Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1908/2022 01.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı nümayəndəsi, Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, Vəkil iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh arasında 13 avqust 2021-ci ildə bağlanmış kredit müqaviləsi üzrə iddiaçı cavabdehə 4080 manat borc pul vermişdir. Həmin pulu cavabdeh 13 avqust 2022-ci ildə qaytarmalı olduğu halda qaytarmamışdır. İddiaçı həmin 4080 manat pulla bağlı bağlanmış kredit müqaviləsi üçün 92 və 8 manat olmaqla 100 manat notariat xərcləri çəkmiş, hazırki iddianı məhkəmədə qaldırmaq üçün hüquqi xidmət üçün vəkillə müqavilə bağlayaraq 300 manat ödəmiş, həmçinin məhkəmədə iddia qaldırmaq üçün 65 manat dövlət rüsumu ödəmişdir. Odur ki, iddianın təmin olunmasını, Cavabdeh 4080 manat borc kimi verilmiş pulun, 300 manat vəkil xərcinin, 100 manat notariat xərcinin, dövlət rüsumu kimi ödənilmiş 65 manat pulun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, həqiqətən də o, 13 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıdan 4080 manat borc pul almışdır. Lakin maddi imkanı olmadığına görə borcunu ödəyə bilməmişdir. Borcunu ödəyəcəkdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 avqust 2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 4080 manat borc pul verməyi, cavabdeh isə krediti xx.xx.2022-ci il tarixinədək iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. İşə xx.xx.2021-ci il tarixli nağd valyutanın alınması barədə bank çıxarışı əlavə olunmuşdur. İşə əlavə olunmuş 10725 nömrəli qəbzdən görünür ki, İddiaçı vəkil xərci olaraq 300 manat pul ödəmişdir. İşə xx.xx.2021-ci il tarixli qəbzlər və order, İddiaçı tərəfindən ödənilmiş notariat rüsumunu təsdiq edən xx.xx.2021-ci il tarixli mədaxil qəbzi əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı tələbində onunla cavabdeh arasında bağlanmış 13 avqust 2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 4080 manat borc pul verdiyini, həmin pulu cavabdehin 13 avqust 2022-ci ildə qaytarmalı olduğu halda qaytarmadığını, həmin 4080 manat pulla bağlı bağlanmış kredit müqaviləsi üçün 92 və 8 manat olmaqla 100 manat notariat xərcləri çəkdiyini, hazırki iddianı məhkəmədə qaldırmaq üçün müqavilə bağlayaraq 300 manat ödədiyini, həmçinin məhkəmədə iddia qaldırmaq üçün 65 manat dövlət rüsumu ödədiyini bildirərək həmin borcun və onun tərəfindən ödənilmiş məbləğlərin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh də məhkəmə iclasında izahatında iddianı etiraf edərək, həqiqətən də, iddiaçı ilə onun arasında bağlanmış 13 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıdan 4080 manat borc pul aldığını, lakin maddi imkanı olmadığına görə borcunu ödəyə bilmədiyini, borcunu ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosesual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını, təqdim edilmiş sübutları araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin öhdəliyi yerinə yetirməməsi, iddiaçıdan aldığı borc pulu ödəməməsi, həmçinin, özünün etirafı ilə də müəyyən olunur. Ona görə də iddia təmin olunmalı, cavabdehdən 4080 manat borc, 300 manat vəkil xərci, 100 manat notariat xərci və dövlət rüsumu kimi ödənilmiş 65 manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 360-cı maddəsinin rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 4080 (dörd min səksən) manat borc, 300 (üç yüz) manat vəkil xərci, 100 (bir yüz) manat notariat xərci və dövlət rüsumu kimi ödənilmiş 65 (altmış beş) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1908/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1908/2022
01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver