Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1903/2025 03.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ X3 Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 və birgə iddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Rzayeva (İsmayılova) Təranə Habil qızı və Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər İsmayılova (Rzayeva) Təranə Habil qızı və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddiasına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər İsmayılova (Rzayeva) Təranə Habil qızı və Cavabdeh2 qarşı “pul tələbi”nə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlər İsmayılova (Rzayeva) Təranə Habil qızı və Cavabdeh2 onların, yəni iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə 17.000 (on yeddi min) manat pulun və həmçinin ödəniİmiş 141 (bir yüz qırx bir) manat dövlət rüsumunun əvəzinin, cəmi 17141 (on yeddi min yüz qırx bir) manat məbİəğində pulun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Ruslan və Rövşən iki qardaşdırlar. Cavabdeh Təranə Ruslanın keçmiş həyat yoİdaşı, Zövqiyyə isə Təranənin rəfiqəsidir. İddia ərizəsinə əlavə olunan Mingəçevir Şəhər Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(051)-2433/2023 saylı qətnaməsindən görünür ki, iddiaçi X1 iddiasının rədd edilməsi, iddiaçı Təranə Rzayevanın cavabdehlər Aynurə İsmayılovaya, Məfturə İsmayılovaya, Mübariz İsmayılova və Jalə İsmayılovaya qarşı onların ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılması tələbinə dair iddiasının əsassız oİduğu üçün təmin edilməməsi qət edilmişdir. Həmin iş üzrə 4 nəfər cavabdeh olan şəxslər hazırki iş üzrə iddiaçı olan 2 nəfərin ailə üzvləridir. İddia ərizəsinə əlavə edilən Şəki Apellyasiya Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(107)-442/2024 saylı qətnaməsindən görünür ki, Təranə Rzayeva tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(051)- 2433/2023 saylı qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması qət edilmişdir. Beləliklə, Təranə Rzayevanın onların ailə üzvlərinin mübahisəli evdən çıxarılması barədə iddiası təmin edilməmişdir. Bununla belə, Təranə Rzayeva başqa üsullara əl atmış, hər gün söz-söhbət, dava-dalaş olmuşdur. İddiaçılar da bütün bu mübahisələrə son qoymaq, sülh yaratmaq, ortalığı sakitləşdirmək üçün qərara gəlmişlər ki, Təranəyə müəyyən miqdarda pul versinlər, onun iddiaçılara məxsus olan evə dair mübahisələri sonlandırılsın. İddiaçılar iki qardaş, yəni iddiaçılar Təranə və Zövqiyyə ilə, yəni cavabdehlərlə danışaraq razılaşmışlar ki, onlara 17.000 manat məbləğində pul verəcəklər, bununla da mübahisəyə son qoyulacaq. Onların rəsmi mübahisələri Təranə ilə olsa da, Təranəyə dəstək olan, onun işlərini aparan, onun adından hərəkətlər edən Zövqiyyə olmuşdur. Belə də olmuş, iddiaçılar, yəni Ruslan və Rövşən Təranə və Zövqiyyəyə birlikdə 17.000 manat pul vermişlər. Bundan sonra Təranə söz vermişdir ki, bir daha mübahisəli evlə bağlı (Mingəçevir şəhəri Günəşİi küçəsi, ev 11) hər hansısa bir tələbi, iddiasi və s. olmayacaqdır (iddiaçılar da 17.0000 manat pulu məhz buna görə vermişlər). İddia ərizəsinə əlavə etdiyi diskdə olan video-görüntüdən də görünür ki, cavabdehlər Təranə və Zövqiyyə pul aldıqlarını, həmin pulla da ev aldıqlarını bildirirlər. İddiaçılara görə artıq bu məsələ bitmişdi, çünki iddiaçılar pul vermişlər, o da evdən əl çəkmişdi. Lakin bundan 2 il sonra Təranə yenə də evə dair iddialar etməyə başladı. Məhz onun müraciəti əsasında Mingəçevir Şəhər Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 8(051)-257/2025 saylı qərardadı ilə, təqdimat təmin ediİmiş, tələbkar X1 şikayəti təmin ediİmiş, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında 31 iyul 2024-cü il tarixli qərarı ləğv ediİmiş, ünvan 2 ünvanında yerləşən evi üzərində Təranə Rzayevanın hüquqlarını həyata keçirməsinə borclu İddiaçı1 yaratdığı maneənin aradan qaldırılması hissəsində təzələnməsi qərara alınmışdır. (İddia ərizəsinə əlavə edilir). Göründüyü kimi, Təranə və Zövqiyyə iddiaçıdan 17.000 manat məbləğində pul alaraq evə dair heç bir iddia etməyəcəklərini bildirsələr də, yenidən sözlərindən dönərək evə dair iddialar edirlər. Belə olan halda onlar iddiaçılardan aldıqları 17.000 manatı geri qaytarmalıdırlar. İddiaçı1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı əlavə olaraq bildirmişdir ki, iddiaçılar Ruslan və Rövşən iki qardaşdırlar. Cavabdeh Təranə isə Ruslanın keçmiş həyat yoldaşıdır. Digər cavabdeh Zövqiyyə isə onları jurnalist adı ilə aldatmışdır. İddiaçılar hər ikisi sakit adamlardır. Cavabdehə müəyyən məbləğ vermişlər ki, evə olan iddiasından əl çəksin. Belə ki, cavabdeh Təranənin pay hüququ var, lakin istifadə hüququ yoxdur. Cavabdeh olan Zövqiyyə telefon vasitəsi ilə borc pul aldığını etiraf etmişdir. Cavabdehlər çox şən və mehriban şəkildə birlikdə video görüntüləri var. Bu zaman digər cavabdeh Təranə Zövqiyyəyə sevinərək deyib ki, Ruslan ona evi almışdır. Bununla belə, bütün proses Bakı şəhərində olub. Bundan sonra müdafiə etdiyi şəxs polisə getməmiş, onun adından bütün dələduzların etdiyi kimi polisə cavabdeh Zövqiyyə getmişdir. İddiaçı1 məhkəmə iclası zamanı nümayəndəsinin dediklərini təsdiq etmişdir. İddiaçı2 məhkəmə iclası zamanı bildirmişdir ki, cavabdehlər onları əmin etmişlər ki, 17.000 manat versələr, Təranə evdən çıxacaq. Qeyd edir ki, 17000 manat pul ona məxsusdur, qardaşı Ruslanın problemini həll etmək üçün o, sonuncuya vermişdir. Qardaşı Ruslan da Zövqiyyə xanımla birlikdə 17.000 manatı Təranəyə verməyə getmişdir. O pulu da bu söhbətin bağlanması üçün vermişdir. Onların evinə də məcburi, onların razılığı olmadan girmişlər. İcraçı da, polis də orada olub. Cavabdeh Rzayeva (İsmayılova) Təranə Habil qızı məhkəmə iclası zamanı bildirmişdir ki, onun atası X2 şəhiddir. Ev məhkəmə qətnaməsi ilə ½ hissədə bölünmüşdür. Digər cavabdeh Zövqiyyəni də əvvəlcədən tanımamışdır. Zövqiyyə onlarla qonşu olub, qonşuluqdakı mənzildə kirayədə yaşayıb. Lakin, onların dost kimi və ya yaxın əlaqələri olmayıb. Zövqiyyə ilə Ruslan ona təklif etmişlər ki, 17.000 manat pulu versinlər, o da evə olan iddialarından əl çəksin. O da şərtə əməl edəsi idi, lakin sonradan başqa məslələrin ortaya çıxmaması nəticəsində şərtə əməl etməmişdir. Bundan əlavə, onların birgə nikahdan iki uşağı var. Belə ki, hər ikisi qız uşağıdırlar. Zövqiyyə onu da aldadıb, külli miqdarda borca salıb. Hətta Zövqiyyə nəinki onu, anasını, qardaşını da borca salmışdır. Bundan əlavə, Masazırda yataqxana kimi ev var idi. Həmin ev onun keçmiş qaynı Rövşənə məxsus idi. Həmin ev ona veriləsi idi, lakin Rövşənin arvadı qoymadı ki, həmin evi ona versinlər. Təranə Bakıya tez-tez gedib-gələ bilmədiyi üçün Zövqiyyəyə etibarnamə vermişdir. İlk öncə 17.000 manatla razılaşmışlar. Pul Zövqiyyəyə verilib, ona verilməyib. Ümumiyyətlə, onunla pul barədə danışılmayıb. Video görüntülərdə sevinməyinin səbəbi övladlarına payın verilməsi idi. Zövqiyyənin adını çəkdiyi Yaşar adlı şəxs onlara zəng edib deyib ki, pulun hamısı Zövqiyyəyə verilib. Haqq-hesab işlərinin hamısını Zövqiyyə həll etmişdir. Belə ki, Yaşara aid orada heç bir iş yoxdur. Cavabdeh2 iştirak etdiyi məhkəmə iclasında bildirmişdir ki, iddiaçılarla və cavabdeh Rzayeva (İsmayılova) Təranə Habil qızı ilə qonşu olmuşlar. Onlar bir evli kimi olmuşlar. Qonşuluqdan da əlavə yaxşı münasibətləri, dostluqları olub. Lakin onlardan hal-hazırda heç bir asılılığı yoxdur. Onların arasında münasibətlər gərgin idi. O da öz növbəsində Ruslana demişdir ki, boşanmısınız lap yaxşı, amma iki qızınız var. Amma belə münasibət düzgün deyil. O da öz növbəsində Ruslana demişdir ki, pul versin, söhbət də bağlansın. Bakıya Masazıra, Təranəyə ev almaq məqsədi ilə getmişlər. Burada çoxlu makler tapmışlar. Yaşar adlı makler vasitəsi ilə evə baxmış, bəyənmişlər. Həmin ev həyət evi idi, xüsusilə tikib satırdılar. Həmin evi satan şəxs ilkin ödəniş kimi 17.000 manat istəmişdir. Onun marağı isə ondan ibarət idi ki, aralarındakı anlaşılmazlıq bitsin. O, 17.000 manatı isə Ruslanın iştirakı ilə maklerə vermişdir. Lakin heç bir qəbz götürməmişdir. Əvvəlki video çəkiləndə xəbəri olmuşdur. Lakin Yaşara pul verəndə çəkməmişdir. O, evi onlara Yaşar adlı makler göstərib. Daha sonra həmin evi rəsmi qaydada Təranənin adına keçirtmək mümkün olmadığına görə Təranə həmin evdən imtina etmiş, sövdələşmə baş tutmadığı üçün Ruslan da 17000 manat pulunu geri tələb etmişdir. Biz də həmin pulu Yaşardan tələb etsək də hal-hazıra kimi müxtəlif bəhanələr gətirərək 17000 manat pulu Ruslana geri qaytarmamışdır. Mən isə bu işdə vasitəçilik etdiyim üçün pis vəziyyətdə qalmışam. Həmçinin, Yaşar sağdır, çağırılıb o da dindirilməlidir. Bununla belə, o da Yaşarı dərindən tanınmır. Sübutların tədqiqi: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ½ hissədə Cavabdeh1, ½ hissədə İddiaçı1 xüsusi mülkiyyətindədir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-974/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, ünvan 4 ünvanında mülkiyyətdə olan, 0.0542 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 57.78 kv.m, yaşayış sahəsi 31.68 kv.m, yardımçı sahəsi 26.10 kv.m olan 2 otaqdan ibarət fərdi yaşayış evindən iddiaçı Cavabdeh1 payı ½ (ikidə bir) hissədə müəyyən edilməsi, cavabdeh İddiaçı1 iddiaçı Cavabdeh1 ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 57.78 kv.m, yaşayış sahəsi 31.68 kv.m, yardımçı sahəsi 26.10 kv.m olan 2 otaqdan ibarət fərdi yaşayış evi üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılması nəzərdə tutulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-257/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, təqdimat təmin edilmiş, tələbkar X1 şikayəti təmin edilməmiş, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin “icraata xitam verilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, icra sənədi üzrə icraat, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 57.78 kv.m, yaşayış sahəsi 36.68 kv.m, yardımçı sahəsi 26.10 kv.m olan 2 otaqdan ibarət fərdi yaşayış sahəsi üzərində tələbkar Rzayeva (İsmayılova) Təranə Habil qızının hüquqlarını həyata keçirməsinə borclu İddiaçı1 yaratdığı maneənin aradan qaldırılması hissəsində təzələnməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclası zamanı birgə iddiçıların nümayəndəsi və vəkili Vəkil təqdim etdiyi CD diskdəki videogörüntüyə baxış keçirilərkən cavabdehlər Cavabdeh2 və İsmayılova (Rzayeva) Təranə Habil qızının birgə iştirakı ilə videoçəkiliş kamerası qarşısında sonuncunun ev əldə etməsini təsdiq etməsi müəyyən edilmişdir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə ilkin iddia tələbinə görə iddia ərizəsində qeyd olunan 17.000 (on yeddi min) manat pulun həqiqətən də iddia ərizəsində qeyd olunduğu kimi iddiaçılar tərəfindən cavabdelərə verilməsini sübut etmə yükü ilkin olaraq iddiaçıların, əksinə olaraq həmin məbləğin cavabdehlər tərəfindən iddiaçılardan qəbul edilməməsinin sübutetmə yükü cavabdehlərin üzərinə düşür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 57.78 kv.m, yaşayış sahəsi 36.68 kv.m, yardımçı sahəsi 26.10 kv.m olan 2 otaqdan ibarət fərdi yaşayış sahəsi üzərində paylı mülkiyyət Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarış əsasında ½ hissədə cavabdeh Rzayeva (İsmayılova) Təranə Habil qızına, ½ hissədə İddiaçı1 məxsusdur. Həmin fərdi yaşayış evinə ½ hissədə pay hüququ Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-974/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh Rzayeva (İsmayılova) Təranə Habil qızına verilmişdir. Lakin tərəflər arasında həmin fərdi yaşayış üzərində mübahisə yaranmış, həmin mübahisəni həll etmək, yəni cavabdehin evdən çıxması üçün isə iddiaçılar tərəfindən cavabdeh Rzayeva (İsmayılova) Təranə Habil qızına kompensasiya qismində 17.000 manat pul təklif edilmiş, sonuncu da bu təkliflə razılaşmışdır. Bundan sonra İddiaçı1 və Təranə Rzayeva, sonuncunun tanışı Cavabdeh2 vasitəçiliyi və iştirakı ilə Abşeron rayonu Masazır qəsəbəsində həmin pula ev almaq istəmişlər. Bu məqsədlə İddiaçı1 Cavabdeh2 vasitəçiliyi və iştirakı ilə dəllal(“makler”) Yaşar adlı şəxsə 17000 manat pul vermiş, bundan sonra Təranə Rzayeva həmin evi qəbul etmədiyi üçün sövdələşmə baş tutmamış, Yaşar adlı şəxs isə həmin pulu geri qaytara bilməmişdir. Halhazırda iddiaçılar İddiaçı2 və İddiaçı1 17.000 manat pulun geri qaytarılmasını istəyirlər. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsində qeyd olunan tələblə bağlı müraciət edərək İsmayılova (Rzayeva) Təranə Habil qızı və Cavabdeh2 onların xeyrinə 17.000 (on yeddi min) manat pulun ödənilməsini tələb etsələr də bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişlər. Sadəcə formal mülahizələrlə kifayətlənərək iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə isə iddiaçıların təqdim etdiyi sənədləri və mülahizələrini sübut kimi qəbul etməyərək iddianın təmin olunmasına dəlalət edən daha mötəbər sübutların təqdim edilməsini tələb etsə də iddiaçılar həmin sübutları məhkəməyə təqdim edə bilməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddia iddiaçılar tərəfindən tam olaraq sübuta yetirilmədiyi üçün rədd edilməldir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər İsmayılova (Rzayeva) Təranə Habil qızı və Cavabdeh2 qarşı 17.000 manat məbləğində pulun və məhkəməyə ödədiyi 141 manat dövlət rüsumunun alınıb ona verilməsi ilə bağlı tələbi rədd edilməlidir. Belə ki, iddiaçı tələbini əsaslandıran lazımi sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçılar cavabdehlərin ona borclu olmasını iddia etsələr də öz tələblərini əsaslandıraraq bunu sübut edə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər İsmayılova (Rzayeva) Təranə Habil qızı və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Hüseynli
Məhkəmə qərarları › İş №2(051)-1903/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1903/2025
03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver