Məhkəmə qərarları › İş №2(051)-1928/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1928/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1928/2021 02.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən 015R********** nömrəli kredit müqaviləsinin və 015R**********S saylı sazişin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 2280.16 manat əsas kredit borcu, 346.87 manat faiz borcu, 756.99 manat cərimə borcu olmaqla, cəmi 3384.02 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, bankla Cavabdeh1 arasında 03.07.2019–cu il tarixli 015L**********59 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 120 ay müddətinə, 50000 manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 10.01.2020-ci il tarixli 015R********** saylı kredit razılaşması əsasında 18 ay müddətində aylıq faiz dərəcəsi 2.0833 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə ona 3000 manat məbləğində kredit verilmişdir. Cavabdehlə imzalanmış 07.07.2020-ci il trarixli 015R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında zaminlik müqavilsi bağlanmışdır. Cavabdeh1 əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Nəticədə, cavabdehin 2280,16 manat əsas kredit borcu, 346.87 manat faiz borcu, 756.99 manat cərimə borcu olmaqla, cəmi 3384.02 manat ödənilməmiş borcu qalmışdır. Öhdəliyini lazımınca icra etmədiyinə görə cavabdehə 756.99 manat cərimə borcu hesablanmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, Cavabdeh1 borcunu ödəməkdən yayınmışdır. Odur ki, məhkəmədən 015R********** nömrəli kredit razılaşmasının və 015R**********S saylı sazişin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 015R********** nömrəli kredit razılaşması üzrə 2280.16 manat əsas kredit borcu, 346.87 manat faiz borcu, 756.99 manat cərimə borcu olmaqla, cəmi 3384.02 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etdi və göstərdi ki, həqiqətən 10.01.2020-ci il tarixli 015R********** saylı kredit razılaşması əsasında iddiaçı bank tərəfindən ona 18 ay müddətində aylıq faiz dərəcəsi 2.0833 olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. Həmin kredit borcundan o, əmək haqqı kartı vasitəsi ilə müəyyən qədər ödəniş etmişdir. İddia tələbini qismən qəbul edir və hissə-hissə ödəniş edəcəkdir. Lakin bank tərəfindən yüksək məbləğdə cərimə hesablanmışdır. Hazırda onun maddi vəziyyəti aşağı olduğundan, həmin cərimə məbləğini ödəmək imkanı yovdur. Odur ki, məhkəmədən izahatında göstərdiyi halları nəzərə alaraq iddianın qismən təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etdi və göstərdi ki, Cavabdeh1 onun doğma qardaşıdır. iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış 10.01.2020-ci il tarixli 015R********** saylı kredit razılaşması əsasında iddiaçı bank tərəfindən cavabdehə 18 ay müddətində aylıq faiz dərəcəsi 2.0833 olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə onunla zaminlik müqaviləsi bağlanmışdır. Həmin pulun bir hissəsini də qardaşı ona vermişdir. Maddi vəziyyəti yaxşı olmadığı üçün o, öz payına düşən məbləğ üzrə ödəniş edə bilməmişdir. Bununla belə iddiaçı bank tərəfindən əsas borca yüksək cərimə hesablanmışdır. Həmin cərimə məbləği həm onun, həm də Cavabdeh1 maddi vəziyyətinə uyğun deyildir. Hesab edir ki, həmin cərimə məbləği minumum həddə qədər azaldılmalıdır. Odur ki, məhkəmədən izahatında göstərdiyi halları nəzərə alaraq iddianın qismən təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bununla belə iddiaçı bankın nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 isə gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iddiaçı tərəfin təqdim etdiyi sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 10.01.2020-ci il tarixli 015R********** saylı kredit razılaşmasından görünür ki, iddiaçı bank tərəfindən cavabdehə 18 ay müddətində aylıq faiz dərəcəsi 2.0833 olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. İşdə olan 03.07.2019–cu il tarixli 015L**********59 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 120 ay müddətinə, 50000 manat məbləğində kredit xətti açılmışdır. İşdə olan tərəflər arasında razılaşdırılmış ödəniş planına əsasən, borclu Cavabdeh1 10.01.2020-ci il tarixli 015R********** saylı kredit razılaşması ilə götürdüyü krediti hər ay 202 manat məbləğində olmaqla, 10.07.2020–12.10.2021-ci illər ərzində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 03.07.2019-cu il tarixli 015S**********03 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın bank qarşısında öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərin əvəzinin ödənilməsi zamanı Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 bank qarşısında borcalanın öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdürlər. Cavabdehlərə ünvanlanmış xəbərdarlıqlardan görünür ki, borcu xatırladılaraq, onlardan borclu olduqları məbləği qaytarmaq tələb olunmuşdur. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, bankla Cavabdeh1 arasında 03.07.2019–cu il tarixdə kredit (borc0) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 120 ay müddətinə, 50000 manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 10.01.2020-ci il tarixli kredit razılaşması əsasında 18 ay müddətində aylıq faiz dərəcəsi 2.0833 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit (borc) verilmişdir. Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 krediti qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun 2280.16 manat əsas kredit borcu və 346.87 manat faiz borcu yaranmışdır. Öhdəliyini lazımi qaydada icra etmədiyinə bank tərəfindən əsas məbləğə 756.99 manat məbləğində cərimə hesablanmışdır. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında predmeti pul məbləği olan yazılı kredit (borc) müqavilələri bağlanmış, Cavabdeh1 iddiaçıdan illik 18 ay müddətində aylıq faiz dərəcəsi 2.0833 olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 manat məbləğində borc pul almışdır. Cavabdeh1 həmin pulu müqavilədə göstərilən müddət ərzində hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın bank qarşısında öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərin əvəzinin ödənilməsi zamanı Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 bank qarşısında borcalanın öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməklərinə dair iddiaçı bankla zaminlik müqaviləsi bağlamışlar. Hazırda Cavabdeh1 borcu ödəməmiş və iddiaçı bank əlverişsiz vəziyyətdə düşmüşdür. Ona görə də iddiaçı bankın cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Ona görə də iddiaçı bankın birtərəfli qaydada kredit müqavilələrinin vaxtından əvvəl ləğv edilməsini və borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə, həmçinin iddianın digər cavabdehlərə aid hissəsi ilə bağlı qeyd edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 da zamin olaraq bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmşidir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 10.01.2020-ci il tarixli 015R********** nömrəli müqavilə üzrə 2280.16 manat əsas, 346.87 manat faiz borcu alınmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılaraq, 6 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 6 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə, həmçinin hesab edir ki, cavabdeh tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduğuna görə 015R********** nömrəli kredit razılaşması və 015R**********S saylı saziş ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsaəsn müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, 015R********** nömrəli kredit razılaşması və 015R**********S saylı saziş ləğv edilməli, 2280.16 manat əsas kredit borcu, 346.87 manat faiz borcu və 6 manat dəbbə pulu müştərək qaydada cavabdehlərdən alınıb iddiaçı banka verilməlidir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq, nəticəyə gəlir ki, 015R********** nömrəli kredit razılaşması və 015R**********S saylı saziş ləğv edilməli və cavabdehlərdən müştərək qaydada 2280.16 manat əsas kredit borcu, 346.87 manat faiz borcu və 6 manat dəbbə pulu olmaqla, cəmi 2633.03 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 10.01.2020–ci il tarixdə bağlanmış 015R********** nömrəli kredit razılaşması və 07.07.2020-ci il tarixdə bağlanmış 015R**********S saylı kredit sazişi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada əsas kredit borcu üzrə 2280,16 (iki min iki yüz səksən manat on altı qəpik) manat, faiz borcu üzrə 346,87 (üç yüz qırx altı manat səksən yeddi qəpik) manat və 6 (altı) manat hesablanmış cərimə olmaqla, cəmi 2.633,03 (iki min altı yüz otuz üç manat üç qəpik) manat məbləğində pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar