Məhkəmə qərarları › İş №2(051)-191/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-191/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-191/2025 25.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehn qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 1092 (bir min doxsan iki) manat məbləğində pul məbləğinin və dövlət rüsumu qismində ödədiyi 31 (otuz bir) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə ona məxsus Mercedes Benz C180 Minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət etdiyi zaman DSK yolu kimi tanınan yoldan gəldən İVEKO YÜK markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil sola dönmək üçün dayanan Mercedes markalı, 10-UM - 931 qeydiyyat nişanlı maşına arxadan vurdu, o da zərbədən qarşısına çıxdı bunun nəticəsində də idarə etdiyi maşının ön tərəfi sıradan çıxmışdır. Hadisədən bir qədər sonra yol polisi gəlib hadisəni və onun hallarını qeydə almışdır. İVEKO YÜK markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığortası olan "xxxx" ASC gəlib dəymiş zərəri qiymətləndirdi və ona məxsus Mercedes Benz C180 Minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə (üç min altı yüz) manat dəymiş zərər məbləği barədə sığorta ödəniş aktı tərtib etdi. Həmin məbləğin 2508,71 (iki min beş yüz səkkiz manat, yetmiş bir qəpik) manatını "xxxx" ASC ödədi. Qalan 1092 manat məbləği isə Cavabdeh ödəməli idi. Lakin hadisədən 3 aydan çox müddət keçməyinə baxmayaraq ona heç bir ödəniş edilməmişdir. O, bununla bağlı cavabdehi dəfələrlə məlumatlandırmış və demişdir ki, “Verə bilmirəm, Məhkəməyə ver”. Bu səbəbdən, mövcud tələblə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, Cavabdeh 1092 manat məbləğin tutularaq ona verilməsi zərurəti yaranmışdır. Odur ki, Cavabdeh 1092 (bir min doxsan iki) manat məbləğində pul məbləğinin və dövlət rüsumu qismində ödədiyi 31 (otuz bir) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasına gəlməmişlər, buna baxmayaraq Cavabdeh məhkəməyə ərizə təqdim edərək, xx.xx.2025-ci ildə keçiriləcək məhkəmə iştirak edə bilməyəcəyini bildirmiş və iclasın onun iştirakı olmadan keçirilməsinə etirazı olmadığını və verilən qərara razı olduğunu bildirmişdir. Bundan əlavə İddiaçı məhkəməyə ərizə təqdim edərək xx.xx.2025-ci ildə keçiriləcək məhkəmədə iştirak edə bilməyəcəyini və iclasın onun iştirakı olmadan keçirilməsinə etirazı olmadığını bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı verdiyi izahatında göstərmişdir ki, ona cavabdeh tərəfindən ümumilikdə 3600 manat ziyan dəydiyi hesablanmışdır. Sığorta şirkəti tərəfindən həmin ziyandan 2508 manat ödəniş edilmişdir. Qalan pul olan 1092 manatı isə cavabdeh ödəməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında göstərmişdir ki, tələb olunan məbləğlə razıdır. 1092 manatla razıdır. Ancaq ailəli olduğuna görə nəzərə alınmasını xahiş edir. Belə ki, o bu pulu yalnız hissə-hissə ödəmək imkanına malikdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçı və cavabdehin əvvəlki məhkəmə iclasları zamanı verdikləri izahatlarıdinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İş materiallarında olan TP seriyalı 662991 nömrəli qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə DSK yolunda İVEKO YÜK markalı avtomaşını idarə edərkən pozuntuya yol verdiyindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Cavabdeh İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 40 manat cərimə olunmuşdur. İş materiallarında olan İ-1194/24 №-li sığorta ödənişi aktından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı köçürmə yolu ilə 2508,71 manat verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş yekun aktdan görünür ki, Mercedes Benz C180 markalı, 99EU378 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə cəmi 3600 manat ziyan dəymişdir. İş materiallarında olan AC N 97087 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Mercedes Benz C180 markalı, 99EU378 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı məxsusdur. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, cavabdeh ilə iddiaçı arasında baş vermiş avto-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə cavabdeh tərəfindən 3600 manat məbləğində ziyan vurulmuşdur. Həmin zərərdən 2508,71 manatını sığorta şirkəti qarşılamışdır. Qalan 1092 manat zərərin əvəzini ödəmək isə cavabdehin üzərinə düşür. Məhkəmə iclası zamanı cavabdeh iddiaçıya vurduğu maddi zərərin qalan hissəsini etiraf edərək həmin zərərin əvəzini ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə cavabdehin iddianı etiraf etməsini qəbul edir və iddianın təmin edilməsi zamanı nəzərə alır. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri başqa şəxsə zərər vurulması ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquq və vəzifələrin müdafiəsi əsasında mülki hüquq pozuntularından (deliktlərdən) irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsin görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Sadalanan hüquq normaları iddiaçıya yetirilmiş ziyanın ödənilməsinin hüquqi əsasını təşkil edir və İddiaçı vurulmuş ziyan ilə bağlı zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. AR MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 31 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, ödənilmiş 31 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1092 (bir min doxsan iki) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pul tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124, 191, 216-220-ci və 357,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1092 (bir min doxsan iki) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 (otuz bir) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi : Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar