Məhkəmə qərarları › İş №2(051)-1935/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1935/2022

27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1935/2022 27.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X1 Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə İddiaçı BOKT "xxxx" MMC qeyri bank kredit təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı BOKT "xxxx" qeyri bank kredit təşkilatı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, L-MN- 0047039-F saylı kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 4238,37 manat əsas kredit borcu, 57,81 manat faiz borcu olmaqla, cəmi 4296,18 manat məbləğində pulun və ödənilmiş 64 manat məbləğində dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X2 xx.xx.2022-ci il tarixdə iddia həcminin azaldılması ilə bağlı ərizə ilə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3087,34 manat əsas kredit borcu, 6,26 manat faiz borcu olmaqla, cəmi 3093,60 manat məbləğində pulun və ödənilmiş 64 manat məbləğində dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının 1.1-ci bəndinə əsasən Cavabdeh1 ilə bağlanmış xx.xx.2019-cu il tarixli, L-MN-0047039-F saylı kredit müqaviləsinə bağlanmılşdır. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun xx.xx.2019-cu il tarixli, L-MN-0047039-F saylı kredit müqaviləsinə əsasən 60 ay müddətində, illik 1% olmaqla 4385,05 manat məbləğində güzəştli kredit rəsmiləşdirilmişdir. Cavabdeh üzrə müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Eyni zamanda kreditin təminatı olaraq təşkilatla Cavabdeh2 və Cavabdeh3 arasında müvafiq olaraq, xx.xx.2019-cu il tarixli, MN-00022735 saylı və MN-00022739 saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Hazırda Cavabdeh1 təşkilata xx.xx.2019-cu il tarixli, L-MN-0047039-F saylı kredit müqaviləsi üzrə 4238,37 manat əsas kredit borcu, 57,81 manat faiz borcu olmaqla, cəmi 4296,18 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən yayınmışdır. Hesab edir ki, xx.xx.2019-cu il tarixli, L-MN-0047039-F saylı kredit müqaviləsi üzrə 4238,37 manat əsas kredit borcu, 57,81 manat faiz borcu olmaqla, cəmi 4296,18 manat və ödənilmiş 64 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınıb iddiaçı banka verilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa və iddia həcminin azaldılmasına dair ərizəyə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul edərək izahatında göstərdi ki, iddia ərizəsindən əlavə göstərdi ki, borcunun bir qismini ödəmiş, beləliklə, xx.xx.2019-cu il tarixli, L-MN-0047039-F saylı kredit müqaviləsinə əsasən 3087,34 manat əsas kredit borcu, 6,26 manat faiz borcu olmaqla, cəmi 3093,60 manat borcu qalmışdır. Maddi imkanı olmadığı üçün iddiaçıya olan borcunu ödəyə bilməmişdir. Hazırki dövrdə də borcunu tam ödəyə bilmir. Ona görə də məhkəmədən ona güzəşt edilməsini xahiş edir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. Cavabdeh3 məhkəmə iclası zamanı iddianı qəbul etdi və digər Cavabdeh1 izahatına uyğun izahat verdi və qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqramla müraciət edərək, onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı ərizəsini, cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının 1.1-ci bəndinə əsasən Cavabdeh1 ilə bağlanmış xx.xx.2019-cu il tarixli, L-MN-0047039-F saylı kredit müqaviləsinə bağlanmılşdır. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun xx.xx.2019-cu il tarixli, L-MN-0047039-F saylı kredit müqaviləsinə əsasən 60 ay müddətində, illik 1% olmaqla 4385,05 manat məbləğində güzəştli kredit rəsmiləşdirilmişdir. Cavabdeh üzrə müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Beləliklə hazırki vaxta cavabdehin 3087,34 manat əsas kredit borcu, 6,26 manat faiz borcu olmaqla, cəmi 3093,60 manat borcu yaranmışdır. İşdə olan BOKT "xxxx" MMC qeyri bank kredit təşkilatı ilə digər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MN-00022735 saylı və MN- 00022739 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 BOKT "xxxx" qeyri bank kredit təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-MN-0047039-F nömrəli kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, L-MN-0047039-F saylı kredit müqaviləsi üzrə 4238,37 manat əsas kredit borcu, 57,81 manat faiz borcu olmaqla, cəmi 4296,18 manat borcu vardır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı təşkilatla Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, L-MN-0047039-F saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən kredit verən kredit alana 4385,05 manat məbləğində güzəştli krediti verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yeritməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin icrasının təminatı kimi Cavabdeh2 və Cavabdeh3 ilə təşkilat arasında eyni tarixdə zaminlik müqavilələri bağlanmışdır. Həmin kredit müqaviləsinin icrasının təmin edilməsinə dair cavabdehlər iddiaçı təşkilat qarşısında öhdəlik götürmüşlər. Cavabdeh1 krediti və faizlərini qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş, nəticədə xx.xx.2019-cu il tarixli, L-MN-0047039-F saylı kredit müqaviləsi üzrə 3087,34 manat əsas kredit borcu, 6,26 manat faiz borcu olmaqla, cəmi 3093,60 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı təşkilat qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh2 və Cavabdeh3 da zamin olaraq iddiaçı təşkilat qarşısında cavabdehlik daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zamininlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2019-cu il tarixli, L-MN-0047039-F saylı kredit müqaviləsi üzrə 3087,34 manat əsas kredit borcu, 6,26 manat faiz borcu olmaqla, cəmi 3093,60 manat məbləğində pul alınıb iddiaçı BOKT "xxxx" qeyri bank kredit təşkilatı MMC-yə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019cu il tarixli, L-MN-0047039-F saylı kredit müqaviləsi üzrə 3087,34(üç min səksən yeddi manat otuz dörd qəpik) manat əsas kredit borcu, 6,26(altı manat iyirmi altı qəpik) manat faiz borcu olmaqla, cəmi 3093,60(üç min doxsan üç manat altmış qəpik) manat məbləğində pul alınıb BOKT "xxxx" MMC qeyri bank kredit təşkilatına verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 64 (altmış dörd) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb iddiaçı BOKT "xxxx" MMC qeyri bank kredit təşkilatına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar