Məhkəmə qərarları › İş №2(051)-1941/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1941/2023

11.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1941/2023 11.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o Cavabdeh ilə birgə nikahlarından 08 may 2011-ci ildə Gmər adlı uşaqları doğulmuşdur. Uşaqları Gmər onun yanında yaşayır. Mingəçevir şəhər məhkəməsinin 15 mart 2012-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh Ömər adlı uşağın yetkinlik yaşına çatanadən saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdr. Keçən müddət ərzində cavabdeh 117 manat alimentdən başqa uşağın saxlanılmasına maddi cəhətdən heç bir köməklik etməmişdir. O valideynlərinin yanında yaşamaqla maddi cəhətdən çətinlik çəkir. Cavabdeh «Azneftmaş»da qaynaqçı işləyirdi. Hal-hazırda Polşada yüksək maaşla qaynaqçı işləyir. Uşaq böyüdükçə onun tələbatları artır. Buna baxmayaraq cavabdeh uşağa lazımi qaydada heç bir köməklik göstərmir. Ona görə də iddiaçı məhkəmədən aliment miqdarının dəyişdirilərək cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 814838 saylı doğum haqqında şəhadətnamənin əslindən görünür ki, tərəflərin birgə nikahından 08 may 2011-ci il təvəllüdlü X3 adlı uşaqları var. İş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(051)- 470/2012 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh Ömər adlı uşağın yetkinlik yaşına çatanadən saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdr. Beləliklə məhkəmə baxışında müəyyən olundu ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(051)-470/2012 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh Ömər adlı uşağın yetkinlik yaşına çatanadən saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdr. Hal-hazırda iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik olmuşdur və iddiaçının maddi cəhətdən çətinlikləri yaranmışdır. Ona görə də iddiaçı alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsini məhkəmədən xahiş edir. Lakin məhkəmədə iddiaçı cavabdehin qazancının və digər gəlirlərinin 220 manat məbləğində tutulacağı həcmdə olmasını tam sübuta yetirə bilmədi. Odur ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istəlinən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Odur ki, məhkəmə tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir və məhkəmənin müəyyən etdiyi alimentin miqdarı artırılaraq hər ay 185 manat müəyyən edilməsi ədalətli və məqsədə müvafiqdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(051)-470/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 08 may 2011-ci il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 185 (bir yüz səksən beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. İddianın qalan hissəsi əsassız olduğundan təmin edilməsin. Alimentin tutlamsı qətnamə qanuni qüvvəsinə aldığı vaxdan hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar