbi Mülki qanunvericiliyə əsasən əsassız varlanmaya istinad edə bilərdi. Əsassız varlanma ilə bağlı iddialarda isə iddia müddəti 2 ildir (MM-nin 1095-ci maddəsi). Odur ki, iddianın həm maddi əsası həm də prosessual əsasları yalnışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş edir. Cavabdeh etiraz ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Qeys müəllim müdir olanda orada mühasib işləmişdir. Qeyis müəllim arvadının əvəzinə onun alqı-satqı da nümayəndə olmasını istəmişdir. O da buna razılıq vermiş və Notariusa gedib sadəcə qol çəkmişdir. Puldan xəbəri olmamışdır. Onun pul məsələsinə aidiyyəti olmamışdır. Rüsum və digər ödənişləri özləri etmişdir. Bu vaxtdan 5 il keçmişdir. Hələ 5 ildən də artıq vaxt keçmişdir. O sadəcə hazırda iddiaçı olan xanımın yerinə nümayəndəsi qismində qol çəkmişdir. Ödənilmiş məbləği iddiaçının yoldaşı X12 özü götürmüşdür. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclası zamanı etiraz ərizəsinə uyğun izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. 3-cü şəxsin etibarnamə üzrə nümayəndəsi X8 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, o, X12 anasıdır. Onların pulları ilə ev tikdiriblər və həmin evi təmir etmişlər. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını əhatəli şəkildə araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan AN-İ seriyalı, ******* saylı, 11 fevral 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı alıcı X13 Mingəçevir şəhəri, Gəncə Şosesi, 2B ünvanında icarədə olan 0.0585 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 192.3kv/m olan əmlak kompleksinin 2/5 hissəsi olan 76.92 kv/m hissəsini 35000 manata satdı. Bu zaman İddiaçı əvəzinə müqavilədə Cavabdeh iştirak etmişdir. İş materiallarında olan AN-İ seriyalı, ******* saylı, 11 fevral 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı alıcı X13 Mingəçevir şəhəri, Gəncə Şosesi, 2A ünvanında yerləşən 89.22 kv/m olan qeyri yaşayış binasının paylı melkiyyətində yerləşən 2/5 hissəsi olan 35.688 kv/m hissəsini 20.000 manata satdı. Bu zaman İddiaçı əvəzinə müqavilədə Cavabdeh iştirak etmişdir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, X7 Ruslan İsrəfil oğluna etibarnamə vermişdir. xx.xx.2020-ci il tarixdə saat 15:02-də təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Gəncə şosesi, 2 A ünvanında yerləşən 89.22 kv.m və 0.02 ha torpaq sahəsinin 2/5 hissəsi İddiaçı məxsusdur. Qeydiyyat tarixi xx.xx.2019-cu ildir. İş materiallarında olan AZ-İ seriyalı, 461206 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 Vəfa Eldar qızı evlidirlər. İş materiallarında olan X16 tərəfindən yazılmış **********208 ərizədən göürünür ki, DƏDRX-nin elektron xidmətlər portalı vasitəsilə əldə edilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Mingəçevir şəhəri, Gəncə şosesi, 2A ünvanında 0.02 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 89.22 kv.m olan qeyri-yaşayış binasının paylı mülkiyyət hüquqi əsasında arvadı İddiaçı məxsus olan 2/5 hissəsinin satılmasına razıdır. İş materiallarında olan ** AA ***4624 nömrəli, 07 fevral 2020-ci il tarixli imtinadan görünür ki, X10 Azərbaycan Respublikası, Mingəçevir şəhəri, Gəncə şosesi, 2 A ünvanında yerləşən daşınmaz əmlak üzərində ümumi pay mülkiyyətinin 3/5 payının və Azərbaycan Respublikası, Mingəçevir şəhəri, Gəncə şosesi, 2V ünvanında yerləşən daşınmaz əmlak üzərində ümumi pay mülkiyyətinin 3/5 payının mülkiyyətçisi olaraq Azərbaycan Respublikası, Mingəçevir şəhəri, Gəncə şosesi, 2A ünvanında yerləşən daşınmaz üzərində ümumi paylı mülkiyyət hüququ əsasında 2/5 payının və Azərbaycan Respublikası, Mingəçevir şəhəri, Gəncə şosesi, 2V ünvanında yerləşən daşınmaz əmlak üzərində ümumi pay mülkiyyəti hüququ əsasında 2/5 payının vətəndaş İddiaçı tərəfindən hər bir daşınmaz əmlak obyektinin iyirmi min manata satılacağı haqqında məlumatı var. Həmin sənədlə o, yuxarıdakı daşınmaz əmlak paylarının üstün alış hüququndan imtina edir. İş materiallarında olan **********897 nömrəli ərizəsindən görünür ki, İddiaçı paylı mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri, Gəncə şosesi, 2 A ünvanında yerləşən qeyriyaşayış binasının ona məxsus hissəsinin 20.000 manat qiymətə satılması barədə razılığa gəlmişlər. İş materiallarında olan Mingəçevir Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisininin Notariusunun "xxxx" ASC Mingəçevir Şöbəsinə ünvanlanmış 10 fevral 2020-ci il tarixli sənəddən görünür ki, alıcı X18 20.000 manat məbləğində pulu ödəmişdir. Həmin puldan 19036.42 manatı satıcı Cavabdeh verilmiş və qalan 963.58 manat Mingəçevir YXO-nün hesabına köçürülmüşdür. İş materiallarında olan AR-İ seriyalı, 957066 nömrəli, 22 yanvar 2020-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Cavabdehn İsrəfil oğluna etibarnamə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Gəncə şosesi, 2B ünvanında yerləşən 0.0585 ha torpaq sahəsinin 2/5 hissəsi İddiaçı məxsus olmuşdur. Qeydiyyat tarixi xx.xx.2019-cu ildir. İş materiallarında olan X16 tərəfindən Notariat ofisinə verilmiş **********209 nömrəli ərizədən görünür ki, Mingəçevir şəhəri, Gəncə şosesi, 2B ünvanında icarədə olan 0.0585 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 192.3 kv.m olan əmlak kompleksi kimi müəssisənin paylı mülkiyyət hüququ əsasında arvadı İddiaçı məxsus olan 2/5 hissəsinin satılmasına razıdır. İş materiallarında olan **********898 nömrəli ərizədən görünür ki, İddiaçı paylı mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri, Gəncə Şosesi, 2B ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin ona məxsus hisəssinin 35000 manat qiymətə satılması barədə razılığa gəlmişlər. İş materiallarında olan Mingəçevir Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin Notariusunun "xxxx" ASC Mingəçevir Şöbəsinə ünvanlanmış 10 fevral 2020-ci il tarixli, 178 №-li sənədindən görünür ki, alıcı X18 qeyri-yaşayış binasının alqı-satqısı üzrə 35.000 manat məbləğində pulu ödəmişdir. Həmin puldan 32923.16 manatı satıcı Cavabdeh verilmiş və qalan 2076.84 manat Mingəçevir YXO-nün hesabına köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 07 may 2025-ci il tarixli, 11 №-li cavab məktubdan görünür ki, xx.xx.2020-ci il tarixində, X18 tərəfindən 20000 manat və həmçinin xx.xx.2020-ci il tarixində X18 tərəfindən 35000 manat vəsait kassaya mədaxil edilmişdir. Müvafiq olaraq xx.xx.2020-ci il tarixində Cavabdeh tərəfindən 19036.42 manat və Cavabdeh tərəfindən 32923.16 manat vəsait kassadan məxaric edilmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb hesab edir ki, İddiaçı Cavabdeh etibarnamə vermək yolu ilə ona özünə məxsus əmlaklarını alqı-satqısında onun əvəzinə satıcı qismində iştirak etməyi tapşırmışdır. Vəkalət alan isə ona tapşırılanı icra etməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçının iddiasına əsasən vəkalət alan tapşırığı tam yerinə yetirməmiş və ona satılması tapşırılan əmlaklar satıldıqdan sonra əldə olunan vəsait iddiaçıya qaytarılmamışdır. Nəticədə iddiaçının həmin məbləği tələb etmək hüququ yaranmışdır. Məhkəmə iclası zamanı isə cavabdeh həmin pul məbləğini qəbul etmədiyini və həmin məbləğin iddiaçının əri tərəfindən götürüldüyünü bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı cavabehin nümayəndəsi və vəkili tərəfindən iddia müddətinin tətbiqi haqqında ərizə verilməklə iddianın rədd edilməsini xahiş olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Həmin Məcəllənin 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə yuxarıda qeyd edilənlərlə bağlı belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən pul məbləğinin cavabdeh tərəfindən götürülməsi, cavabdeh tərəfindən inkar olunsa da, sözgedən pul məbləğinin cavabdeh tərəfindən götürülməsi iş materialları ilə təsdiq olunur. Belə ki, Mingəçevir Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin notariusunun "xxxx" ASC Mingəçevir Şöbəsinə ünvanlanmış 10 fevral 2020-ci il tarixli, 178 №-li sənədindən görünür ki, alıcı X18 qeyri-yaşayış binasının alqı-satqısı üzrə 35.000 manat məbləğində pulu ödəmişdir. Həmin puldan 32923.16 manatı satıcı Cavabdeh verilmiş, “Mingəçevir Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisində "xxxx" ASC Mingəçevir Şöbəsinə ünvanlanmış 10 fevral 2020-ci il tarixli sənəddən görünür ki, alıcı X18 20.000 manat məbləğində pulu ödəmişdir. Həmin puldan 19036.42 manatı satıcı Cavabdeh verilmişdir. Lakin cavabdeh tərəfindən pul məbləğini qəbul etmədiyini və həmin məbləğin iddiaçının əri tərəfindən götürüldüyünü bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən, yəni 55000 (35.000 və 20.000 manat) hissəsində əsaslıdır. Bu hal isə o nəticəyə gəlməyə əsas veririk, iddiaçının cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ mövcud olmuşdur. Belə olan halda, yoxlanılmalı olan ikinci məsələ, cavabdehin etirazları nəzərə alınmaqla iddianın hazırki vəziyyətdə əsaslı olub-olmaması, iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması məsələləridir. İşin araşdırılan hallarına görə cavabdeh tapşırığı yerinə yetirməməsinə baxmayaraq, hazırkı vaxta qədər iddiaçı ona qarşı tələb irəli sürməmişdir. İşdə olan ərizədən isə görünür ki, cavabdeh iddia tələbi üzrə iddia müddətinin tətbiq olunmasını və müddətin keçməsinə görə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı istinad etdiyi dəlillərə münasibətdə qeyd edir ki, hazırkı tələb üzrə iddia müddətinin tətbiq edilməsi üçün qanunda nəzərdə tutulmuş kifayət qədər əsaslar mövcuddur. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, işin müəyyən edilmiş hallarına əsasən tərəflər arasında sözügedən proseslər 2020-ci il tarixinin fevral ayında baş verdiyindən iddiaçı isə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən iddia müddəti ötürülmüş hesab edilməli və iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxslərdən hər hansı hərəkəti yerinə yetriməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümum iddia müddəti on il təşkil edir. Həmin Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarında olan cavabdehin xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, İddiaçı iddia müddətini keçirməsinə əsaslanaraq, iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu məcəllə ilə müəyyənləşdirilir. İddiaçı şifahi tapşırıq müqaviləsinə dair bağlanmış alqı-satqı müqaviləsi üzrə əldə olunmuş məbləğin ona qaytarılmadığını həmin gün bilmişdir. Lakin iddiaçı uzun müddət gözləsə də cavabdeh ona hər hansı məbləği qaytarmamışdır. Bununla belə iddiaçı ona qarşı tələbi 3 il sonra irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə mübahisənin müqavilə münasibətlərindən yaranan tələb olduğu qənaətinə gələrək, hesab edir ki, hazırkı iddia tələbinə üç illik iddia müddəti şamil edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsi”nə dair 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi mmüdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqəsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavan verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərarı və həmin məhkəmənin X2rşı işlər üzrə xx.xx.2000-ci il tarixli və xx.xx.2004-cü il tarixli qərarları) Məhkəmə işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia müddətinin keçməsinə görə iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 241, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar