Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1927/2021 15.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 20.03.2020-cu il tarixli müqaviləyə əsasən 177 manat əsas, 54 manat cərimə, 24.03.2020-ci il tarixli müqaviləyə əsasən 493 manat əsas, 151.8 manat cərimə, 08.01.2020-ci il tarixli müqaviləyə əsasən 996.6 manat əsas, 301.5 manat cərimə, 06.04.2020-cu il tarixli müqaviləyə əsasən 348 manat əsas, 92.4 manat cərimə, 06.03.2020-ci il tarixli müqaviləyə əsasən 381.8 manat əsas, 114 manat cərimə, 03.02.2020-ci il tarixli müqaviləyə əsasən 564.1 manat əsas, 172.8 manat cərimə, 07.11.2019-ci tarixli müqaviləyə əsasən 744 manat əsas, 221.1 manat cərimə borcu olmaqla, cəmi 4812.1 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 20.03.2020-cu il tarixli müqaviləyə əsasən, cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə hər ay 18 manat ödəniş etmək şərtilə cəmi 216 manat dəyərində Gorenje markalı tozsoran, 24.03.2020-ci il tarixli müqaviləyə əsasən, cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə hər ay 46.5 manat (ilkin ödəniş 2 manat) ödəniş etmək şərtilə cəmi 560 manat dəyərində Panasonic markalı televizor, 08.01.2020-cu il tarixli müqaviləyə əsasən, cavabdeh "xxxx" MMC-dən 18 ay müddətinə hər ay 67.2 manat ödəniş etmək şərtilə cəmi 1209.6 manat dəyərində LD markalı paltaryuyan, 06.04.2020-ci il tarixli müqaviləyə əsasən, cavabdeh "xxxx" MMC-dən 18 ay müddətinə hər ay 22 manat (ilkin ödəniş 15 manat) ödəniş etmək şərtilə cəmi 411 manat dəyərində İMEİ Kodu **********14039 Samsung galaxy A10 telefon, 06.03.2020-cu il tarixli müqaviləyə əsasən, cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə hər ay 38.4 manat ödəniş etmək şərtilə cəmi 460.8 manat dəyərində HOFFMAN markalı soyuducu, 03.02.2020-ci il tarixli müqaviləyə əsasən, cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə hər ay 64.4 manat ödəniş etmək şərtilə cəmi 772.8 manat dəyərində İMEİ Kodu **********01632 Samsung galaxy A30 telefon və İndoor sazz modem, 07.11.2019-ci il tarixli müqaviləyə əsasən, cavabdeh "xxxx" MMC-dən 18 ay müddətinə hər ay 67 manat ödəniş etmək şərtilə cəmi 1206 manat dəyərində Samsung markalı televizor almışdır. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə 20.03.2020-cu il tarixli müqaviləyə əsasən 177 manat əsas, 54 manat cərimə borcu olmaqla, cəmi 216 manat məbləğində borcu, 24.03.2020-ci il tarixli müqaviləyə əsasən 493 manat əsas, 151.8 manat cərimə borcu olmaqla, cəmi 644.8 manat məbləğində borcu, 08.01.2020-ci il tarixli müqaviləyə əsasən 996.6 manat əsas, 301.5 manat cərimə borcu olmaqla, cəmi 1298.1 manat borcu, 06.04.2020-cu il tarixli müqaviləyə əsasən 348 manat əsas, 92.4 manat cərimə borcu olmaqla, cəmi 440.4 manat məbləğində borcu, 06.03.2020-ci il tarixli müqaviləyə əsasən 381.8 manat əsas, 114 manat cərimə borcu olmaqla, cəmi 495.8 manat məbləğində borcu, 03.02.2020-ci il tarixli müqaviləyə əsasən 564.1 manat əsas, 172.8 manat cərimə borcu olmaqla, cəmi 736.9 manat borcu, 07.11.2019-ci tarixli müqaviləyə əsasən 744 manat əsas, 221.1 manat cərimə borcu olmaqla, cəmi 965.1 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, borcunu ödəməkdən yayınmışdır. Odur ki, iddiaçı cavabdehdən 20.03.2020-cu il tarixli müqaviləyə əsasən 177 manat əsas, 54 manat cərimə borcu olmaqla, cəmi 216 manat məbləğində borcun, 24.03.2020-ci il tarixli müqaviləyə əsasən 493 manat əsas, 151.8 manat cərimə borcu olmaqla, cəmi 644.8 manat məbləğində borcun, 08.01.2020-ci il tarixli müqaviləyə əsasən 996.6 manat əsas, 301.5 manat cərimə borcu olmaqla, cəmi 1298.1 manat, 06.04.2020-cu il tarixli müqaviləyə əsasən 348 manat əsas, 92.4 manat cərimə borcu olmaqla, cəmi 440.4 manat məbləğində borcun, 06.03.2020-ci il tarixli müqaviləyə əsasən 381.8 manat əsas, 114 manat cərimə borcu olmaqla, cəmi 495.8 manat məbləğində borcun, 03.02.2020-ci il tarixli müqaviləyə əsasən 564.1 manat əsas, 172.8 manat cərimə borcu olmaqla, cəmi 736.9 manat, 07.11.2019-ci tarixli müqaviləyə əsasən 744 manat əsas, 221.1 manat cərimə borcu olmaqla, cəmi 965.1 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə teleqramla müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan İddiaçı ilə cavabdeh X1 arasında 20.03.2020-cu il tarixdə bağlanmış 20189699 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə hər ay 18 manat ödəniş etmək şərtilə cəmi 216 manat dəyərində Gorenje markalı tozsoran almışdır. İşdə olan İddiaçı ilə Cavabdeh arasında 24.03.2020-ci il tarixdə bağlanmış 20199424 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə hər ay 46.5 manat (ilkin ödəniş 2 manat) ödəniş etmək şərtilə cəmi 560 manat dəyərində Panasonic markalı televizor almışdır. İşdə olan İddiaçı ilə Cavabdeh arasında 08.01.2020-cu il tarixdə bağlanmış 20021005 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh "xxxx" MMCdən 18 ay müddətinə hər ay 67.2 manat ödəniş etmək şərtilə cəmi 1209.6 manat dəyərində LD markalı avtomat paltaryuyan maşın almışdır. İşdə olan İddiaçı ilə Cavabdeh arasında 06.04.2020-ci il tarix`ə bağlanmış ********* nömrəli nisyə alqi-satqı müqaviləsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 18 ay müddətinə hər ay 22 manat(ilkin ödəniş 15 manat) ödəniş etmək şərtilə cəmi 411 manat dəyərində İMEİ Kodu **********14039 Samsung galaxy A10 telefon almışdır. İşdə olan İddiaçı ilə Cavabdeh arasında 06.03.2020-cu il tarixdə bağlanmış 20148237 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh "xxxx" MMCdən 12 ay müddətinə hər ay 38.4 manat ödəniş etmək şərtilə cəmi 460.8 manat dəyərində HOFFMAN markalı soyuducu almışdır. İşdə olan İddiaçı ilə Cavabdeh arasında 03.02.2020-ci il tarixdə bağlanmış 20077323 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə hər ay 64.4 manat ödəniş etmək şərtilə cəmi 772.8 manat dəyərində İMEİ Kodu **********01632 Samsung galaxy A30 telefon və İndoor sazz modem almışdır. İşdə olan İddiaçı ilə Cavabdeh arasında 07.11.2019-ci il tarixdə bağlanmış 01033249 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 18 ay müddətinə hər ay 67 manat ödəniş etmək şərtilə cəmi 1206 manat dəyərində Samsung markalı televizor almışdır. İşdə olan 10.09.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 20.03.2020-cu il tarixli müqaviləyə əsasən 177 manat əsas, 54 manat cərimə borcu olmaqla, cəmi 216 manat məbləğində borcu, 24.03.2020-ci il tarixli müqaviləyə əsasən 493 manat əsas, 151.8 manat cərimə borcu olmaqla, cəmi 644.8 manat məbləğində borcu, 08.01.2020-ci il tarixli müqaviləyə əsasən 996.6 manat əsas, 301.5 manat cərimə borcu olmaqla, cəmi 1298.1 manat borcu, 06.04.2020-cu il tarixli müqaviləyə əsasən 348 manat əsas, 92.4 manat cərimə borcu olmaqla, cəmi 440.4 manat məbləğində borcu, 06.03.2020-ci il tarixli müqaviləyə əsasən 381.8 manat əsas, 114 manat cərimə borcu olmaqla, cəmi 495.8 manat məbləğində borcu, 03.02.2020-ci il tarixli müqaviləyə əsasən 564.1 manat əsas, 172.8 manat cərimə borcu olmaqla, cəmi 736.9 manat borcu, 07.11.2019-ci tarixli müqaviləyə əsasən 744 manat əsas, 221.1 manat cərimə borcu olmaqla, cəmi 965.1 manat məbləğində borcu vardır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında müxtəlif tarixlərdə ayrı-ayrı nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən cavabdeh cavabdeh "xxxx" MMCdən 12 ay müddətinə hər ay 18 manat ödəniş etmək şərtilə cəmi 216 manat dəyərində Gorenje markalı tozsoran, 12 ay müddətinə hər ay 46.5 manat(ilkin ödəniş 2 manat) ödəniş etmək şərtilə cəmi 560 manat dəyərində Panasonic markalı televizor, 18 ay müddətinə hər ay 67.2 manat ödəniş etmək şərtilə cəmi 1209.6 manat dəyərində LD markalı paltaryuyan, 18 ay müddətinə hər ay 22 manat (ilkin ödəniş 15 manat) ödəniş etmək şərtilə cəmi 411 manat dəyərində İMEİ Kodu **********14039 Samsung galaxy A10 telefon, 12 ay müddətinə hər ay 38.4 manat ödəniş etmək şərtilə cəmi 460.8 manat dəyərində HOFFMAN markalı soyuducu, 12 ay müddətinə hər ay 64.4 manat ödəniş etmək şərtilə cəmi 772.8 manat dəyərində İMEİ Kodu **********01632 Samsung galaxy A30 telefon və İndoor sazz modem, 18 ay müddətinə hər ay 67 manat ödəniş etmək şərtilə cəmi 1206 manat dəyərində Samsung markalı televizor almışdır. Cavabdeh müqavilənin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə onun iddiaçıya ödənilməmiş 3704.5 manat əsas borcu qalmışdır. Öhdəliyini vaxtında icra etmədiyinə görə isə ona 1107.6 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh arasında müxtəlif vaxtlarda məişət əşyalarına dair nisyə alqı-satqı müqavilələri bağlanmışdır. İddiaçı həmin əşyaları dəyərini hissə-hissə ödəmək şərti ilə cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə həmin əşyaların dəyərini müəyyən olunmuş qrafik üzrə hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı hüquqi şəxsin cavabdehə qarşı öhdəliyin icra edilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehdən 20.03.2020-cu il tarixli müqaviləyə əsasən 177 manat əsas borc, 24.03.2020-ci il tarixli müqaviləyə əsasən 493 manat əsas borc, 08.01.2020-ci il tarixli müqaviləyə əsasən 996.6 manat əsas borc, 06.04.2020-cu il tarixli müqaviləyə əsasən 348 manat əsas borc, 06.03.2020-ci il tarixli müqaviləyə əsasən 381.8 manat əsas borc, 03.02.2020-ci il tarixli müqaviləyə əsasən 564.1 manat əsas borc, 07.11.2019-ci tarixli müqaviləyə əsasən 744 manat əsas borc alınmalı, lakin hesablanmış dəbbə pulları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılaraq, 20.03.2020-cu il tarixli müqavilə üzrə 4 manat, 24.03.2020-ci il tarixli müqavilə üzrə 8 manat, 08.01.2020-ci il tarixli müqavilə üzrə 12 manat, 06.04.2020-cu il tarixli müqavilə üzrə 16 manat, 06.03.2020-ci il tarixli müqavilə üzrə 18 manat, 03.02.2020-ci il tarixli müqavilə üzrə 20 manat və 07.11.2019-ci tarixli müqavilə üzrə 22 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 20.03.2020-cu il tarixli müqavilə üzrə 4 manat, 24.03.2020-ci il tarixli müqavilə üzrə 8 manat, 08.01.2020-ci il tarixli müqavilə üzrə 12 manat, 06.04.2020-cu il tarixli müqavilə üzrə 16 manat, 06.03.2020-ci il tarixli müqavilə üzrə 18 manat, 03.02.2020-ci il tarixli müqavilə üzrə 20 manat və 07.11.2019-ci tarixli müqavilə üzrə 22 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, cavabdehdən 20.03.2020-cu il tarixli müqaviləyə əsasən 177 manat əsas, 4 manat cərimə borcu olmaqla, cəmi 181 manat məbləğində borcu, 24.03.2020-ci il tarixli müqaviləyə əsasən 493 manat əsas, 8 manat cərimə borcu olmaqla, cəmi 501 manat məbləğində borcu, 08.01.2020-ci il tarixli müqaviləyə əsasən 996.6 manat əsas, 12 manat cərimə borcu olmaqla, cəmi 1008.6 manat borcu, 06.04.2020-cu il tarixli müqaviləyə əsasən 348 manat əsas, 16 manat cərimə borcu olmaqla, cəmi 364 manat məbləğində borcu, 06.03.2020-ci il tarixli müqaviləyə əsasən 381.8 manat əsas, 18 manat cərimə borcu olmaqla, cəmi 399.8 manat məbləğində borcu, 03.02.2020-ci il tarixli müqaviləyə əsasən 564.1 manat əsas, 20 manat cərimə borcu olmaqla, cəmi 584.1 manat borcu, 07.11.2019-ci tarixli müqaviləyə əsasən 744 manat əsas, 22 manat cərimə borcu olmaqla, cəmi 766 manat cavabdehdən alınıb iddiaçı banka verilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. AR MPM-nin 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20.03.2020-cu il tarixli müqaviləyə əsasən 177 (yüz yetmiş yeddi) manat əsas, 4 (dörd) manat cərimə, 24.03.2020-ci il tarixli müqaviləyə əsasən 493 (dörd yüz doxsan üç) manat əsas, 8 (səkkiz) manat cərimə, 08.01.2020-ci il tarixli müqaviləyə əsasən 996.6 (doqquz yüz doxsan altı manat altmlş qəpik) manat əsas, 12 (on iki) manat cərimə, 06.04.2020-cu il tarixli müqaviləyə əsasən 348 (üç yüz qırx səkkiz) manat əsas, 16 (on altı) manat cərimə, 06.03.2020-ci il tarixli müqaviləyə əsasən 381.8 (üç yüz on səkkiz manat səksən qəpik) manat əsas, 18(on səkkiz) manat cərimə, 03.02.2020-ci il tarixli müqaviləyə əsasən 564.1 (beş yüz altmış dörd manat on qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə, 07.11.2019-ci tarixli müqaviləyə əsasən 744 (yeddi yüz qırx dörd) manat əsas, 22 (iyirmi iki) manat cərimə, cəmi 3804,5 (üç min səkkiz yüz dörd manat əlli qəpik) manat pul alınıb İddiaçınə verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pul alınıb İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1927/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1927/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver