Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-191/2022 30.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: Bank olmayan kredit təşkilatı "xxxx" MMC-in nümayəndəsi X1 Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-in cavabdehlər Cavabdeh və X2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 29.08.2019-ci il tarixli L-MN-0048263-F nömrəli kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlərdən müştərək qaydada 500,02 manat əsas kredit borcu, 418,58 manat faiz borcu olmaqla, cəmi 918,60 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-in nümayəndəsi 30.03.2022-ci il tarixdə iddia tələbinin həcminin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehdən 1660,65 manat əsas, 21,36 manat faiz borcu olmaqla, cəmi 1682,01 manat məbləğində pulun və ödənilmiş 31 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-in nümayəndəsi X3 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmsil etdiyi hüquqi şəxsin adından göstərdi ki, bank olmayan kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış 29.08.2019-cu il tarixli L-MN-0048263-F nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 1 faiz olmaqla 60 ay müddətinə 1698,16 manat məbləğində kredit vermişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, iddiaçıya olan borcunu ödəməmişdir. Nəticədə, cavabdehin 29.09.2021-ci il tarixədək 1660,65 manat əsas, 21,36 manat faiz borcu olmaqla, cəmi 1682,01 manat məbləğində kredit borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmiş və kredit müqaviləsi üzrə borclarını ödəməmişdir. Nəticədə, təmsil etdiyi bank əlverişsiz vəziyyətə düşmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı yazılı ərizə təqdim edərək ona qarşı irəli sürülmüş iddianı qəbul etdi və izahatında göstərdi ki, həqiqətən o, 29.08.2019-cu il tarixli L-MN- 0048263-F nömrəli kredit müqaviləsinə əsasən Bank olmayan kredit təşkilatı "xxxx" MMC dən illik 1 faiz olmaqla 60 ay müddətinə 1698,16 manat məbləğində kredit götürmüşdür. İddiaçıya olan borcun ödənilməli olduğunu bilir, lakin buna imkanı olmamışdır. Hesab edir ki, iddiaçıya olan borcun ödənilməsi üçün ona vaxt verilməlidir. Bu halda o, borcunu hissəhissə ödəyəcəkdir. Odur ki, məhkəmədən izahatında göstərdiyi hallara uyğun qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bank olmayan kredit təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29.08.2019-cu il tarixli L-MN-0048263-F nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 1 faiz olmaqla 60 ay müddətinə 1698,16 manat məbləğində kredit vermişdir. İşdə olan Bank olmayan kredit təşkilatı "xxxx" MMC ASC–yə aid 29.08.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, həmin tarixdə Cavabdeh iddiaçı bankın Mingəçevir filialından 1698,16 manat məbləğində kredit götürmüşdür. İşdə olan ödəmə qrafikindən görünür ki, Cavabdeh 29.08.2019-29.08.2024-cü illər ərzində kredit borcu üzrə hər ay ödəniş etməyii öhdəsinə götürmüşdür. İşdə olan Bank olmayan kredit təşkilatı "xxxx" MMC-yə aid maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-ə 29.09.2021-ci il tarixinə qədər cavabdh bank olmayan kredit təşkilatına 37,51 manat əsas, 18,49 faiz olmaqla, cəmi 56 manat pul ödəmişdir. 29.09.2021-ci ilə cavabdehin iddiaçıya olan borcu 1660,65 manat əsas, 21,36 manat faiz borcu olmaqla, cəmi 1682,01 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı bank olmayan kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən, bank cavabdehə illik 1 faiz olmaqla 60 ay müddətinə 1698,16 manat məbləğində kredit vermişdir. Tərəflər arasında razılaşdırılmış qrafikə uyğun olaraq cavabdeh hər ay krediti faizləri ilə birlikdə qaytarmasına dair öhdəlik götürməsinə baxmayaraq, öhdəliyinə əməl etməmişdir. Nəticədə, onun 29.09.2021-ci il tarixə iddiaçıya olan borcu 1660,65 manat əsas, 21,36 manat faiz borcu olmaqla, cəmi 1682,01 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bank olmayan kredit təşkilatı ilə Cavabdeh arasında 29.08.2019-ci il tarixdə predmeti pul məbləği olan kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı bank olmayan kredit təşkilatı cavabdehə illik 1 faiz olmaqla 60 ay müddətinə 1698,16 manat məbləğində pul (kredit) vermiş, cavabdeh isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı bank olmayan kredit təşkilatının cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank olmayan kredit təşkilatı qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçı bank olmayan kredit təşkilatına 1660,65 manat əsas, 21,36 manat faiz borcu olmaqla, cəmi 1682,01 manat borcu qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, 29.08.2019-cu il tarixli L-MN-0048263-Fsaylı kredit müqaviləsinə əsasən cavabdehlərdən müştərək qaydada 1660,65 manat əsas, 21,36 manat faiz borcu olmaqla, cəmi 1682,01 manat məbləğində pul alınıb iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-ə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bank olmayan kredit təşkilatı İddiaçı ilə Cavabdeh arasında 29.08.2019-cu il tarixli L- MN-0048263-Fsaylı nömrəli kredit müqaviləsi ləğv edilsin. 29.08.2019-cu il tarixli L-MN-0048263-F saylı kredit müqaviləsi üzrə Cavabdeh 1660,65 (min altı yüz altmış manat altmış beş qəpik) manat əsas, 21,36 (iyirmi bir manat otuz altı qəpik) manat faiz borcu olmaqla, cəmi 1682,01 (min altı yüz səksən iki manat bir qəpik) manat alınıb iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-ə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 (otuz bir) manat pul alınıb Bank olmayan kredit təşkilatı "xxxx" MMC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-191/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-191/2022
30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver