Məhkəmə qərarları › İş №2(051)-1960/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1960/2025

26.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1960/2025 26.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Niftaliyev Ayxan Niyaməddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının alınması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi : İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının alınması” tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən ona vurulmuş ziyanı ödəməklə dəyəri 10 min manat olan qızıl-zinət əşyalarının geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh qızıl-zinət əşyaları 1. Sadə üzük, çəkisi 4,2 qram, əyarı 0.583 qiyməti 588 manat, 2. Qırmızı qaşlı üzük, çəkisi 6,2 qram, əyarı 0.583, qiyməti 868 manat, 3. Paxlava üzük (romb), çəkisi 5,6 qram, əyarı 0.585, qiyməti 795,2 manat, 4. Üzük (vosmerka), çəkisi 3,2 qram, əyarı 0.585, qiyməti 454,4 manat, 5. Üzük (tək qaş), çəkisi 6,5 qram, əyarı 0.750, qiyməti 1183 manat, 6. Üzük (yumru başlı abadok), çəkisi 4,6 qram, əyarı 0.583, qiyməti 644 manat, 7. Üzük (ortası boş üstü qaşlı), çəkisi 3,8 qram, əyarı 0.583 qiyməti 532 manat, 8. Kişi üzüyü (qaşlı), çəkisi 4,3 qram, əyarı 750 qiyməti 782 manat, 9. Bilərzik (uşaq üçün), çəkisi 2,6 qram, əyarı 585, qiyməti 369 manat, 10. Bilərzik (uşaq üçün, şopart), çəkisi 3,7 qram, əyarı 585, qiyməti 525 manat, 11. Bilərzik (gəlinlik, pandora), çəkisi 4,55 qram, əyarı 585, qiyməti 646 manat,

12. Bilərzik çəkisi 1,2 qram, əyarı 585, qiyməti 170 manat, 13. Tana (qırmızı qaşlı sırğa) çəkisi 4,66 qram, əyarı 585, qiyməti 661 manat, 14. Tana (dəst sırğa və klon), çəkisi 10 qram, əyyarı 583, qiyməti 1400 manat, 15. Tana pandora tipli, çəkisi 4,2 qram, əyarı 585, qiyməti 596 manat, 16. Tana üzüm salxımlı qaşlı, çəkisi 7,2 qram, əyarı 585 qiyməti 1022 manat, 17. Boyunbağı kolye, çəkisi 12,84 qram, əyarı 585 qiyməti 1823 manat, 18. Boyunbağı trossep, çəkisi 6,9 qram, əyarı 585 qiyməti 979 manat, 19. Boyunbağı (zəncirsep), çəkisi 8,2 qram, əyarı 750, qiyməti 1492 manat, 20. Asqı (klon madonna), çəkisi 2,35 qram, əyarı 750, qiyməti 427 manat, 21. Asqı (klon), çəkisi 3,7 qram, əyarı 585, qiyməti 525 manat olan və ya onların dəyəri 16486,8 pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2024-cü ilin avqust ayında Cavabdeh ümumi iş görmək üçün ondan dəyəri 10 min manat olan qızıl-zinət əşyalarını alaraq tezliklə qaytaracağını bildirmişdir. Lakin sonradan nə qızıllarını nə də onların dəyərini qaytarmamışdır. Dəfələrlə danışaraq qızıl-zinət əşyalarının qaytarılmasını istəsə də müxtəlif bəhanələr gətirərək onları qaytarmaqdan yayınmışdır. Bu barədə “whatsapp” yazışmaları da mövcuddur. Məhkəməyə bu yazışmaları təqdim edə bilər. İndi qızıl zinət əşyalarını tələb etsə də ona cavab vermir, etibarından sui-istifadə edərək ona xeyli miqdarda ziyan vurmaqdadır. Cavabdeh onun etibarından sui-istifadə etmə və aldatma yolu ilə əmlakını ələ keçirmiş, özünü nüfuzlu işgüzar şəxs kimi səlahiyyətə malik olmadığı halda özünü elə göstərərək onu aldatmışdır. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh iştirak etməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı izahat və ərizəsində qeyd etmişdir ki, İddiaçı və ailəsi Nuranə Aslanova ilə ailə münasibətləri olmuşdur. Birlikdə alış-verişlə məşğul olmuşlar. İş gördükləri vaxt ona pul lazım olan zaman İddiaçı sələm pulu veriridi və o həmin pulların faizini hər ay verirdi. Alver zamanı pul lazım olduğu üçün Nuranə Aslanovaya məxsus qızıl-zinət əşyalarını lombarda qoymaq qərarına gəlmişlər və həmin vaxt qızıllar onun özünün adına lombarda qoyulmuşdur. Qızıllar hazırda Xırdalanda yerləşən lombardda saxlanılır. Həmin qızılları iddiaçıya qaytarası idi, lakin onlar təhdid etdikləri üçün Bakı şəhərində mənzilini dəyişmək məcburiyyətində oldu. İddiaçının iddia tələbini qəbul edir, lakin hazırda maddi vəziyyəti zəif olduğu üçün qaytara bilmir. Tələb edilən qızıl-zinət əşyaları lombardda saxlandığı üçün son 2 ayda maddi vəziyyəti ilə bağlı ödəniş edə bilməmişdir. İddia tələbinin həcminin artırılması ilə bağlı qeyd etmişdir ki, o, iddiaçının ilkin iddiasında qeyd edilən məbləğlə razı olmuş, həmin hissədə etirazı olmamışdır. Lakin 16000 manat məbləğində pul tələbi ilə razı deyil. Həmin artım əsassızdır. Bununla bağlı iddiaçı sübutlarını təqdim etməmişdir. Odur ki, məhkəmə iclasında iştirak edə bilmədiyindən işə onun iştirakı olmadan baxılmasını, iddia tələbinin qismən, yəni artım hissəsində təmin edilməməklə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(008)-539/2025 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi hökm edilmişdir. xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı 2024-cü ilin sentyabr ayında tanışı Cavabdeh ondan ucuz qızıl alaraq satıb pula çevirib qazanc əldə edəcəyini vəd edərək ondan 10000 manat dəyərində qızılzinət əşyası və 3000 manat pul alaraq onu aldatdığını bildirməsi barədə material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində AR CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş QZ-2111.1/2025 saylı qiymətləndirmə rəyindən görünür ki, 1. Sadə üzük, çəkisi 4,2 qram, əyarı 0.583 qiyməti 588 manat, 2. Qırmızı qaşlı üzük, çəkisi 6.2 qram, əyarı 0.583, qiyməti 868 manat, 3. Paxlava üzük (romb), çəkisi 5,6 qram, əyarı 0.585, qiyməti 795.20 manat, 4. Üzük (vosmerka), çəkisi 3,2 qram, əyarı 0.585, qiyməti 454,40 manat, 5. Üzük (tək qaş), çəkisi 6,5 qram, əyarı 0.750, qiyməti 1183 manat, 6. Üzük (yumru başlı abadok), çəkisi 4.6 qram, əyarı 0.583, qiyməti 644 manat, 7. Üzük (ortası boş üstü qaşlı), çəkisi 3,8 qram, əyarı 0.583 qiyməti 532 manat, 8. Kişi üzüyü (qaşlı), çəkisi 4,3 qram, əyarı 750 qiyməti 782 manat, 9. Bilərzik (uşaq üçün), çəkisi 2,6 qram, əyarı 585, qiyməti 369 manat, 10. Bilərzik (uşaq üçün, şopart), çəkisi 3,7 qram, əyarı 585, qiyməti 525 manat, 11. Bilərzik (gəlinlik, pandora), çəkisi 4,55 qram, əyarı 585, qiyməti 646 manat, 12. Bilərzik çəkisi 1,2 qram, əyarı 585, qiyməti 170 manat, 13. Tana (qırmızı qaşlı sırğa) çəkisi 4,66 qram, əyarı 585, qiyməti 661 manat, 14. Tana (dəst sırğa və klon), çəkisi 10 qram, əyyarı 583, qiyməti 1400 manat, 15. Tana pandora tipli, çəkisi 4,2 qram, əyarı 585, qiyməti 596 manat, 16. Tana üzüm salxımlı qaşlı, çəkisi 7,2 qram, əyarı 585 qiyməti 1022 manat, 17. Boyunbağı kolye, çəkisi 12.84 qram, əyarı 585 qiyməti 1823 manat, 18. Boyunbağı trossep, çəkisi 6,9 qram, əyarı 585 qiyməti 979 manat, 19. Boyunbağı (zəncirsep), çəkisi 8.2 qram, əyarı 750, qiyməti 1492 manat, 20. Asqı (klon madonna), çəkisi 2,35 qram, əyarı 750, qiyməti 427 manat, 21. Asqı (klon), çəkisi 3,7 qram, əyarı 585, qiyməti 525 manat, cəmi 16486,80 manat dəyərində qiymətləndirilmişdir. Qaşqınların və X2 üzrə Dövlət Komitəsinin AA seriyalı 227067 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, Aslanov X1 rayonunu 1993-cü ildə tərk edib, Yasamalda məskunlaşıb. İşin faktiki halı : İddiaçı ilə Cavabdeh arasında qızıl-zinət əşyalarının alqı-satqısı ilə bağlı gəlir əldə etmək məqsədli münasibətlər yaranmışdır. Cavabdeh iddiaçıdan 2. Qırmızı qaşlı üzük, çəkisi 6.2 qram, əyarı 0.583, 3. Paxlava üzük (romb), çəkisi 5,6 qram, əyarı 0.585, 4. Üzük (vosmerka), çəkisi 3,2 qram, əyarı 0.585, 6. Üzük (yumru başlı abadok), çəkisi 4.6 qram, əyarı 0.583, 7. Üzük (ortası boş üstü qaşlı), çəkisi 3,8 qram, əyarı 0.583, 8. Kişi üzüyü (qaşlı), çəkisi 4,3 qram, əyarı 750, 9. Bilərzik (uşaq üçün), çəkisi 2.6 qram, əyarı 585, 10. Bilərzik (uşaq üçün, şopart), çəkisi 3,7 qram, əyarı 585, 11. Bilərzik (gəlinlik, pandora), çəkisi 4,55 qram, əyarı 585, 13. Tana (qırmızı qaşlı sırğa) çəkisi 4,66 qram, əyarı 585, 14. Tana (dəst sırğa və klon), çəkisi 10 qram, əyyarı 583, 15. Tana pandora tipli, çəkisi 4,2 qram, əyarı 585, 16. Tana üzüm salxımlı qaşlı, çəkisi 7,2 qram, əyarı 585,

18. Boyunbağı trossep, çəkisi 6,9 qram, əyarı 585 olan qızıl-zinət əşyaları qızıl-zinət əşyalarını götürmüş, daha sonra geri qaytarmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Dövlət rüsumu haqqında Qanun: 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Məhkəmənin mövqeyi: İddiaçı ilə Cavabdeh arasında qızıl-zinət əşyalarının alğı-satqısı ilə bağlı gəlir əldə etmək məqsədli münasibətlər yaranmışdır. Cavabdeh iddiaçıdan qızıl-zinət əşyalarını götürmüş, daha sonra geri qaytarmamışdır. İddiaçı qızıl-zinət əşyalarının cavabdehdən alınıb ona verilməsi və ya onların dəyərinin ödənilməsini tələbini qoymuşdur. İddiaçı iddia tələbində göstərdiyi qızı-zinət əşyalarının fotoşəkillərini iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh iddia tələbində tələb edilən və göstərilən dəyərdə qızıl-zinət əşyalarının onda olmasını qəbul etmişdir. İddiaçı daha sonra iddia tələbinin həcmini artırmaqla iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə vermişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizəyə cavabdehdə olduğunu iddia etdiyi digər qızıl-zinət əşyalarının fotoşəkillərini əlavə etmişdir. İddiaçı cavabdehdən tələb etdiyi qızıl-zinət əşyalarının qiymətləndirilməsi ilə bağlı qiymətləndirici hesabatını məhkəməyə təqdim etmişdir. Cavabdeh sonradan iddia tələbinin həcminin artırılmasına və ona əlavə edilmiş fotoşəkillərdəki qızıl-zinət əşyalarının onda olmasına etiraz etmişdir. İddiaçı ərizəyə həmin fotoşəkillərdən başqa sübut əlavə etməmişdir. Cavabdeh iddia tələbində qeyd edilən qızılzinət əşyalarının dəyərinə verilən qiymətləndirmə hesabatı ilə razı olmuşdur. İlkin iddia tələbində əlavə edilmiş fotoşəkillərin qiymətləndirici hesabatı ilə birgə tədqiqi ilə qırmızı qaşlı üzük, çəkisi 6.2 qram, əyarı 583, qiyməti 868 manat, paxlava üzük (romb), çəkisi 5,6 qram, əyarı 585, qiyməti 795 manat, üzük (vosmerka), çəkisi 3,2 qram, əyarı 0.585, qiyməti 454 manat, üzük (yumru başlı abadok), çəkisi 4.6 qram, əyarı 583, qiyməti 644 manat, üzük (ortası boş üstü qaşlı), çəkisi 3,8 qram, əyarı 583 qiyməti 532 manat, kişi üzüyü (qaşlı), çəkisi 4,3 qram, əyarı 750 qiyməti 782 manat, bilərzik (uşaq üçün), çəkisi 2.6 qram, əyarı 585, qiyməti 369 manat, bilərzik (uşaq üçün, şopart), çəkisi 3,7 qram, əyarı 585, qiyməti 525 manat, bilərzik (gəlinlik, pandora), çəkisi 4,55 qram, əyarı 585, qiyməti 646 manat, tana (qırmızı qaşlı sırğa) çəkisi 4,66 qram, əyarı 585, qiyməti 661 manat, tana (dəst sırğa və klon), çəkisi 10 qram, əyyarı 583, qiyməti 1400 manat, tana pandora tipli, çəkisi 4,2 qram, əyarı 585, qiyməti 596 manat, tana üzüm salxımlı qaşlı, çəkisi 7,2 qram, əyarı 585 qiyməti 1022 manat, boyunbağı trossep, çəkisi 6,9 qram, əyarı 585 qiyməti 979 manat olan qızıl-zinət əşyaları və ya onların dəyəri ümumilikdə 10273 manat olduğu müəyyən edilmişdir. Bununla belə iddiaçı tərəfindən iddia tələbinin həcminin artılması ilə bağlı ərizəsinə əlavə edilən fotoşəkillər barədə başqa mötəbər sübut təqdim edilmədiyindən əlavə qızıl-zinət əşyaları və ya onların dəyərinin cavabdehdən alınması əsassızdır. Məhkəmə iddianın predmeti olan qızıl-zinət əşyalarının iddia ərizəsində göstərilən qiymətini əsas götürür. Ona görə də iddia qızıl-zinət əşyaları və ya onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə münasibətdə qismən təmin edilməli qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməmişdir. İddiaçı məcburi köçkündür. İddiaçı məcburi köçkün olduğundan dövlət rüsumu ödəməkdən azaddır. İddia qismən təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi 121 manat cavabdehdən dövlət gəlirlərinə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh qırmızı qaşlı üzük, çəkisi 6.2 qram, əyarı 583, qiyməti 868 (səkkiz yüz altmış səkkiz) manat, paxlava üzük (romb), çəkisi 5,6 qram, əyarı 585, qiyməti 795 (yeddi yüz doxsan beş) manat, üzük (vosmerka), çəkisi 3,2 qram, əyarı 585, qiyməti 454 (dörd yüz əlli dörd) manat, üzük (yumru başlı abadok), çəkisi 4.6 qram, əyarı 583, qiyməti 644 (altı yüz qırx dörd) manat, üzük (ortası boş üstü qaşlı), çəkisi 3,8 qram, əyarı 583 qiyməti 532 (beş yüz otuz iki) manat, kişi üzüyü (qaşlı), çəkisi 4,3 qram, əyarı 750 qiyməti 782 (yeddi yüz səksən iki) manat, bilərzik (uşaq üçün), çəkisi 2,6 qram, əyarı 585, qiyməti 369 (üç yüz altmış doqquz) manat, bilərzik (uşaq üçün, şopart), çəkisi 3,7 qram, əyarı 585, qiyməti 525 (beş yüz iyirmi beş) manat, bilərzik (gəlinlik, pandora), çəkisi 4,55 qram, əyarı 585, qiyməti 646 (altı yüz qırx altı) manat, tana (qırmızı qaşlı sırğa) çəkisi 4,66 qram, əyarı 585, qiyməti 661 (altı yüz altmış bir) manat, tana (dəst sırğa və klon), çəkisi 10 qram, əyyarı 583, qiyməti 1400 (bir min dörd yüz) manat, tana pandora tipli, çəkisi 4,2 qram, əyarı 585, qiyməti 596 (beş yüz doxsan altı) manat, tana üzüm salxımlı qaşlı, çəkisi 7,2 qram, əyarı 585 qiyməti 1022 (bir min iyirmi iki) manat, boyunbağı trossep, çəkisi 6,9 qram, əyarı 585 qiyməti 979 (doqquz yüz yetmiş doqquz) manat dəyərində olan qızıl-zinət əşyaları naturada, bu mümkün olmadıqda isə onların dəyəri ümumilikdə 10273 (on min iki yüz yetmiş üç) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi 121 (bir yüz iyirmi bir) manat Cavabdeh dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar