Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1953/2023 31.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı qiymətləndirmə hesabatının ləğv edilməsi, "xxxx" ASC-yə məxsus əmlakların yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı qiymətləndirmə hesabatının ləğv edilməsi, "xxxx" ASC-yə məxsus əmlakların yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraçiət etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsində cavabdeh "xxxx" MMC-nin rəsmi qeydə alındığı yer Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küç. 156, (20A) 1933-cü məhəllə göstərilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin tələbinə görə iddiaçı "xxxx" ASC cavabdeh "xxxx" MMC-yə qarşı qiymətləndirmə hesabatının ləğv edilməsi, "xxxx" ASC-yə məxsus əmlakların yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə deyil, ərazi aidiyyatı üzrə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə, yəni Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinə müraciət etməlidir. Belə ki, Azərbayçan Respublikası Mülki Prosessual Məcələsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı qiymətləndirmə hesabatının ləğv edilməsi, "xxxx" ASC-yə məxsus əmlakların yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbayçan Respublikası Mülki Prosessual Məçələsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı qiymətləndirmə hesabatının ləğv edilməsi, "xxxx" ASC-yə məxsus əmlakların yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinə müraciət etmə hüququ izah edilməlidir. Həmçinin iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malik olması da izah edilməlidir. Azərbayçan Respublikası Mülki Prosessual Məçələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraçiət etmə hüququ iddiaçıya izah edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İş materiallarında olan qəbzdən görünür ki, "xxxx" ASC-i xx.xx.2023-cü il tarixdə saat 15:32-də Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökumət ödəniş portalı vasitəsi ilə 100,40 manat Dövlət rüsumu ödəmişdr. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 35.1, 152, 263- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı qiymətləndirmə hesabatının ləğv edilməsi, "xxxx" ASC-yə məxsus əmlakların yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" ASC-yə cavabdeh "xxxx" MMC-yə qarşı qiymətləndirmə hesabatının ləğv edilməsi, "xxxx" ASC-yə məxsus əmlakların yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinə müraciət etmə hüququ izah edilsin. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. xx.xx.2023-cü il tarixdə saat 15:32-də Azərbaycan Respublikası Mərkəzi Bankı- Hökumət ödəniş portalı №********** nömrəli qəbz əsasında Dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 100,40 manat məbləğində pul "xxxx" ASC-nə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1953/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1953/2023
31.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver